Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Əlaqələr, rəsmi xronika » Azərbaycan və Qırğızıstan prezidentlərinin təkbətək görüşü olub
30.03.12 19:37

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin martın 30-da rəsmi qarşılanma mərasimi olub.Modern.az xəbər verir ki, Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevi və xanımı Raisa Atambayevanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşılayıblar. Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Almazbek Atambayevə, Qırğız Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib. Prezidentlər və xanımları rəsmi foto çəkdiriblər. Azərbaycan prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın martın 30-da Qırğız Respublikasının prezidenti Almazbek Atambayev və xanımı Raisa Atambayeva ilə birgə görüşü olub. Sonra Azərbaycan və Qırğız Respublikası prezidentlərinin təkbətək görüşü keçirilib.
Görüşdə Azərbaycanla Qırğız Respublikası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub, dövlətlər arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib. A. Atambayevin Azərbaycana rəsmi səfərinin ölkələr arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından önəmi vurğulanıb. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
URL / WWW
http://atxem.az/news/a-15152.html