Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Məqalələr » Əhməd bəy Ağaoğlu
29.03.12 15:38

O, Şuşada rus gimnaziyasına daxil olanda yüzlərlə erməni şagirdi arasında sayca beşinci türk şagird idi.Daim təzyiqə məruz qalan beş nəfər içərisində yalnız o tab gətirə bilir. 1887-ci ildə gimnaziyanı bitirdikdən sonra 60 manat pulla Parisə yollanır, bir il sonra Paris Hüquq Məktəbinin tələbəsi olur, Sarbonna universitetinin teologiya fakultəsini bitirir. Paris ona uğurlar bəxş edir. Avropanın tanınan şərqşünas alimlərinin mühazirəsini dinləyir, “La Nouvelle Revue” dərgisinin sahibi Culyetta Adamla tanışlıqdan sonra dərgidə yazmağa başlayır. Paris həyatı 6 il davam edir, 1894-də atasının ölümü səbəbindən Azərbaycana qayıdır, vətəni onu “Firəng Əhməd” kimi qarşılayır. Söz və tapançalı “firəng” Əhməd bəyin qohumu, digər klassikimiz Yusif Vəzir onun haqqında maraqlı bir xatirə nəql edir: “Əhməd bəy məclisdə danışanda heç bir molla cəsarət edib onun fikirlərinə qarşı çıxa bilmirdi. Sərt və əsəbi bir adam idi, xüsusən bəylərin qudurğanlığına dözə bilməzdi. Onlarla bir məclisdə qarşı-qarşıya gəldimi, həmişə dalaşardı, həmişə də tapançasını hazır saxlardı”. Şuşadan Bakıya doğru Şuşa mühiti Avropa təhsilli Əhməd bəyin ideallarını həyata keçirməsi üçün imkansız idi. 1897-ci ildə o, Bakıya köçür, Tağıyevin sahibi olduğu “Kaspi” qəzetində Ə.topçubaşovla birlikdə redaktorluq edir. “Kaspi”nin ardınca “Həyat” qəzeti nəşr edilir, bu nəşrdən sonra ermənilər tərəfindən Əhməd bəyin fəaliyyəti haqqında Qafqaz canişinliyinə müraciətlər olunur. Əhməd bəy erməni pyesində Sağlığında əleyhinə olsa da, ədəbi obrazı yaradılan Əhməd bəyə qarşı ermənilərin duyduğu nifrətin ölçüsü tədqiqatçılar üçün düşündürücü amil olmalıdır. E.Ter-Qriqoryan adlı erməni müəllif “Alov və qılınc” adlı pyesində Şükür Ağa obrazında Əhməd bəyi, Hacı Əhməd Ağa obrazında H.Z.Tağıyevi, Mirzə Cabbar Ağa obrazında 1906-1917-ci illərdə Qafqaz Senzura Komitəsinin Şərq dilləri senzoru, 1918-20-ci illərdə isə AXC-nin Baş mətbuat idarəsinin rəhbəri olan Mirzə Şərif Mirzəyevi təsvir edir. Necə təsvir olunduqlarını söyləməyə isə ehtiyac olmadığı aydındır. Difai Ermənilərlə türklər arasında baş verən qanlı qarşıdurmaların dayandırılması istiqamətində aparılan danışıqlarda Əhməd bəy fəal rol oynayır. Bu məqsədlə 1906-cı ildə “Qafqaz ümummüsəlman Müdafiə Komitəsi” adlandırılan Difai partiyasını təsis edir. Difai millət üçün bu gün də keçərli olan iki yol təklif edirdi: maariflənmək və güclənmək. Mühacirət yollarında Azərbaycanda şəxsi həyatına qarşı təhlükələrin artdığını görən Əhməd bəy 1909-cu ilin ortalarında İstanbula gedir, həmin vaxt redaktoru olduğu “Tərəqqi” qəzetini Üzeyir Hacıbəyliyə əmanət edir. Əhməd bəyin mühacirət etməsinin səbəbini Üzeyir bəy bu cümlə ilə izah edib: “Bu yolda onun tək bir nəfər də olsun köməkçisi yox idi”. Qoca Osmanlı Əhməd bəy üçün yeni üfiqlər açır. Maarif müfəttişi olur, Süleymaniyyə kitabxanasının müdiri olur, İstanbul Darülfünununda dərs deyir, qəzetçilik fəaliyyətini genişləndirir, “Tərcümani-həqiqət” adlı qəzet nəşr edir, “Türk ocağı”nın qurucularından olur, 1912-ci ildə Afyon-Qarahisardan parlamentə deputat seçilir. Vətənə dönüş On illik mühacirət həyatından sonra Əhməd bəy Azərbaycana Nuru Paşanın siyasi müşaviri kimliyində qayıdır, parlamentə üzv seçilir, Paris sülh konfransına göndərilən heyətin tərkibinə daxil edilir. Lakin İstanbulda gənc türklərlə əlaqəsi olduğu iddiası ilə Malta adasına sürgün edilir. Sürgün dönəmlərində Sovet Azərbaycanının rəhbəri Nəriman Nərimanov tərəfindən ingilis əsirlərlə dəyişdirilməsi cəhdi alınmır, sürgün həyatı 1921-ci ilə qədər davam edir. Sürgündən xilas olduqdan sonra Əhməd bəy mayın 11-də Romadan N.Nərimanova məktub ünvanlayır, məktub “Kommunist” qəzetində çap olunur. Məktubda Əhməd bəy sürgünə qədərki düşüncələrinin əksinə olaraq bolşevizmin üstünlüklərindən bəhs edir, bunun xilas yolu olduğunu göstərir və qoca yaşlarında vətənində xidmət etmək istədiyini bildirir. Məktuba cavab olaraq N.Nərimanov onu yüksək vəzifəyə dəvət edir. Yenidən Ankara N.Nərimanovdan cavab məktubu aldıqda Əhməd bəy artıq Türkiyədə idi. Sürgün illərində az məlumatı olduğu sovet rejiminin tam mahiyyətini anladığından əvvəlki məktubunun əksinə olaraq Nərimanova fərqli bir cavab yazaraq fəaliyyətini Türkiyədə davam etdirmək istədiyini bildirir. Səbəb kimi Nərimanova bunları göstərir: 1.Təmsil etdiyiniz fikir sisteminə qatılmamaqdayam; 2.Türklər üçün qurtuluş imkanının təkcə Osmanlı türklüyündə olduğu haqqında sizə də məlum olan fikir və qənaətimdə qalmaqdayam; 3.Məni əsarətdən qurtararaq mənə yenidən can və varlıq vermiş Ankaraya getməyin mənim üçün bir namus borcu olmaq fikri. Bəlkə də Nərimanovun cəhdi uğurlu alınsaydı, Əhməd bəyi Malta sürgünündən Atatürk deyil, o xilas etsəydi, Əhməd bəy Sovet Azərbaycanı üçün xidmət göstərəcəkdi. Amma onu Atatürk xilas etdi və o, namus borcu olaraq Türkiyədə fəaliyyətini davam etdirdi. Nərimanova yazdığı kimi: “Türklük bölünmə qəbul etməyən tamdır. Məqsəd ona xidmətdir. Bu xidmət harada edilirsə, müqəddəsdir, mübarəkdir”. Əhməd bəy “Hakimiyyəti-milliyyə” qəzetinin baş redaktoru olur, Qarsdan deputat seçilir, fəqət CHP-də gördüyü diktatura elementlərinə göz yuma bilməyərək Atatürkə sərt məzmunlu məktub ünvanlayır. Ən böyük sarsıntı Əhməd bəyin həyatındakı ən böyük sarsıntılardan biri də elə məhz Atatürkün siyasi eksperimenti ilə bağlı olur. O, 1930-cu ildə Atatürkün istəyi ilə yaradılan görüntü müxalifətinin rəhbərliyində təmsil olunur. Bu uğursuz hadisə barədə Əhməd bəy “Sərbəst firqə xatirələri”ndə əhatəli şəkildə yazır, lakin ən düşündürücüsü budur ki, sərbəst firqə oyununa baxmayaraq, redaktoru olduğu sonuncu qəzet “Axın” Atatürk tərəfindən bağlatdırılsa da, o Atatürkə qarşı sayğısını hər zaman qoruyur. Qızı Tezerə yazdığı məktubda Atatürkün ölümünü həyat yoldaşı Sitarədən sonra yaşadığı ikinci sarsıntı kimi qeyd edir. Əhməd bəy sonuncu sarsıntını 94 lirə təqaüdlə pensiyaya göndərildiyində yaşayır. Təqaüdə göndərilmək Əhməd bəy üçün ölümdən betər idi. Bu barədə o sərbəst firqənin rəhbəri olmuş Fəthi Okyara yazdığı məktubda bildirir: “Mənim üçün ən ağır, ən çəkilməz dərd həyatın xaricinə atılaraq məəttəl və seyrçi durmaqdır”. 1939-cu ilin 19 mayında o, seyrçi durumunu da itirərək, həyata gözlərini yumur. Dilqəm Əhməd
URL / WWW
http://atxem.az/news/a-15133.html