Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » TürkPA nümayəndə heyəti Uqandaya səfər edəcək
30.03.12 15:59

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) nümayəndə heyəti martın 31-dən aprelin 5-dək Uqandanın paytaxtı Kampala şəhərində keçiriləcək 155 ölkənin parlamentini və bir çox beynəlxalq təşkilatları özündə birləşdirən Beynəlxalq Parlamentlər İttifaqının (IPU) 126-cı sessiyasında iştirak edəcək.
TürkPA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinə Azərbaycan parlamentinin TürkPA-dakı nümayəndə heyətinin üzvü və Beynəlxalq Parlamentlərarası İttifaqdakı rəhbəri İlham Əliyev rəhbərlik edəcək.
TürkPA Beynəlxalq Parlamentlər İttifaqında müşahidəçi statusu ilə təmsil olunur.
TürkPA baş katibinin müavini Kürşad Melih Sarıarslan Beynəlxalq Parlamentlər İttifaqının 126-cı sessiyası ilə paralel olaraq keçiriləcək Parlamentlərin Baş Katibləri Assosiasiyasının növbəti iclasında iştirak və çıxış edəcək.


APA
URL / WWW
http://atxem.az/news/a-15154.html