Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Türk dünyası xəbərləri
» İsrail-İran müharibəsi başlana bilər
30.03.12 16:43
Təhdidlər molla rejimini çaşdırıb, Tehran yenidən Azərbaycana qarşı radilalaşıb İran Azərbaycana qarşı təhdidi siyasətinə yenidən başlayb.
Qeyd edək ki, Azərbaycan müdafiə nazirinin Tehrana səfərindən sonra bu siyasətə ara verilmişdi. İran KİV-ləri xəbər verir ki, martın 17-də Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Məlumata görə, səfirə Azərbaycan xüsusi xidmət orqanlarının ölkədə SEPAH-a işləyən 22 nəfərlik casus şəbəkəsinin üzə çıxarılması ilə bağlı ötən həftə yaydığı rəsmi açıqlama ilə bağlı etiraz notası təqdim olunub. Xatırladaq ki, ötən həftə Milli
Təhlükəsizlik Nazirliyi SEPAH-ın Azərbaycanda bəzi qüvvələrə terror-təxribat törətməsi haqda tapşırıqlar verməsi ilə bağlı məlumat yayıb. Məlumatda deyilirdi ki, 22 nəfərlik qrup son 11 ildə İran xüsusi xidmət orqanlarına casusluq edib. Onlar dövlətə xəyanətdə təqsirli bilinirlər. Qrup üzvləri Bakıda Qərb və İsrail nümayəndəliklərinə, şirkətlərinə qarşı terror hücumları da planlaşdırıblar. XİN-də İran XİN-də Azərbaycan səfirinə çatdırılıb ki, bu cür iddialar əsassızdır, İran xüsusi xidmət orqanları Bakıda Qərb və ya İsrail obyektlərinə qarşı terror hücumu planlaşdırmayıb. Belə ittihamların səslənməsi iki ölkə xarici işlər nazirləri arasında martın 7-də Naxçıvanda əldə edilmiş razılaşmalara, habelə Azərbaycan müdafiə nazirinin Tehrana səfəri zamanı rəsmilərlə apardığı danışıqlara ziddir. İran diplomatları iddia ediblər ki, sionist rejim İrana qarşı müxtəlif uydurmalar ortaya atır və dost Azərbaycan Respublikası ilə İslam Respublikasının münasibətlərini korlamağa çalışır. İran tərəfinin mövqeyi əsassızdır. Əvvəla, xarici işlər nazirlərinin Naxçıvan görüşü tərəflər üzərində heç bir təəhhüd qoymayıb. Azərbaycan müstəqil dövlətdir və daxildə xarici xüsusi xidmət oranlarının hazırladığı təxribatları önləmək onun öz işidir. Sirr deyil ki, İranın Azərbaycanda təxribat şəbəkəsi fəalliyyət göstərir və bu şəbəkə terror hadisəsi də törədə bilər. May ayında mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək Azərbaycanın ehtiyat tədbirləri görməsi tam təbiidir. Üstəlik, bölgədə müharibə rüzgarı əsir. Nüvə proqramı məsələsində dünya birliyi ilə qarşıdurmaya gedən İran hər an vurula bilər. Artıq İsrailin hərbi hazırlıqlara başladığı, yaxın zamanlarda İran körfəzində yeni müharibə ocağının yaranacağı gözlənilir. Bəzi siyasi ekspertlərin fikrincə, İran dövlətinin
birdən-birə belə radikallaşması Azərbaycanın türkmən qazının Avropaya nəqlini nəzərdə tutan “Transxəzər” qaz kəmərilə bağlı çərçivə sazişinin layihəsini imzalamağa razılıq verməsidir. Bu barədə Türkmənistan KİV-i məlumat yayıb. Ehtimal edilir ki, İranın qəzəblənməsi bununla bağlıdır və ola bilər ki, bu məslə “Xəzərin
statsusu” məsələsini yenidən gündəliyə çıxaracaq. Bir sıra siyasi analitiklər molla rejiminin qəzəbli siyasətini İsrailin müharibəyə hazırlaşması ilə izah edirlər. Qeyd edək ki, İsrailin İranın nüvə obyektlərinə təkbaşına zərbələr endirməyə hazırlaşdığı barədə məlumatlar yayılıb. İsrail xarici işlər naziri Aviqdor Liberman
apreldə “altılar”la Tehran arasında aparılacaq danışıqlar İran üçün son fürsətdir. İsrail rəsmisi bəyan edib ki, beynəlxalq ictimaiyyət problemi diplomatik danışıqlar yoluyla həll etməsə, müharibə qaçılmaz olacaq. Bundan öncə İsrailin baş naziri bildimişdi ki, Təl-Əviv müstəqil şəkildə İranın nüvə obyektlərini vurmağa hazırdır və bu məsələdə ABŞ-ın necə qərar verəcəyini gözləməyəcək. Fikrimizcə, İran tərəfinin qəzəbli bəyanatları daha çox İsrailin müharibə hazırlıqları ilə bağlıdır. Göründüyü kimi İarn ətrafında vəziyyət getdikcə gərginləşir. Molla hakimiyyəti tərsliyini yerə qoymasa, İran vurulacaq. İsrailin hava qüvvələri, hərbi potensialı İrandan güclüdü. İsrail İranın nüvə obyektlərini məhv etmək gücündədir. İsrail İranın nüvə arsenalını sıradan şıxarsa, buna İranın cavabı yalnız terror
aktları ola bilər. Bu arada İran qonşuları ilə münasibətləri qaydasına salmalıdır. Hamı ilə düşmənçilik Tehrana fayda gətirməyəcək.
Aydın
URL / WWW
http://atxem.az/news/a-15159.html