Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Gündəlik xəbərlər
» Ərdoğan: “Haqlı olduğumuz bu gün ortaya çıxdı...” Türkiyənin baş naziri İran səfərinin yekunlarından danışıb
30.03.12 15:44
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İranda keçirdiyi görüşlərlə bağlı açıqlama verib.Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən məlumatına görə, Rəcəb Tayyib Ərdoğan deyib ki, İran prezidenti Mahmud Əhmədinejad, İranın ali dini lideri Əli Xamneyi və bu ölkənin digər rəsmiləri ilə keçirilən görüşlərdə Suriya və digər bölgə problemləri müzakirə olunub.
O, İranın nüvə proqramı ilə bağlı da danışıb: “Biz Braziliya ilə birgə Tehran anlaşması çərçivəsində İranın nüvə proqramına münasibətimizi ortaya qoymuşuq. Braziliya ilə addım atdıq və qətiyyətimizi davam etdirdik. Haqlı olduğumuz bu gün ortaya çıxdı. Əli Xamneyi görüşdə dedi ki, şəriətə görə kütləvi qırğın silahı istifadə edilə bilməz.
İnsanın bu sözləri dilə gətirməsindən sonra mən İranın nüvə silahı yaratdığını iddia edə bilmərəm. Eyni sözləri İran prezidenti də təkrarlayır. İranın dinc məqsədlə nüvə enerjisindən istifadə etmək haqqı yoxdurmu?”
URL / WWW
http://atxem.az/news/a-15153.html