Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Əlaqələr, rəsmi xronika » İki Fransa senatoru QHT-lərin məktubuna cavab verdi
30.03.12 16:16

Yanvarın 25-də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Milli Qeyri Hökumət Təşkilatları Forumunun birgə təşkilatçılığı ilə “Fransa Senatında “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı qəbul olunmuş qanun layihəsinə QHT-lərin etirazı” mövzusunda dəyirmi masa keçirilmişdir.Tədbirin sonunda 100-dən çox QHT adından Fransa Senatına etiraz məktubu göndərilərək, qəbul edilmiş bu qanunun ədalətsiz, heç bir hüquqi çərçivəyə sığmayan, insan hüquq və azadlıqlarının pozulmasına yönəlmiş bir sənəd olduğu vurğulanmışdır. 100-dən çox QHT adından Fransa Senatına, Avropa Şurasına və Avropa Birliyi Parlamentarilərinə göndərilmiş etiraz məktubuna Fransa senatorlarından cavab məktubu gəlmişdir.


ATXƏM-in
Mətbuat xidməti
URL / WWW
http://atxem.az/news/a-15157.html