Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » ATXƏM-in tarixi məqamları » Böyük Türk birliyi reallaşır - 19.10.2009
15.03.12 08:26

Bakıda Türkdilli Dövlətlərin Parlament Assambleyasının ilk toplantısı keçirildi

Sentyabrın 28-29-da Bakıda Türkdilli Dövlətlərin Parlament Assambleyasına üzv ölkələrin parlament aparatları rəhbərlərinin toplantısı keçirilib.

Milli Məclisdə keçirilən görüşdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mehmet Əli Şahin, Qazaxıstan Respublikası Parlament Məclisinin sədri Oral Muxamedjanov və Qırğızıstan Respublikası Jogorku Keneşin (Milli Məclis) sədri Aytibay Taqayev, Türkiyə, Qırğızıstan, Qazaxıstan və Azərbaycan parlamentləri aparatlarının rəhbərləri və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyinin sədri İlham İsmaylov da iştirak edirdi. Lakin Parlament Assambleyasına üzv olan ölkələrdən Özbəkistan və Türkmənistan parlamentləri aparatlarının rəhbərləri bu toplantıya gəlməmişdilər.

{img1}{img2}Xatırladaq ki, ötən il İstanbulda keçirilən türkdilli dövlətlərin parlament başçılarının konfransı çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin daxil olduğu Türkdilli Dövlətlərin Parlament Assambleyasının təsis edilməsi barədə razılıq əldə olunmuşdu. Tədbirdə Özbəkistan və Türkmənistan iştirakdan imtina etmişdir.
Bakıda TürkPA-nın ilk plenar iclası

İclası Azərbaycan Mili Məclisinin (MM) sədri Oqtay Əsədov açaraq, TürkPA-nın yaradılmasının türk dunyasının birliyinə nail olmaq yolunda atılmış uğurlu bir addım olduğunu qeyd edib.”Belə bir qurumun yaradılması türkdilli ölkələrin əlaqələrinin gücləndirilməsinə təkan verəcək, regionda sülhə və sabitliyə kömək olacaq”.
Qazaxıstan Parlament Məclisinin sədri Oral Muxamedjanov TürkPA-nın Avropa Şurası, ATƏT, İslam Konfransı Təşkilatı kimi güclü quruma çevrilməsini arzulayıb: “İstərdik ki, təşkilatın vasitəsilə ölkələr arasında iqtisadi əlaqələr artsın, qanunvericilik bazaları yaxınlaşsın, parlamentlərarası əlaqələr genişlənsin”.
Qırğızıstan Respublikası Jogorku Keneşinin sədri Aytibay Taqayev isə TürkPA-nın türkdilli ölkələr arasında qarşılıqlı ticarət əlaqələrinin genişlənməsinə, investisiya qoyuluşlarının artmasına, xalqların inkişafına təsir edəcəyinə inandığını deyib. Onun fikrincə, TürkPA-da təmsil olunan dövlətlər arasında sazişlər də imzalanmalı, bir sıra məsələlərdə birlik nümayiş etdirilməli, regional əməkdaşlıq olmalıdır. A.Taqayev TürkPA-nın genişlənməsinin vacibliyini də vurğulayıb.
TBMM-in sədri Mehmet Əli Şahin də çıxışında qurumun genişlənməsinin vacib olduğunu qeyd edib. O, TürkPA-da təmsil olunan ölkələrin ortaq dəyərlərinin olduğunu deyib. TBMM başqanı 17 il əvvəl türk ölkələrinin rəhbərlərinin zirvə görüşünün keçirildiyini xatırladaq, deyib ki, o zaman bu baş verməsəydi, bugünkü toplantı da olmazdı: “Hazırkı ölkə başçıları bu ideyaya dəstək verməsəydilər, bu iclas baş tutmazdı”.
M.Ə.Şahin Türkmənistan və Özbəkistanın da bu quruma qoşulacağına inamını ifadə edib: “İnanırıq ki, buna nail olacağıq. Tək əldən səs çıxmaz. İndi bizim 4 əlimiz var. Bu gün tarixi bir addım atırıq”. TBMM sədri onu da qeyd edib ki, TürkPA-nın ikinci plenar iclası gələn ilin oktyabrında Qazaxıstanın Astana şəhərində keçiriləcək.
Tədbirdə TürkPA-nın Nizamnaməsi, katibliyinin Əsasnaməsi qəbul olunub, büdcəsi müəyyənləşib, qurumun baş katibi və müavinləri seçilib, daha sonra birinci plenar iclasın yekun sənədi - Bakı Bəyannaməsi qəbul olunub.

TürkPA-nın baş katibi və müavinləri seçildi

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Ramil Həsənov TürPA-nın baş katibi seçilib.Baş katibin TürkPA-da təmsil olunan digər üç ölkədən olan müavinləri də müəyyənləşib. Onlar Türkiyədən Gürşüd Məlik, Qırğıstandan Ataxanov, Qazaxıstandan Səmədəliyevdir.
TürkPA-nın baş katibi seçilən Ramil Həsənov bildirib ki, yaxın zamanlarda fəaliyyətə başlayacaq baş katiblik Bakıda yerləşəcək.

TürkPA-nın Bakıda keçirilən birinci plenar iclasından sonra brifinq keçirilib. Brifinqdə TürkPA-nın qəbul etdiyi Bakı Bəyannaməsi oxunub. Bundan sonra çıxış edən spikerlər yeni yaradılan beynəlxalq təşkilatın uğurla fəaliyyət göstərəcəyinə inam ifadə edib, qurumun daha da möhkəmlənməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini, təşkilatın türk xalqları arasında əlaqələri gücləndirəcəyini bildiriblər. Parlament sədrləri TürkPA-nın gələcəkdə daha da genişlənməsini arzuladıqlarını söyləyiblər.

TürkPA-nın parlament jurnalistlərinin assosiasiyası yaradılacaq

TürkPA-nın Bakıda keçirilən birinci plenar iclası çərçivəsində quruma üzv dövlətlərin parlamentlərində akkreditə olunan jurnalistlərinin assosiasiyasının yaradılması haqqında da razılıq əldə olunub, sözügedən müddəa TürkPA-nın Əsasnaməsinə də salınacaq. Belə ki, TürkPA-a üzv dövlətlərin parlamentlərində akkreditasiya olunan jurnalistlərin yaradılacaq assosiasiya çərçivəsində əməkdaşlıq etmələri, təcrübə mübadiləsi aparmaları nəzərdə tutulub.

ATXƏM sədri İlham İsmaylov: “TürkPa-nın yaranması türk dünyası birliyinə nail olunması yolunda əvəzsiz bir xidmətdir”

Tədbirdə iştirak edən ATXƏM-in sədri İlham İsmaylov bildirib ki, hələlik 4 türkdilli dövlət tərəfindən təşkil olunmuş qurumun ilk iclası olduqca dəyərli bir addımdır: “Bu, bütün türk dünyasının birliyinə nail olunması yolunda əvəzsiz bir xidmətdir və olduqca sevindirici haldır. Biz təşkilatımızın ideyasının həyata keçirilməsi yolunda bir çırağın yandığına əminik. Bütün türk dünyasının birliyi yolunda hər kəs əlindən gələni etməlidir. Biz də ATXƏM olaraq bu missiyanı bundan sonra da böyük həvəslə və bütün gücümüzlə davam etdirəcəyik.”
URL / WWW
http://atxem.az/news/a-15174.html