Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » ATXƏM-in tədbirləri » İstanbul “Azeri Kültür Evi” ATXƏM-in qonağı oldu - 19.10.2009
13.03.12 21:56

Bu günlərdə Azərbaycanda səfərdə olan İstanbul “Azeri Kültür Evi” dərnəyinin üzvləri və türk iş adamlarından ibarət böyük nümayəndə heyəti Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzində (ATXƏM) oldular.
Görüşdə ATXƏM sədri İlham İsmayılov və “Azeri Kültür Evi”nin başkanı Erol Göllü arasında 2009-cu ildə birgə fəaliyyət protokolunun imzalandığı gündən sonra görülən işlər bir daha müzakirə olundu, gələcək birgə əməkdaşlığa dair məsləhətləşmələr aparıldı.

{img1}{img2}Səfər çərçivəsində qonaqlar Ulu Öndər Heydər Əliyevin anım günü ərəfəsində Fəxri Xiyabana gələrək, Ulu Öndərin məzarını, akademik Zərifə xanım Əliyevanın, o cümlədən akademik Aqil Əliyevin, Türk Dünyasının böyük şairləri Xəlil Rza Ulutürk və Bəxtiyar Vahabzadənin məzarlarını ziyarət etdilər.
Sonra qonaqlar Bakıdakı Türk şəhidlərinin abidəsini, 20 yanvar və Qarabağ döyüşlərində həlak olmuş şəhidlərin abidələrini də ziyarət etdilər.


{img3}{img6}{img7}


{img4}{img5}





URL / WWW
http://atxem.az/news/a-15127.html