Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Türk dünyası xəbərləri » Bir qrup Təbrizli müstəqil fəal (mənatiq-i dəhqanə) qarşıdan gələn Təbiət Günü (13 fərvərdin) ilə bağlı Bəyanat yayıblar.
30.03.12 16:38

Bəyanatda qısaca deyilir:
“ Azərbaycanın gəlini Urmu Gölü, qərəzli qüvvələr tərəfindən qurudulmaqdadır. Mütəxəssislərin dediyinə görə, artıq Gölün 70 faizdən çoxu duzlağa çevirilib.
Təssüflə bu günə qədər dövlət tərəfindən verilən sözlərə əməl olunmayıb və bununlada Azərbaycanın gəlini son nəfəslərini çəkir.
Hamımız bilirik ki, Urmu Gölünün ölümü Azərbaycanın ölümüdür. Son iki ildəki kimi bu il də əlimizdə suqabı daşıyaraq Təbiətə çıxıb, və Azərbaycanın gəlininə öz dəstəyimizi nümayiş etdirəcəyik.”
Təbriz bazarının bir qrup mübariz şəxsləri də mözvu ilə bağlı Bəyanat yayaraq, gözlənilən yığıncaqda aktiv iştirak edəcəklərini bildirib və Yığıncağın keçirilməsinin vacib olduğunu vurğulayıblar. Bildiriblər ki, “Urmu Gölü susuzdu – Azərbaycan oyanmasa uduzdu” şüarı ilə bir daha öz səslərini İran rəhbərliyinə çatdıracaqlar.
Futbol takımı “Traxtur” tərəfdarları da bu barədə dəstək Bəyanatı yayıblar. “Traxtur” tərəfdarları 17-ci Bəyanatda 1391-ci ilin Urmu Gölü ili adlandırılmasını dəstəkləyib və bu addımı yüksək qiymətləndiriblər. Həmçinin soydaşlarımız Təbiət Günündə (13 fərvərdin) Urmu Gölü ilə bağlı keçiriləcək kütləvi Yığıncağa dəstək verib və bu Yığıncaqda aktiv iştirak edəcəklərini vurğulayıblar.


GünAz TV




URL / WWW
http://atxem.az/news/a-15158.html