Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
ATXƏM-in tarixi məqamları
» Strasburqda Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər və mitinq keçirildi - 27.02.2012
29.03.12 13:50
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Strasburq "Azərbaycan Evi" ilə birgə Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı fevral ayının 23-26-da Strasburq şəhərində silsilə tədbirlər və "Xocalıya ədalət" kampaniyası çərçivəsində mitinq keçirmişdir.
Bu məqsədlə Azərbaycan nümayəndə heyətinin tərkibində ATXƏM-in sədri
İlham İsmayılov,
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin diasporla iş üzrə sektor mudiri
Qafar Əliyev,
Milli QHT Forumunun prezidenti
Rauf Zeyni,
Dağlıq Qarabağ Azərbaycanlıları İcması idarə heyətinin üzvü, Xocalı faciəsinin şahidi
Cavid Əliyev
və “Birlik” jurnalının baş redaktoru İlqar İlkin Strasburqa rəsmi səfər etmişlər. Səfərin əsas məqsədi ATXƏM və Strasburq «Azərbaycan Evi»nin 25 fevral 2011-ci ildə Strasburq şəhərində keçirəcəyi mitinqi təşkil etmək və buna hazırlıq görməkdən ibarət olmuşdur.{img1}{img2}Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri Strasburqda
Türkiyə Cümhuriyyətinin baş konsolu Z.Sibel Alganla
görüşərək, Fransa senatında qəbul olunmuş “erməni qanunu” və Türkiyə-Azərbaycan diaspora təşkilatlarının Avropa dövlətlərində birgə fəaliyyət göstərmələri üçün görüləcək işləri, eyni zamanda Strasburqda Xocalı soyqırımı mitinqinə dəstək verilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır. Türkiyə baş konsulu
Sibel Algan
Xocalı soyqırımının tanıdılması üçün gərəkən bütün addımların atılmasında Azərbaycanın yanında olacaqlarını bir daha qeyd etmişdir.
Azərbaycan nümayəndə heyətinin üzvləri Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyində səfir
Arif Məmmədovla
da görüşərək, diplomatik nümayəndəliklərlə Azərbaycan diaspora təşkilatlarının birgə fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparmışlar. Qeyd olunmuşdur ki, Azərbaycan prezidenti cənab
İlham Əliyevin
dünya Azərbaycanlılarının III Qurultayındakı çıxışında diplomatik nümayəndəliklərlə diaspora təşkilatlarının birgə fəaliyyəti ilə bağlı verdiyi tövsiyyələrdən sonra bu istiqamətdə xüsusi aktivlik müşahidə olunmaqdadır. Səfir
Arif Məmmədov
görüşdə Azərbaycan daimi nümayəndəliyinin Fransa mətbuat orqanları ilə əlaqələrindən və Azərbaycanın müsbət imicinin formalaşmasında görülən işlərlə bağlı da məlumat vermişdir.
{img3}{img4}Sonra Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyi nümayəndə heyətilə birlikdə Avropa Şurasının binası önündə dalğalanan Azərbaycan bayrağı önünə üzərində “Xocalıya ədalət” yazılmış əklil qoymuşdur. Daha sonra Avropa Şurası yanında daimi nümayəndəliyin təşkilatçılığı ilə Avropa Şurası Media Mərkəzində Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilmişdir. Konfransda çıxış edən səfir
Arif Məmmədov,
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin diasporla iş üzrə sektor mudiri
Qafar Əliyev,
ATXƏM-in sədri
İlham İsmayılov,
Milli QHT Forumunun prezidenti
Rauf Zeyni,
Dağlıq Qarabağ Azərbaycanlıları İcması idarə heyətinin üzvü, Xocalı faciəsinin şahidi
Cavid Əliyev
və Strasburqda təhsil alan tələbələr Xocalı soyqırımının beynəlxalq təşkilatlar vasitəsilə bütün dünyada tanıdılması istiqamətində görülən işlərdən danışdılar. Qeyd olunmuşdur ki, Xocalı soyqırımının 20-ci ildönümündə bu prosseslər daha da aktivləşmiş, bu soyqırımla bağlı dünya ictimayyəti artıq kifayət qədər məlumatlandırılmışdır.
{img5}{img6}Daha sonra Azərbaycan nümayəndə heyətinin üzvləri
Strasburq Türk Ailələri Federasyonunun başkanı Çelebi Koçak
və
Fransa-Türk Konfederasiyasının Fransa üzrə rəhbəri Namiq Şahin
və yönetim kurulu üyeleri ilə də görüşmüşlər. Görüşdə əsas müzakirə mövzusu Strasburqda yaşayan Azərbaycan və Türk diaspora üvlərinin Xocalı mitinqində həmrəyliyinə nail olmaq və mütəşəkkiliyi təmin etmək olub. Strasburq Türk Ailələri Federasyonu üyələri Xocalı soyqırımının Avropada tanıdılması üçün atılan bütün addımlarda Azərbaycanı hər zaman dəstəkləyəcəklərini bildirdilər. Görüs zamanı qeyd olunmuşdur ki, son illər Azərbaycan və Türkiyə diasporasının Xocalı soyqırımı ilə bağlı apardığı birgə siyasət dünyadakı erməni lobbisini və erməniləri narahat etmişdir. «Xocalya ədalət» kampaniyası çərçivəsində görülən işlər və həyata keçirilən tədbirlər öz effektini verməkdədir.
Görüşdə eyni zamanda Dağlıq Qarabağ probleminin bütün türk dünyasının ortaq problemi olduğu xüsusilə vurğulanaraq, bildirilmişdir ki, bu problemin dünya ictimayyətinə çatdırılması üçün bütün türk dünyası diaspor təşkilatlarının birliyi olduqca vacibdir.
{img7}Qeyd edək ki, Strasburqda olan Azərbaycan nümayəndə heyəti üzvləri Strasburda fəaliyyət göstərən “RBS” radiosunun qonağı olmuş, iki saatlıq canlı yayınlanan proqramda Dağlıq Qarabağ problemi ilə bağlı suallara cavab vermişdir.
Strasburqda möhtəşəm Xocalı yürüş-mitinqi
{img8}{img9}Fevralın 25-də ATXƏM Strasburq "Azərbaycan Evi" ilə birgə Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı Strasburq şəhərinin Kleber meydanında mitinq keçirib. Mitinqdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı, Strasburqda fəaliyyət göstərən Türk diaspor təşkilatları (Strasburq Türk Ailələri Fedarasyonu, Türk Ocaqları) və ətraf şəhərlərdə çalışan Azərbaycan, türk, fransız və digər təşkilatların nümayəndələri də iştirak ediblər.
Mitinqdə çıxış edən Strasburqdakı “Azərbaycan evi”nin rəhbəri
Mustafa Alınca
Xocalı soyqırımında əli olanların indiyə qədər cəzasız qaldıqlarına toxunmuş və faciəni törədənlərin beynəlxalq məhkəmələr tərəfindən məsuliyyətə cəlb edilməsi istiqamətində konkret addımların atılması vaxtının çatdığını bildirib.
Tədbirdə çıxış edən ATXƏM-in sədri
İlham İsmayılov,
Prezident Administrasiyasının sektor müdiri
Qafar Əliyev
və Milli QHT Forumunun prezidenti
Rauf Zeyni
Azərbaycan hökumətinin bu məsələni daima gündəmdə saxladığını, beynəlxalq ictimaiyyətin bu hadisələrə düzgün və obyektiv qiymət verilməsi istiqamətində ciddi iş apardığını qeyd ediblər.
{img10}{img11}1000-dən çox nümayəndənin qatıldığı mitinqdə bildirilmişdir ki, ermənilər tarix boyunca azərbaycanlılara və türklərə qarşı amansız terror və soyqırımı siyasəti həyata keçirmiş, etnik təmizləmə aparmışlar. Erməni millətçilərinin türk millətinə qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin ağır nəticələrini bütövlükdə iki milyon azərbaycanlı müxtəlif vaxtlarda öz üzərində hiss etmişdir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş amansız qətliam isə nəinki türk dünyasına, bütövlükdə bəşəriyyətin mütərəqqi dəyərlərinə, insanlığa və beynəlxalq hüquq normalarına qarşı yönəlmiş dəşhətli genosid aktı olmuşdur.
Qeyd olunmuşdur ki, 26 fevral 1992-ci ildə ermənilər Xocalı şəhərinə qarşı əvvəlcədən hazırladıqları məkrli planı həyata keçirmişdilər: 613 nəfər dinc azərbaycanlını, o cümlədən 63 uşağı, 106 qadını, 70 qocanı bir neçə saatın içində amansızlıqla qətlə yetirən, 487 nəfəri ağır xəsarətlərə məruz qoyan, 1275 nəfəri girov götürən ermənilər qaniçənlikdə vaxtilə dünyanı lərzəyə salmış faşizmi də geridə qoyduqlarını nümayiş etmişlər.
{img12}Mitinqin sonunda Xocalı faciəsini əks etdirən foto materiallar, erməni millətçilərinin qanlı hərəkətlərini pisləyən, “Xocalıya Ədalət” şüarlarından istifadə olunmuş, beynəlxalq təşkilatlara təqdim etmək üçün bəyanat qəbul edilmişdir. Bəyanatda Xocalı soyqırımının dünyada tanınması və bu soyqırıma dünya ictimaiyyəti tərəfindən siyasi qiymət verilməsi tələb edilmişdir. Mitinqin sonunda yürüş keçirilmiş və Xocalı soyqırımı qurbanlarının xatirəsinə Azərbaycan bayraqlarının rəngində 613 ədəd şarlar Strasburq səmalarına buraxılmışdır.
ATXƏM-in Mətbuat xidməti
URL / WWW
http://atxem.az/news/a-15128.html