Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Türk dünyası xəbərləri » Ərdoğan İranda
29.03.12 12:38

Görüşdə İranın nüvə proqramı, Suriya böhranı və PKK ilə mübarizənin müzakirə olunduğu bildirilirİrana səfərini davam etdirən Türkiyənin baş naziri Rəcəb Tayyib bu gün İran prezidenti Mahmud Əhmədinejadla görüşüb. Görüşdə İranın mübahisəli nüvə proqramı və Suriyada yaranmış böhranın, eləcə də PKK terror təşkilatı ilə mübarizənin müzakirə olunduğu bildirilir. Görüşlərdə tərəflər regionda mürəkkəb problemlərin həllində köməklik göstərmək üçün Tehran və Ankara arasında yaxın əməkdaşlığa çağırıb. Türkiyənin baş naziri İran rəsmiləri ilə danışıqları konstruktiv adlandırıb. Rəcəb Tayyib Ərdoğan mövcud əlaqələrin iki tərəf arasında ümimi dini və mədəni köklərə əsaslandığını bildirib və ölkəsinin İranla əməkdaşlığı daha da inkişaf etdirməkdə qətiyyətli olduğunu deyib. Qeyd edək ki, Ərdoğan səfər çərçivəsində parlamentin spikeri Əli Laricani ilə də görüşüb. Parlamentin spikeri bütün sahələrdə ikitərəfli əlaqələrin, xüsusən də parlamentlərarası əməkdaşlığın bundan sonra da genişləndirilməsinin vacibliyini vurğulayıb. O, İran parlamentinin Ankara ilə qardaş əlaqələrini dəstəklədiyini deyib. NATO-nun Türkiyə ərazisində raket müdafiə sisteminin yerləşdiriməsi məsələsinə də toxunan Əli Laricani bu məsələnin İran və Türkiyə arasında danışıqlar yolu ilə həllini tapacağına ümid etdiyini deyib.
URL / WWW
http://atxem.az/news/a-15137.html