Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » ATXƏM-in tarixi məqamları » ATXƏM Avropa Parlamentində “Avropa İttifaqı-Azərbaycan münanisbətləri: geosiyasi perspektivlər” mövzusunda dəyirmi masa keçirdi - 27.05.2011
29.03.12 00:00

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı, Avropa Birliyi nəzdində “Glogal Commication”un təşkilatı dəstəyi ilə və Avropa Parlamentinin nüfuzlu deputatlarından olan Böyük Britaniyalı Qraham Vatsonun rəhbərliyi ilə may ayının 25-də Avropa Parlamentində “Avropa İttifaqı-Azərbaycan münasibətləri: geosiyasi perspektivlər” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə Avropa Parlamentinin üzvləri - Qraham Vatson (İngiltərə), İnese Vaidere (Litva), İsmayıl Ertuğ (Almaniya), Evgeni Krılov (Bolqarstan) və katibliyin rəsmiləri, Brüsseldəki diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyət və KİV nümayəndələri qatılmışlar.{img1}{img2}Dəyirmi masada çıxış etmiş Avropa Parlamentinin Latviyadan olan üzvü xanım İnese Vaydere və Almaniyadan seçilmiş türk əsilli deputat İsmayıl Ərtuğ Avropa İttifaqı-Azərbaycan münasibətləri kontekstində ölkəmizin geosiyasi baxımdan daşıdığı əhəmiyyəti, xüsusilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rolunu qeyd etmiş və eləcə də əhalisinin əksəriyyətinin müsəlmanlar təşkil etdiyi Azərbaycanın dünyəvi və müasir bir dövlət modelini tərənnüm etdiyi göstərmişlər. Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın işğal olunmuş əraziləri və doğma torpaqlarından məhrum edilmiş Azərbaycanlı məcburi köçkünlərdən bəhs etmiş deputatlar beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu bildirmiş və Avropa İttifaqının münaqişənin tezliklə həllinə öz fəal dəstəyini verməli olduğunu bəyan etmişlər.
{img4}{img5}Azərbaycan xalqının dünya mədəniyyətinin zənginləşməsi və elmin tərəqqisinə verdiyi töhfələri xatırlatmış Böyük Britaniyalı deputat Qraham Vatson Cənubi Qafqazda mövcud mürəkkəb siyasi durum haqqında fikirlərini bölüşmüş və bu mənada xüsusilə, Azərbaycan torpaqlarının işğal olunması faktını önə çəkmişdir. O, Azərbaycan və Avropa İttifaqı arasında bütün məsələlər, o cümlədən demokratiya və insan haqları sahəsində açıq və davamlı dialoqun vacibliyini vurğulamışdır.
Azərbaycandan bu dəyirmi masaya qatılmış Milli Məclisin deputatı və “Avronest” Parlament Assambleyasının üzvü Azay Quliyev Avropa İttifaqı-Azərbaycan münasibətlərinin inkişafı sahəsində artıq qət olunmuş yolu və əldə olunmuş nailiyyətləri iştirakçıların diqqətinə çatdırmış və Avropa Qonşuluq Siyasəti və xüsusilə, Şərq Tərəfdaşlığının təqdim etdiyi yeni əməkdaşlıq perspektivlərini qeyd etmişdir.
{img6}{img7}Millət vəkili Ermənistanın Azərbaycana qarşı yeritdiyi aqressiya və etnik təmizlə siyasətinin doğurduğu ağır nəticələri vuğulamış və Avropalı həmkarlarını münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında tezliklə həllinə dəstək verməyə çağırmışdır. Azay Quliyev həmçinin, Avropa Parlamentinin 12 may 2011-ci ildə Azərbaycanla əlaqədar qəbul etdiyi qətnamənin ölkəmizdə təəccüb və hiddət doğurduğunu bildirərək, Milli Məclisin bununla əlaqədar müraciətini diqqətə çatdırmışdır. O qeyd edib ki, ölkələrin demokratik inkişaf quruculuğunda müəyyən problemlərlə üzləşməsi normalıdır, çünki Avropa ölkələrinin özləri də tarixi inkişaf prosesində bu kimi hallarla qarşılaşmış və bu prosesləri müxtəlif çətinliklərlə keçərək indiki demokratik cəmiyyətlərini qurmuşlar. Ancaq Avropa Parlamenti təxirəsalınmaz məsələlər üzrə 122-ci reqlamentinə əsaslanaraq, Azərbaycanla əlaqədar tələsik qərar qəbul etməklə ölkəmizdə baş verən müxtəlif xırda hadisələri böyük və müntəzəm şəkildə təkrarlanan hadisələr kimi təqdim etməklə Azərbaycanda gedən demokratik islahatları gözdən salmaq niyyəti güdür. Bu səbəblə, qəbul edilən qətnamə qeyri obyektiv və qərəzlidir. “Avronest” Parlament Assambleyasının üzvü olaraq Azərbaycanın Avropa İttifaqı və o cümlədən Parlament ilə bütün sahələrdə açıq və şəffaf dialoq və əməkdaşlığa hazır olduğunu ifadə edən Azay Quliyev Azərbaycanın Avropa strukturlarına inteqrasiya etmək məqsədinə sadiq qaldığını bir daha bəyan etmişdir.
Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov öz növbəsində Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı sahəsində görüşülən işlərdən bəhs etmiş və Avropa inteqrasiya sahəsində vətəndaş cəmiyyəti qurumlarını üzərinə düşən işlərdən danışmışdır. İlham İsmayılov Dağlıq Qarabağ münaqişəsinin ədalətli nizamlanması və Azərbaycanın haqq səsinin ucaldılmasının ölkəmizdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının əksəriyyəti üçün bir nömrəli məsələ olduğunu bildirmiş və Azərbaycan torpaqlarının işğalı və məcburi köçkünlər probleminin digər sahələr kimi vətəndaş cəmiyyətinin tam şəkildə inkişafına mənfi təsir etdiyini söyləmişdir. İlham İsmayılov son günlər Avrovizyon yarışmasında Azərbaycanlı iştirakçıların qələbə qazanmasındakı dəstəyə görə Avropa ictimayyətinə öz təşəkkürünü bildirmiş, lakin bəzi məsələlərdə Avropa ictimayyətinin fikrini əks etdirməyən bəzi siyasətçilərin ikilistandart yanaşmasına görə iradını bildirdi. İlham İsmayılovun bu fikrinə münasibət bildirən Avropa Parlamentinin üzvü xanım İnese Vaidere Azərbaycana qarşı bəzi hallarda ikilistandart yanaşma olduğunu təsdiq edərək, təəssüfünü bildirdi. İlham İsmayılov çıxışının sonunda qeyd etdi ki, əgər Avropa Parlamentariləri Azərbaycana səfər etsələr Azərbaycandakı əsl real vəziyyəti – möhkəm ictimai-siyasi sabitliyə söykənən dinamik inkişafı, demokratiya, söz və mətbuat azadlığı sahəsində əldə olunan müsbət meylləri, dini və milli-etnik tolerantlığı, ictimai-siyasi sahədə gedən islahatları görə bilərlər. İlham İsmayılov bu islahatların Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdiyini vurğuladı.
Azərbaycan Respublikasının Belçikadakı Səfiri və Avropa İttifaqı yanında nümayəndəsi Emin Eyyubovun da iştirak etdiyi maraqlı və məzmunlu müzakirələr zamanı Avropa İttifaqı-Azərbaycan münasibətlərinin müxtəlif sahələrini əhatə edən mövzulara dair səsləndirilmiş suallar cavablandırılmışdır.
Tədbirdə iştirak etmiş Brüsseldə fəaliyyət göstərən iki erməni təşkilatı - Ermənistan Avropa Federasiyasının və Ermənistanın Avropalı Dostları Cəmiyyətinin nümayəndələrinin müzakirələr zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yanıldıcı fikirləri və təhrikedici suallarına Azərbaycanlı natiqlər tərəfindən tutarlı cavablar verilmişdir.
Ermənistanın Azərbaycan torpaqlarının işğalı nəticəsində regionda sülhə və əməkdaşlığa ciddi təhlükə yarandığına diqqət çəkən Azay Quliyev bildirmişdir ki, 1990-cı illərin əvvəllərindən etibarən davam edən təcavüz nəticəsində Dağlıq Qarabağ və ətraf 7 rayon da daxil olmaqla, Azərbaycanın 20 faiz torpağı zəbt olunmuş, bu ərazilərdən 1 milyon insan didərgin düşmüşdür. İşğala etiraz bildirən BMT Təhlükəsizlik Şurası, Avropa Şurasının Parlament Assambleyası, ATƏT, Avropa Parlamenti, İslam Konfransı Təşkilatları tərəfindən müvafiq qətnamələr qəbul edilmişdir. Bu vaxt ərzində BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamənin qəbul edildiyinə baxmayaraq, onların hələ də icra olunmadığı, Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində sülh danışıqlarının da heç bir nəticə vermədiyini Azay Quliyev avropalı həmkarlarının nəzərinə çatdırmışdır. İşğal olunmuş ərazilərdə Ermənistanın Azərbaycan xalqına məxsus tarixi abidələrin adlarını dəyişdirməsi, mədəni və təbiət abidələrini, o cümlədən qəbiristanlıqları dağıtması, eləcə də həmin ərazilərdə Ermənistan işğalçı ordusunun hərbi təlimlər keçirməsi və müntəzəm şəkildə atəşkəsi pozması faktları bildirilmişdir. Atəşkəsin pozulması nəticəsində 2011-ci ilin mart ayının 8-də 9 yaşlı Fariz Bədəlovun snayper atəşi ilə öldürülməsi faktı da məclis iştirakçılarının diqqətinə çatdırılmışdır. Qeyd olunanları nəzərə alaraq, Azay Quliyev torpaqların azad olunması üçün Avropa İttifaqını daha konkret addımlar atmağa çağırmışdır.
Erməni təşkilatlarının nümayəndələri Azay Quliyevin məntiqli və tutarlı cavabları qarşısında söz tapa bilməyib ATXƏM sədri İlham İsmayılova Azərbaycandakı problemlərlə bağlı sual ünvanladı. İlham İsmayılov hətta inkişaf etmiş ölkələrin də bir çox problemlərinin olduğunu bildirərək, qeyd etdi ki, Azərbaycanda bütün ictimayyət kimi bizim yalnız bir problemimiz var ki, o da ərazi bütövlüyümüzün bərpası və Dağlıq Qarabağ probleminin həll olunmasıdır.
Bu cavablar qarşısında erməni nümayəndələr yenidən Dağlıq Qarabağ münaqişəsinə dair ancaq özlərinin inandığı məlum tarixçəni təqdim etməyə başladıqda Avropa Parlamentinin üzvü Q.Vatson da ermənilərin çıxışlarındakı qeyri-obyektiv yanaşmaları və qərəzli münasibətləri hiss edərək, ermənilərin çıxışlarını yarımçıq kəsdi və onları gündəlikdə müzakirə olunan məsələdən kənara çıxmamağa çağırdı. Avropa Parlamentində 60 nəfərin qatıldığı bu önəmli konfrans da Azərbaycan nümayəndə heyətinin ermənilər üzərində növbəti bir qələbəsi oldu.
Sonda Dəyirmi masaya yekun vuran Qraham Vatson aparılmış müzakirələri yüksək qiymətləndirərək, tərəflərin bir-birini daha yaxından dərk etmələri üçün belə tədbirlərin gələcəkdə vaxtaşırı təşkilinin təşviqini əhəmiyyətli saydı.

ATXƏM-in
Mətbuat xidməti

URL / WWW
http://atxem.az/news/a-15120.html