Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Məqalələr » 250 İLLİK FACİƏLƏR TARİXİ
29.03.12 19:18

İlham İSMAYILOV,
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri

Erməni təcavüzünə qarşı mübarizənin real yolu bu tarixin tam ciddiyyətlə öyrənilməsindən və gənc nəslin bu həqiqətlər müstəvisində tərbiyələndirilməsindən keçir.Artıq onuncu ildir ki, ümumilli liderimiz Heydər Əliyev cənablarının təşəbbüsü ilə mart ayının 31-i «Azərbaycanlıların soyqırımı günü» kimi qeyd olunur. Bəli, azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qoyulması təkzibimümkünsüz tarixi reallıqdır və bu bəşəri cinayətlərin tarixi bəzi ədəbiyyatlarda israr olunduğu kimi son bir əsrin çərçivəsi ilə məhdudlaşmayaraq, azı iki yüz əlli illik bir tarixi əhatə edir. Belə ki, lk dəfə 1769-1774-cü illər Rusiya - Türkiyə müharibələri zamanı erməni kəndləri Türkiyənin əleyhinə çıxmaq qədər gözlənilməz bir cəsarət nümayiş etdirdilər və 1780-ci ildə erməni tacirləri Rusiya rəsmiləri ilə Türkiyə - İran sərhədlərinin kəsişdiyi ərazidə erməni dövləti yaratmaq barədə sövdələşmələrə başladılar. Hətta A.V.Suvorov onlara söz verdi ki, «bu istək, nəyin bahasına olur-olsun, reallşadırılacaq». Əslində bu plan hələ XVIII əsrin sonlarında reallaşdırılacaqdı, sadəcə 1796-cı ildə II Yekaterinanın ölümü o məkrli niyyətin həyata keçirilməsini müəyyən müddətə təxirə saldı. Bununla belə, Rusiya özünü artıq o dərəcədə arxayın hiss edirdi ki, çar 1797-ci il oktyabrın 1-də «İran ərazisində yaşayan ermənilərin öz təbəəliyinə qəbul edilməsi və Qafqaz xətti boyunca yerləşdirilməsi», 1799-cu il iyunun 3-də isə «Ermənilərin Qazaxda yerləşməsinə şərait yaradılması» barədə fərmanlar imzalamaqdan zərrəcə çəkinmədi. Nəhayət, 1801-ci ildən etibarən Qafqazın tam mənada ruslaşdırılması və ermənilərə bu ərazilərdə «vətən» yaradılması prosesinə start verildi. Elə həmin il Loru-Pəmbək və Şəmşədil bölgələrinin, 1805-ci il oktyabrın 20-də Şörəyel sultanlığının, 1813-cü il oktyabrın 12-də Gülüstanda bağlanmış müqavilə nəticəsində isə Bakı, Quba, Şirvan, Şəki, Qarabağ, Gəncə və Talış xanlıqlarının Rusiyanın tərkibinə qatılması rəsmiləşdirildi. Həmin vaxtlar 15 mahaldan (Qırxbulaq, Zəngibasar, Gərnibasar, Vedibasar, Şərur, Sürməli, Dərəkənd, Səədli, Talın, Seyidli-Axsaxlı, Sərdarabad, Körpübasar, Abaran, Dərəçiçək və Göyçə) ibarət olan İrəvan xanlığını ram etmək üçün iki dəfə cəhd olunsa da, rusların niyyəti baş tutmamışdı. Odur ki, 1826-cı ildə, Rusiya - İran müharibələri yenidən qızışanda, əsas diqqət bu istiqamətə yönəldildi və...1827-ci il oktyabrın 1-də İrəvan qalası təslim oldu. 1828-ci il fevralın 10-da Türkmənçay kəndində bağlanan müqavilə Naxçıvan və İrəvan xanlıqlarının ərazilərinin Rusiyanın tabeçiliyinə keçməsini rəsmiləşdirdi. Elə həmin il martın 20-də bu müqaviləni təsdiqləyən I Nikolay ertəsi gün, yəni martın 21-də «Naxçıvan və İrəvan xanlıqlarının ərazilərində Erməni vilayəti yaradılması barədə fərman»ı da imzaladı. Nəinki dövlətləri, hətta knyazlıqları 1500 il öncə itirilmiş ermənilər üçün bu fürsət göydəndüşmə idi və ermənilərə göstərilən bu səxavətin elan edilməsi üçün seçilən gün təsadüfi deyildi. I Nikolay Oğuz Eli üçün müqəddəs sayılan, dünyanın təzələnməsi anlamına gələn bir gündə ermənilər üçün yeni epoxanın başlanmasına işarə verirdi. İlkin mənbə və tarixi ədəbiyyatların təhlili göstərir ki, Azərbaycan xalqına qarşı erməni təcavüzünün başlıca məqsədi tarixi Azərbaycan torpaqları hesabına erməni dövlətinin əsasını qoymaq və sonradan müxtəlif yollarla onu genişləndirməklə «Böyük Ermənistan» yaratmaqdan ibarət olmuşdur. Ermənilərin bu niyyətlərinin qismən də olsa reallaşmasında Rusiyanın və bəzi Qərb dövlətlərinin müstəsna rolu danılmazdır. 1826-1828-ci illər Rusiya-İran, 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələrindən dərhal sonra İran və Türkiyədən köçürülən 130 minə yaxın erməni əsasən İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılmışdı. Həmin müharibələr nəticəsində 359 müsəlman kəndi dağıdılmış, əhalisinin xeyli hissəsi qırılmış, qalanları isə qaçqın düşmüşdülər. Türkmənçay müqaviləsindən sonra İrəvan və Naxçıvan xanlıqları ərazisində təşkil edilən Erməni vilayətində mövcud olan 1111 yaşayış məntəqəsindən cəmisi 62 kənddə (erməni kilsələrinin ətrafında) ermənilər yaşayırdılar. Son iki yüz ildə indiki Ermənistan ərazisində Azərbaycan türklərinə qarşı həyata keçirilən qırğınlar, deportasiya və soyqırımları nəticəsində onların yaşadıqları iki minə yaxın yaşayış məskəni boşaldılmışdır. Azərbaycanlıların öz əzəli torpaqlarından qovulması ilə paralel ermənilərin onların yerində məskunlaşdırılma kampaniyası XIX əsrin sonunda Türkiyədə baş qaldıran erməni separatizminin yatırılmasından sonra daha geniş vüsət almışdır. XX əsrin əvvəllərində Zaqafqaziyada yaşayan 1,3 milyon erməninin 1 milyonu xaricdən gələn ermənilərdən ibarət idi. Həmin dövrdə «Daşnaksutyun» partiyası öz proqramında dəyişiklik edərək, fəaliyyətinin ağırlıq mərkəzini Cənubi Qafqaza keçirmiş, müstəqil erməni dövləti qurmaq məqsədilə silahlı birləşmələr təşkil etmişdi. Rusiyanın rəsmi dairələrinin ermənipərəst mövqeyindən istifadə edən «Daşnaksutyun» partiyası İrəvan, Gəncə (Yelizavetpol) və Tiflis quberniyalarında Azərbaycan türkləri yaşayan əraziləri təmizləmək və orada erməniləri məskunlaşdırmaq məqsədilə kütləvi qırğınlar törədirdi. 1905-1906-cı illərdə Rusiyada baş verən iğtişaşlardan fürsət kimi istifadə edən ermənilər əvvəlcə Bakıda, sonra isə İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda, Qazaxda və Tiflisdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmişdir. Erməni silahlı dəstələri İrəvan-Naxçıvan-Zəngəzur-Qarabağ istiqamətində yerləşən azərbaycanlı yaşayış məskənlərinin əhalisini qırmaqla, qovmaqla və həmin ərazilərdə erməniləri məskunlaşdırmaqla gələcək Ermənistan dövlətinin əsasını qoymaq istəyirdilər. Sayları on min silahlıdan artıq olan erməni birləşmələri İrəvan şəhərində və onun ətraf kəndlərində, Eçmiədzin (Üçkilsə) və Şərur-Dərələyəzdə, Gəncə quberniyasının Zəngəzur qəzasının Gorus, Qapan və Qarakilsə (Sisyan) nahiyələrində, Şuşa, Cavanşir, Cəbrayıl, Qazax qəzalarında kütləvi soyqırım törətmiş, 200-dən artıq azərbaycanlı kəndini viran qoymuşdular. I Dünya müharibəsinin başlanması ilə paralel şəkildə ermənilərin yaranmış qarışıqlıqdan bəhrələnmək istəyi də aktivləşdi. Təşəbbüsü öz üzərinə götürən erməni katolikosu V Gevorq Qafqaz canişini Vorontsov - Daşkova müraciət etsə də, onun konkret iş görə bilməyəcəyini yəqinləşdirərək, 1914-cü il dekabrın 20-də birbaşa çar II Nikolaya üz tutdu. Türkiyə cəbhəsində ermənilərin xidmətindən maksimum yararlanmaq istəyində olan çar isə öz növbəsində erməni katolikosuna səxavət göstərərək erməni dövlətinin yaranmasının yaxın gələcəyin planı olduğunu bildirdi. Amma tarixin çarxı ermənilərin istəyincə fırlanmadı; II Nikolay taxtdan salındı, Türkiyə döyüşlərin gedişində rusların xeyrinə işləmiş erməni bölgələrində nizam - intizamı bərpa etməyə başladı. Rəsmi Rusiyanın mövcud tarixi şəraitdə onlara heç nə ilə yardım edə bilməyəcəyini yəqinləşdirən ermənilər taktikalarını dəyişərək, bolşeviklərin imkansızlığından yararlanmağa qərar verdilər və 1917-ci ilin noyabrından etibarən İrəvan quberniyasının ərasində türklərə qarşı hərbi aksiyalara start verdilər. 1918-ci ilin əvvəllərindən etibarən isə terrorçu Andronik Ozanyanın tabeçiliyində olan hərbi birləşmələrin Qafqaz ərazisinə, əsasən də İrəvan quberniyasının ərazisinə transferi başladı. Tarixin bu məqamındakı olaylar Azərbaycan tarixşünaslığının diqqətindən yayınsa da, əslində 1917-ci ilin noyabrından 1918-ci ilin martına qədər ermənilərin İrəvan quberniyasında törətdikləri vəhşiliklərin miqyası 1905-1907 və 1918-1920-ci illərdə törədilmiş cinayətlərin miqyasından da geniş olub. Belə ki, 1917-ci ilin noyabrından 1918-ci ilin martına qədər İrəvan ərazisində nə az, nə çox - düz 109 kənd yerlə-yeksan edilib. 1918-ci ilin martında isə Andronikin quldur birləşməsinin komissarı Dro «Transqafqaz komissarlarının seymi»ndə açıq mətnlə Azərbaycana qarşı ərazi iddiaları səsləndirdi və Erməni dövlətinin yaranması barədə planları açıqladı. Bu, erməni hərbi birləşmələrinə hər yerdə açıq hərbi fəaliyyətə keçmək barədə göstəriş demək idi və belə də oldu... Hələ 1914-cü ildə Rusiya-Türkiyə müharibəsinin başlanmasından istifadə edərək «Daşnaksutyun» partiyası rus ordusunun tərkibində 4 böyük silahlı birləşmə təşkil etmişdi. Cəllad Aedranikin başçılığı etdiyi erməni dəstələri Cənubi Azərbaycanın Xoy, Urmiya və Səlmas əyalətlərində 150 minə yaxın, sonra isə Şərqi Anadolunun Qars, Ərzurum və Ərdahan bölgələrində 200 mindən artıq Azərbaycan türklərini uşaq, qoca, qadın arasında fərq qoymadan qətlə yetirmiş, həmin əraziləri Çar Rusiyasının ermənilərə vəd etdiyi Ermənistan dövlətini qurmaq üçün türklərdən təmizləmişdilər. Rusiyada 1917-ci il oktyabr çevrilişindən sonra özlərini Qafqazda bolşevik hakimiyyətinin qanuni nümayəndələri hesab edən ermənilər əsasən Türkiyədən qaçıb gələn erməniləri silahlandıraraq Sovet hakimiyyətini qurmaq adı altında Bakıda hakimiyyəti ələ keçirmişdilər. 1918-ci il martın 30-u, 31-i və aprelin 1-də bolşevik qiyafəsinə bürünən ermənilər Rusiyanın hərbi yardımı ilə Bakıda soyqırım törədərək 15 min müsəlmanı qətlə yetirmişdilər. Məqsəd Bakını ələ keçirməkdən, onun neft sərvətinə sahib çıxmaqdan ibarət idi. Həmin ilin aprel-may aylarında ermənilər Şamaxıda, Qubada, Xaçmazda, Ağsuda, Kürdəmirdə, Salyanda, Lənkəranda kütləvi qırğınlar törətmiş, 50 mindən artıq soydaşımızı ən vəhşi üsullarla qətlə yetirmişdilər. Qırğınlar İrəvan quberniyası ərazisində, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Qars vilayətində daha amansız şəkildə törədilmişdi. Şamaxı qəzasında 58, Quba qəzasında 112, Gəncə (Yelizavetpol) quberniyasında 272 (o cümlədən Zəngəzurda 115, Qarabağda 157), İrəvan quberniyasında 211, Qars vilayətində 82 yaşayış məntəqəsi yerlə-yeksan edilmiş, yüz minlərlə azərbaycanlı qətlə yetirilmiş, bir milyona yaxın əhali öz tarixi-etnik torpaqlarından didərgin salınmışdı. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra fövqəladə istintaq komissiyası yaradılmış və ermənilərin xalqımızın başına gətirdikləri müsibətlər şahid ifadələri əsasında sənədləşdirilmişdir. Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə hər il martın 31-ni matəm günü kimi qeyd etmək qərara alınmışdı. Erməni təcavüzünün qurbanlarının xatirəsi 1919-cu və 1920-ci il martın 31-də matəm kimi qeyd edilmişdi. 1920-ci ildən sonra Ermənistanda azərbaycan türklərinə qarşı deportasiya siyasəti «dostluq» və «beynəlmiləlçilik» pərdəsi altında davam etdirilmişdir. 1930-1937-ci illərdə Ermənistanın Türkiyə və İranla sərhəd boyunda yaşayan 50 minə yaxın azərbaycanlı repressiyaya məruz qalaraq həbs edilmiş, Qazaxıstan və Sibir çöllərinə sürgün edilmişlər. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin «Ermənistan SSR-də kolxozçu və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında» qərarına əsasən 1948-1953-cü illərdə azərbaycanlılar yaşayan ən münbit ərazilərdən, xüsusən də İrəvan və onun ətraf rayonlarından 150 minə yazın əhali deportasiyaya məruz qalaraq Azərbaycanın aran rayonlarına köçürülmüşdür. Köçürülən əhalinin təqribən yarısı iqlim şəraitinə uyğunlaşmayaraq tələf olmuşdur. 1988-ci ildə keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli mövqeyindən istifadə edən Ermənistan Respublikası Dağlıq Qarabağ Muxtar Vilayətini anneksiya etməyə cəhd göstərməklə yanaşı, Ermənistan SSR Ali Soveti sessiyasının məxfi göstərişinə əsasən, 1988-ci il noyabrın 22-dən 28-dək müddət ərzində soydaşlarımız yaşayan 22 rayonda 170 sırf və 94 qarışıq (ermənilərlə) yaşayış məskənləri azərbaycanlılardan təmizlənmiş, nəticədə 200 mindən artıq azərbaycanlı, 18 min müsəlman kürd, min nəfər rusdilli əhali Azərbaycana pənah gətirmişdir. Həmin vaxt 216 azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, minlərlə qadın, uşaq və qoca bədən xəsarəti almış, on minlərlə ailənin əmlakı qarət olunmuşdur. Rəsmi Ermənistan azərbaycanlılara qarşı soyqırım həyata keçirərək, onları tarixi-etnik torpaqlarından təmizlədikdən sonra mənəvi soyqırım - türkmənşəli toponimləri ermənicələşdirmək aksiyasını həyata keçirmişdir. Son vaxtlara qədər mövcud olan türkmənşəli toponimin hamısı dəyişdirilmiş və yaxud soydaşlarımızın yaşadıqları kəndlər ölü zonaya çevrilərək, yaşayış məntəqələrinin siyahısından silinmişdir. Monoetnik Ermənistan dövləti yaratmağa nail olan Ermənistan rəhbərləri onu dəstəkləyən dövlətlərin hərbi-sənaye potensialından qidalanaraq əhalisinin 30 faizini azərbaycanlılar təşkil edən Dağlıq Qarabağ Muxtar Vilayətini, habelə, 7 ətraf rayonu (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam və Füzuli rayonlarını) işğal edib xarabazara çevirmiş, əhalini soyqırımına məruz qoymuşlar. Ermənistan silahlı qüvvələri Azərbaycanın 12 rayonunu işğal etmiş (ərazisinin 20 faizi, yaxud 1/5 hissəsini), 20 minə yaxın Azərbaycan vətəndaşını öldürmüş, 4 minə yaxın əhalini girov götürmüşlər ki, onların da əksəriyyəti uşaqlar, qadınlar və qocalardır. 1992-ci il fevralın 26-da törədilən Xocalı soyqırımı dünya tarixində analoqu olmayan vəhşiliyin nümunəsidir. Bir milyona yaxın azərbaycanlı erməni təcavüzü nəticəsində öz torpaqlarından qaçqın düşmüşdür. İşğal edilmiş ərazilərdə 4 mindən çox sənaye və kənd təsərrüfatı obyekti, 724 şəhər, kənd və qəsəbə qarət edilmiş, ümumi sahəsi 6 milyon kv. metr olan 180 mindən artıq mənzil və şəxsi ev, minə yaxın təlim tərbiyə müəssisəsi, 3 minə yaxın mədəni-maarif ocağı, 700-dən artıq tibb müəssisəsi erməni vandalları tərəfindən dağıdılmışdır. Təkcə XX yüzillikdə bir milyona yaxın azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə öldürülmüş, 1,5 milyondan artıq soydaşlarımız indiki Ermənistan ərazisindən deportasiya edilmişdir. 1918-ci ildə imzalanan Batum müqaviləsinə əsasən cəmisi 9 min kv.km. ərazisi olan Ermənistan 1988-ci ildə onu 30 min kv.km.-ə çatdırmış, hazırda isə işğal etdiyi ərazilərlə birlikdə azı 45 min kv.km. əzəli Azərbaycan torpaqlarını öz nəzarəti altına almışdır. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması haqqında BMT Təhlükəsizlik Şurası 4 qətnamə (822, 853, 874, 884 saylı) qəbul etmişdir. Ermənistan Respublikası həmin qətnamələrin tələblərinə indiyədək əməl etməmişdir. Tarixi faktlar, arxiv sənədləri, statistik məlumatlar belə nəticəyə gəlməyə əsas verir ki, indiki Ermənistan ərazisində və Azərbaycanın işğal edilmiş ərazilərində erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar və cəza aksiyaları BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli Konvensiyasına görə soyqırım hesab edilməlidir. Ermənilərin XIX-XX əsrlərdə azərbaycanlılara qarşı törətdikləri soyqırım və kütləvi repressiya aksiyalarına hüquqi-siyasi qiymət vermək məqsədiliə Ümummili liderimiz Heydər Əliyev 26 mart 1998-ci ildə «Azərbaycanlıların soyqırımı haqqında» fərman imzalamış və bütün soyqırım faciələrini yad etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırım günü elan edilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin istər «Azərbaycanlıların soyqırımı haqqında» 26 mart 1998-ci il fərmanı, istər «1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında» 18 dekabr 1987-ci il tarixli fərmanı, istərsə də həmin fərmanların icrası ilə bağlı imzaladığı sərəncamlar və eləcə də dövətimizin başçısı İlham Əliyevin hər il soyqırım günü ərəfəsində etdiyi müraciətlər qan yaddaşımızın oyanmasına, tarixi keçmişimizə qarşı biganəliyimizə son qoymağa xidmət edir. Ermənilər xalqımızın qan yaddaşının bərpa olmasından, tarixi keçmişində ona qarşı edilən zülmlərdən xəbərdar olmasından, erməni şovinizminin, erməni terrorizminin ifşa olunmasından çox narahatdırlar. Digər tərəfdən, Azərbaycanın bir dövlət kimi qüdrətlənməsi, onun regionun aparıcı dövlətinə çevrilməsi, Ermənistanın isə bütün beynəlxalq layihələrdən təcrid olunması, insan ehtiyatlarının tükənməsi onun bir dövlət kimi perspektivsizliyindən xəbər verir. Azərbaycan isə sülhpərvər, beynəlxalq hüquq normalarına hörmət edən, separatizmin və terrorçuluğun əleyhinə ardıcıl mübarizə aparan bir dövlət imici qazanıb. Azərbaycanın haqq işi, o cümlədən ona qarşı edilən tarixi ədalətsizliyin bərpası istiqamətində atdığı addımlar tədricən beynəlxalq ictimaiyyət tərəfindən anlaşılır və qəbul edilir. Azərbaycanlılara qarşı ermənilərin törətdikləri soyqırımların tanınması da gec-tez tarixi ədalətsizliyə verilən hüquqi-siyasi qiymət kimi dünya dövlətləri tərəfindən qəbul ediləcəkdir. Ermənilərin beynəlxalq rəydə «soyqırıma məruz qalan xalq» kimi deyil, məhz soyqırım törədən xalq imici ilə tanınacağı tarix çox da uzaqda deyil. * Material hazırlanarkən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun elmi işçisi Nazim MUSTAFAnın elmi araşdırmalarından istifadə edilmişdir.

 "Kaspi" qəzeti, 31 mart 2008-ci il.

THE HISTORY OF 250 YEARS TRAGEDIES

The real way of struggle against armenian agression is the serious study of this history and educating young generation on the plane of this facts. It is already ten years that, the 31 of March is celebrated as “the day of Azerbaijanis denocide” with the initiative of our nationalwide leader Heydar Aliyev. It is a facts that azerbaijanis genocide committed by armenians is nondeniable historical reality and the history of crimes against mankind covers at least 250 years with not limitted to the last one century as mentioned in some books. That is during the in 1769-1774 Russian-Turkish war armenian villages perfomed unexpectable attempt like standing against Turkey for the first time and in 1780 armenian merchants began negotiations with Russian officials about establishing armenian state in the intersection of Turk –Iran borders. Even A.V.Suvorov promised them that, “this ambition will realized at any rate”. This plan was supposet to be realized in late XVIII century however the death of Yekaterina II in 1796 postpone the realization of this ambition. Thus Russsia felt selfconfident that, did not avoid going signing decrees on getting armenians residing in the territory of Iran under its auspices and settling them along Caucasus line on October 1, 1797, and “offering all necessary fasilities settled in Gazakh” on June 3, 1799. Finalliy Russianization of Cazakh and the process greating “motherland” for armenians in this regions took its starts beginnig 1801. The joining of Lory-Pembekand Shamshadil regions in the same year, Shorayel sultanate on October 20, 1805, the khanates of Baku, Quba, Shirvan, Shaki, Qarabakh, Ganja and Talish as the result of contract signed in Gulustan on October 23, 1813 was legalised to Russia. Although Russsia had attempted twice to invade the Iravan khanate, containing 15 districts (Qirkbulaq, Zangibasar, Qrnibasar, Vedibasar, Surmeli, Darakend , Saadli, Talin, Seyidli-Akhsakhli, Sardarabad, Korpubasar, Abaran, Derechichek, and Goyche) them, Russian aim is couldnot be realized. Therefore the core attention was directed to this direction when Russian –Iranian war incited again in 1826 and…. On october 1, 1827 Iravan castle surrendered, the contract signed in Turkmenchay village on February 10, 1826 legalized joining of Nakhchivan and Iravan khanate`s territories to Russia. Nicolay I affirming this contract on March 20, same year, signed the decree on “establishing Armenian region in the territories of Nakhchivan and Iravan khanates” the next day, that is on March 21. For armenians having lost not only their state, but also their khanates, this opportunity was unexpectable and the day selected for decleration of this award to Armenians was not casual. Nicolay I signed the beginnig of the new era for armenians in the day considered as holy for Oguz nations, meaning the world`s refreshments. The primary resources and investigation of historical books show that, the main goal of armenian agression against Azerbaijani nation was established Armenian state owing to the Azerbaijan territory and create “Great Armenia” by expanding it by different way. Russian`s and some western state`s role is undeniable in even partly realization of Armenians intention. Armenians about 13 thousand moved Iran and Turkey just after Russian-Iranian war, 1826-1828, Russian –Turkish war, 1828-1829 were mainly resettled in the territories of Iravan, Nakhchivan and Garabagh khanates. 359 muslim villages were destroyed, majority of population were killed, remaining became refugees at the result of those war. After the Turkmanchay treaty armenians lived in only 62 villages (around armenians churches) out of 1111 settlements in the territory of region established in Iravan and Nakhchivan khanates. About 2 thousands settlements settled by Azerbaijan Turks in the territory present-day Armenia were empted as the result of slaugters deportation and genocide. Within last 250 years compaign of armenians resettling in Azerbaijani lands parallely with their being exilled their native lands got large scale after stranging of Armenian separatism appeared in Turkey in late XIX century. 1 million of armenians out of 1,3 million living in Caucasus in the beginnig of XX century were imigrated foreign countries. “Dashnaksutun” party moved its major activities to southern Caucasus by making s in its program and formed armed forces with the aim of establishing independent Armenian State in that period. Dashnaksutun party using Armenian supporting position of the official sfera of Russia had mass slaughters aiming to kill Azerbaijan Turks in Iravan Ganja (Yelyzavetpol) and Tiflis Provinces and settling armenians there. Taking advantage of this situation 1905-1906 years disturbance in Russia armenians progreated against the peaceful azerbaijanis firstly in Baku, then Iravan, Nakhchivan, Ganja, Garabagh, Zangazur, Gazakh and Tiflis. Armenian Armed Forces wanted to found future Armenian State by killing and dispersing azerbaijanians settling on direction Iravan – Nakhchivan – Zangazur – Garabagh with settling armenians on that territory. Armenian units with more than 10 thousand members progreated mass killing in the city Iravan and in the suburbs of villages, Echmiadzin (Uchkilsa) and in Sharur Daraliyaz, Ganja’s province Zangazur uyezd Corus, Gafan and Garakilsa (Sisyan) arears, Shusha, Javanshir, Jabrail, Gazakh uyezd, more than 2 hundreds Azerbaijan villages had been destroyed. Paralelly with beginning of World War I armenians intention of benefitting the appeared anarchy was activated. Taking initiative on his shoulders armenians katalikos Gevorg V, although appealed to Caucasus representative Vorontsov-Dashkov, realized that, he couldn’t do anything concretly. Directly appealed to Nicolay II on December 20, 1914 char being on desire to maksimum benefis armenian service in Turkish front, in his turn denoted being nearest future plan establishing Armanian State while respect armenian katalikos. But the events was not suited armenians desire. Nicolay II was fell down the power, during the battle Turkey began to built distipline in the territory of Armenian working Russians benefit. On exiting historical condition Armenians d their tactics, realized that official Russian couldn’t help them anyhow decided to use bolshevics unlimited opportunities and started military actions against Turks in the territory of Iravan province beginning November 1917. And the early 1918 the transferring of military units led by terrorist Andranic Ozanyan to Caucasus specially to the territory of Iravan province began. Although the events in this period of history was missed by Azerbaijan history studies, in fact the scale of armenian vandalizm that they committed in Iravan province November 1917 to March 1918 was larger than the scale of crimes committed within 1905-1907 and 1918-1920. That is November 1917, 2 March 1918, 109 villages were ruined in Iravan province. And 10 March 1918 Andranic’s gang of robbers comissar Dro declared territorial ambitions against Azerbaijan in “The confrance of TransCaucasus Comissars” and told about the plans of establishing Armenian State. This was the sign about beginning directly military acts every for Armenian Armed Forces and so it happened… Even using the beginning of Russian – Turkish War 1914 Dashnaksutun party formed, four large forces contained to Russian army. Armenian units led by murdered and Andranic killed about 150 000 people in Khoy, Urmiya and Salmas region of south of Azerbaijan, then more than 200 000 people in Gars, Arzurum and Ardahan regions of easten Anadolu without distinction women, children and the old, and cleaned those territories Turks for establishing Armenian State as char Russia had promised them. After October 1917 revolution in Russia Armenians considering themselves official representatives of bolshevic power in Caucasus crabbed over in Baku under slogan of forming Soviet power by suplying with arms the armenians imigrating Turkey. Armenians showing themselves, as bolshevic committed genocide in Baku with the military help of Russia, killed 15 000 muslims on March 30-31, April 1, 1918. The intentions was to get Baku, owning its oil recourses. Armenians committed mass slaughters in Shamakhi, Guba, Khachmaz, Aghsu, Kurdamir, Salyan, Lankaran violately killed more than 50 000 civils on Aprel – May, the same year. Slaughter have been committed more and more violately in the territory of Iravan province, Garabagh, Zangazur, Nakhchivan, Gars, 58 settlements in Shamakhi uyezd, 112 settlements in Guba uyezd, 272 settlements in Ganja (Yelizavetpol) province (more over 115 in Zangazur, 157 in Garabagh), 211 settlements in Iravan province, 82 settlements in Gars region, 1 hundred thousands of Azerbaijanis were killed, about one million population became refugees. After the establishment DRA an extraordinary investigation commition was formed and vandalizm, committed by armenians to our people were documented on the base of witness. March 31 was decided to be celebrated as the day of mourning by the decision DRA government. The memory of the victims of armenian agresssion were remindered as mournig on March 31, 1919-1920. The deportation police against Azerbaijan Turks in Armenia was continued under “ friendship” ,“internationalizm” after 1920, about 50 thousands azerbaijanis living along Armenian borders with Turkey and Iran were repressed, arested, exiled to the steps of Kazakhstan and Sibirya during 1930-1937. According to the decision of USSR Minsters of Soviet on “resettling of collective –farmers and other Azerbaijanis Armenia SSR to the Kur-Araz lowland of Azrebaijan SSR on Desember 23, 1947, about 150,000 people were deportated fertile places settled by azerbaijanis especially Iravan and its suburb distircts to Azerbaijan districts during 1948-1953. About half of resettled people couldn`t be acclimatized and died. Using the partial position of authority of former USSR against Azerbaijan, Republic of Armenia together with attempting to annexation of Upper Garabagh Autonomous province 170 pure, 94 mixed settlements settled by azerbaijanis were cleaned by armenians on the base of secret plan of Armenian SSR Supreme Soviet, at the result more than 200,000. Azerbaijanis, 18,000 muslim kurds, 1000 Russian languaged people were deportated to Azerbaijan 22-28 within November, 1988. During that period 216 azerbaijanis were violately killed thousands of women, children elderly people got body injuries, properties of 10 thousands of people were robbed. Official armenian realizing mass killing against azerbaijanis, after clearing them their historical-ethnic lands base on turk toponims had been realized to armenilize movement. Till last times existing all turkish toponims were d or turning dead regions settlements of our settler, was rubbed the list of settlement. Armenian officials achieving to establish Monoethnic Armenian State using military - industrial potential of the states helping it, aranging population 30 percent of azerbaijanis Upper Garabagh Autonomous Oblast, so 7 suburb region (Lachin, Kalbajar, Gubadli, Zangilan, Jabrail, Aghdam and Fizuli district) had ivaded and ruined, mass killing the people. Armenian Armed Forces occupied 12 district of Azerbaijan (20 percent of territory, or 1/5 pert of).were killed 20 thousand of Azerbaijani citizens, was taken into hustage that, main part of them children, women and elderly Khocali mass killing progreating on February 26, 1992 is pattern no analogue in the world history. More than 1 million azerbaijanis had became refugees their lands as result of Armenian occupation. More than 4 thousands industry and agriculture buildings, 724 city, village and district rubbed in occupying territory. All field being 6 sq.km more than 180 thousands house and private, about one thousand teaching offices, about three thousands cultural-educational centre more than 700 medical offices had been destroyed by armenians vandals. Only in XX century about 1 milion azerbaijanis had been killed violately by armenians, more than 1,5 azerbaijanis had been deportated the territory present-day of Armenian. Signing Batumi contract in 1918 basically Armenian being 9 thousand sq.km territory totally expanding it 30 sq.km in 1988, now together with occupying territory less 45 thousand sq.km native Azerbaijan lands. UNO security council had accepted for resolution (822, 853, 874, 884 numbers) about the occupying territory of Azerbaijani getting out Armenian Armed Forces no comments. Republic of Armenian is not fulfil that resolution yet. Historical facts, archive documents, statistical information give us such result that, in present day Armenian’s territory and Azerbaijani occupying territories Armenian Armed units progreated mass killing and panishment actions against azerbaijanis as the date of December 9, 1948 Convention of UNO Prime Assembly must consider mass killing in IX-XX centure. Armenians progreated mass killing and repression action against azerbaijanis on March 26, 1998 nationalwide leader Haydar Aliyev with appriciated to political intention (about mass killing of azerbaijanis) signed resolution and remindered all mass killing tragedy with intention 31 of March was declared as the day of mass killing of azerbaijanis. The decree on “Azerbaijani genocide” signed on March 26, 1998, decree on “ Azerbaijanis mass deportation their national – ethnic lands in Armenian SSR” signed on December 18, 1987 and regulation signed for implementation these decrees by our national leader Haydar Aliyev as well as appeals by the president of our state Ilham Aliyev on the even of genocide day every year serve refreshment our memory and to put end to our loyalty to our history. Armenians are very worried about the refreshment of our blood memory being informed about operations made against us, exposing of armenian chauvinism, armenian terrorizm. On the other hand azerbaijanis getting more power as the state, its becoming the leading state of the region and armenians being isolated all international projects, exhaustion of its human recorces tell about its unperspective future as the state. But Azerbaijan gained the image of the state has being a peace keeper, respecting international legal norms, having methodical struggle against separatism and terrorizm. Azerbaijanis justice position, its activities on recovering historical unjustice made against it is gradually understood and accepted by international community. Recognition of genocide committed by armenians against Azerbaijan is will be anyhow accepted by world states as legal-political value given to historical unjustice. The date of armenians being accepted not as “the victims of genocide “ but as the nation commiting the genocide is not so far.
URL / WWW
http://atxem.az/news/a-15138.html