Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » ATXƏM-in tarixi məqamları » Çingiz Aytmatov ATXƏM-in qonağı olmuşdur - 26.02.2008
29.03.12 06:55

Azərbaycan Respublikası Prezident Aparatının İctimai-siyasi şöbəsinin diasporalarla iş üzrə sektorunun, Azərbaycan Respublikasının Qırğızıstandakı səfiri Arif Ağayevin, Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə dəstək Fondunun təşəbbüsü və Bakıda fəaliyyət göstərən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyinin təşkilatçılığı ilə Türk dünyasının fəxri, dünya şöhrətli yazıçı Çingiz Aytmatov fevral ayının 24-də Azərbaycana gəlmişdir.Səfər proqramı çərçivəsində görkəmli yazıçı fevral ayının 25-də onu müşayiət edən şəxslərlə birlikdə Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, abidə önünə ATXƏM adından əklil qoyulmuşdur.
{img1}{img2}Çingiz Aytmatov ATXƏM-in yeni ofisinin açılış mərasimində iştirak edərək, acılış lentini kəsmişdir. Elə oradaca kutləvi informasiya vasitələrinin əməkdaşları ilə görüşmüş və jurnalistlərin suallarını cavablandırmışdır. Tədbir zamanı Çingiz Aytmatova ATXƏM-in 11 saylı fəxri üzvlük bileti, məxsusi dəri çanta, ATXƏM-in embleminin əks olunduğu qeyd dəftəri və qızıl perolu qələm hədiyyə edilmişdir. Görüşün sonunda Çingiz Aytmatov ATXƏM-in “Fəxri Qonaqlar Kitabı”na ürək sözlərini yazmışdır.
ATXƏM-in qonağı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunaraq, “Dostluq” ordeni ilə təltif edilmişdir.
ATXƏM Bakı Əyləncə Mərkəzində Çingiz Aytmatovla respublika ziyalılarının geniş kontinqentinin görüşünü təşkil etmişdir. Tədbirdə iştirak edən Qazaxstan, Özbəkistan, Türkiyə səfirliklərinin nümayəndələri Çingiz Aytmatovla görüş fürsəti yaratdıqlarına görə ATXƏM rəhbərliyinə təşəkkür etmiş, hörmətli qonağa milli atributları əks etdirən hədiyyələr təqdim olunmuşdur.
Fevral ayının 26-da Xocalı Soyqırırmı günü səhər saat 11:00-da ATXƏM-in rəhbərliyi Çingiz Aytmatovla birlikdə soyqırım abidəsini ziyarət edərək, abidə önünə ATXƏM adından əklil qoymuşdur.
{img3}{img4}

URL / WWW
http://atxem.az/news/a-15125.html