Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Türk dünyası xəbərləri » Qırğızstan prezidenti Almazbek Atambayev:
31.03.12 00:35

“Tarix bizə türk birliyini möhkəmləndirmək üçün daha bir şans verir”
Azərbaycanda səfərdə olan Qırğızstan prezidenti Almazbek Atambayev bu gün Azərbaycan Milli Məclisində çıxış edib.
A.Atambayev deputatlar qarşısındakı çıxışında Türk xalqlarının tarixi keçmişi ilə bağlı yaddaqalan fikirlər söyləyib. “Biz eyni mədəni və dini köklərə malikik, “Manas” və “Dədə Qorqud” eposlarımız buna dəlalət edir. Bizə həmişə təzyiq göstəriblər və sındırmağa çalışıblar, amma biz heç vaxt diz üstə çökməyəcəyik və qul olmayacağıq. Bizim atalarımız və dədələrimiz əsrlər boyunca türkçülüyə sadiqliyi yaşadıblar”.
 Almazbek Atambayevin sözlərinə görə, repressiya illərində 10 minə yaxın azərbaycanlı Azərbaycandan Qırğızıstana deportasiya olunub və orada ikinci vətənlərini tapıb.
Prezident  xatırladıb ki, bu il Bişkekdə türk ölkələri Parlament Assambleyasının növbəti iclası, habelə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammiti keçiriləcək. “Türkdilli dövlətlər güclü olmalıdır. Tarix bizə türk birliyini möhkəmləndirmək üçün daha bir şans verir”, - deyə cənab Atambayev bildirib.
“20 il əvvəl biz müstəqillik əldə etdik, lakin indiyədək fiziki və texniki cəhətdən güclü dövlətlərdən asılıyıq, hər il enerji daşıyıcılarının idxalında çətinliklər yaşayırıq”, - deyə Qırğızıstan prezidenti qeyd edib.
Xatırladaq ki, Qırğız prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. O bu gün prezident İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşlər də keçirib. Görüşlərin yekunu olaraq iki dövlət arasında 6 sənəd imzalanıb.

URL / WWW
http://atxem.az/news/a-15164.html