Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Türk dünyası xəbərləri » Tehranda Türk Mərkəzi açıldı
29.03.12 22:04

Tehranda Türkiyə Yunis Əmrə Mədəniyyət Mərkəzinin açılışı olub.APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumatına görə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu ölkənin Tehrandakı səfirliyinin nümayəndələri ilə birgə mərkəzin açılışında iştirak edib. Ə.Davudoğlu mərkəzin türk dili və mədəniyyətinin inkişafı yönündə fəaliyyət göstərəcəyini açıqlayıb. Açılışda o da bildirilib ki, hazırda 5 yüzə yaxın iranlı tələbə həmin mərkəzin kurslarında iştirak edir. Türkiyənin Xarici Mədəniyyət Evləri Mərkəzinin rəhbəri Əli Fuad Bilkan çıxış edərək vurğulayıb ki, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Yunis Əmrə Mərkəzinin İranda da əsas məqsədi Türkiyə və İran mədəniyyətinin düzgün şəkildə tanıdılmasıdır.
URL / WWW
http://atxem.az/news/a-15140.html