Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » ATXƏM-in tədbirləri » ATXƏM rəhbərliyi Ankarada işgüzar səfərdə olub - 21.10.2009
13.03.12 06:20

14-20 Oktyabr 2009-cu il tarixdə, Türkiyə-Ermənistan arasında protokolların imzalanması və sınır qapılarının açılması ilə bağlı məsələlərin gündəmə gəldiyi bir dönəmdə Azərbaycandan böyük bir nümayəndə heyəti Ankaraya işgüzar səfərə getmişdir.
Səfərdə əsas məqsədlərdən biri də erməni açılımı ilə bağlı Azərbaycanın mövqeyini Türkiyə ictimayyətinə çatdırmaqdan ibarət olub. Nümayəndə heyətinin tərkibində Azərbaycanlıların və digər Türkdilli Xalqlarının Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin (ATXƏM) sədri İlham İsmayılov, Prezident Administrasiyası ictimai-siyasi şöbənin sektor müdiri, ATXƏM İdarə Heyətinin üzvü Qafar Əliyev, ATXƏM-in humanitar məsələlər üzrə sədr müavini, Azərbaycan Tibb Universitetinin dosenti Zeyqəm Süleymanov və Azərbaycan Tibb Universitetinin professoru Nuru Bayramov və başqaları iştirak edirdi.
{img1}{img2}Nümayəndə heyəti səfər çərçivəsində Türkiyə Qastroentoloji Vakfının dəvətiylə 26-cı Beynəlxalq Gastroenteroloji Konqrenin iclaslarına və Türkiyə Qastroentoloji Vakfının 50 illik yubileyinə qatılıblar. Xatırladaq ki, 2008-ci il noyabrın 28-29-da ATXƏM-in təşəbbüsü ilə Türkiyə Qastroentoloji Vakfının rəhbəri Ali Özden başda olmaqla beynəlxalq iş təcrübəsinə malik 30-dan çox elm adamı və mütəxəssislər Gəncə və Bakıda keçirilən Beynəlxalq Akademik Tibb toplantılarında iştirak etmişdir. Bu toplantının gedişi zamanı ATXƏM və Türkiyə Qastroentoloji Vakfı arasında qarşılıqlı əməkdaşlıq haqqında protokol imzalanmışdır.
Ankaradakı “Şheraton” otelində keçirilən 26-cı Beynəlxalq Gastroenteroloji Konqrenin iclaslarında Azərbaycan nümayəndə heyətiylə yanaşı, bütün Türkdilli ölkələrin, o cümlədən Asiya və Avropa ölkələri də daxil olmaqla böyük nümayəndə heyəti, elm adamları və bu sahədə fəaliyyət göstərən mütəxəssislər iştirak etmişdir.
{img3}{img4}Ankarada keçirilən 26-cı Beynəlxalq Gastroenteroloji Konqrenin nümayəndə heyəti və ATXƏM-in rəhbərliyi ilk öncə Atatürkün Anıt məzarını ziyarət etmiş, tədbirdə iştirak edən nümayəndələr və ayrıca Azərbaycan nümayəndə heyəti adından Anıt məzarına gül-çiçəklər qoymuşlar.
26-cı Beynəlxalq Gastroenteroloji Konqrenin iclaslarında qəbul olunan ən mühüm qərarlardan biri də Türkdilli ölkələrdə gastroenteroloji sahədə mütəxəssislərin yetişdirilməsinə xüsusu diqqətin ayırılması olmuşdur. Türkiyə Qastroentoloji Vakfı Azərbaycandan bu sahədə gənc mütəxəssislərin seçilib, təcrübə toplaması məqsədilə hazırlığa göndərilməsi işini təşkil etməklə bağlı ATXƏM rəhbərliyilə razılığa gəlmişlər. Konqrenin iclasları ayrı-ayrı seksiyalarda keçirilməklə iki gün davam edib.
Oktyabrın 17-də “Şheraton” otelinin böyük zalında 26-cı Beynəlxalq Gastroenteroloji Konqrenin təntənəli bağlanış gecəsi keçirilib. Gecədə çıxış edən Prezident Administrasiyası ictimai-siyasi şöbənin sektor müdiri Qafar Əliyev və ATXƏM-in rəhbəri İlham İsmayılov Türkiyə Qastroentoloji Vakfını 50 illik yubileyi münasibətiylə təbrik edərək, ATXƏM adından Vakfa qiymətli hədiyyə təqdim ediblər. Zalda Azərbaycan və Türkiyə bayrağını qaldıran ATXƏM-in sədri bildirib ki, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu əbədidir və heç bir qüvvə bu iki qardaş xalqın dostluğunu poza bilməz: “ Böyük dünya dövlətləri öz mənafeləri naminə bu iki qardaş ölkələr arasında siyasət oynaya, onları bir-birindən narazı salmağa cəhd edə bilərlər. Lakin Azərbaycan-Türkiyə xalqları arasındakı münasibətlər sadəcə qonşuluq, dostluq, mənafe birliyi üzərində qurulmayıb. Biz eyni soy-kökü, eyni kültürü və eyni qanı daşıyan, Ulu Öndər Heydər Əliyev demişkən “bir millət – iki dövlət”ik”.
Gecədə Prezident Adminstrasiyası ictimai-siyasi şöbənin sektor müdiri, ATXƏM-in İdarə Heyətinin üzvü Qafar Əliyev Türkiyə Qastroentoloji Vakfını 50 illik yubiley münasibətiylə təbrik edərək, Türkdilli ölkələr arasında bütün sahələrdə birgə əməkdaşlığın olmasını vacib saydı: “Azərbaycan və Türkiyə arasında artıq elə bir sahə yoxdur ki, bu sahədə birgə əməkdaşlıq mövcud olmasın. Biz bütün sahələrdə əməkdaşlığa nail olmaq, birgə mübarizə aparmaq üçün çox çətin bir yol gəlmişik. Lakin bu günlərdə Türkiyə ilə Ermənistan arasında imzalanan protokollar bizim hamımızı narahat etməyə başladı. Biz Azərbaycan torpaqlarının erməni işğalı altında olduğu bir dönəmdə Ermənistanla Türkiyə arasında sınır qapılarının açılmasının əleyhinəyik. Biz Türkiyədə erməni açılımına bu gün bütün xalqın eyni etirazını gördük. Hesab edirik ki, Türkiyə hökumət rəhbərləri də bu iki qardaş xalqların qarşılıqlı etiraz səslərininə hörmətlə yanaşacaq, Ermənistanla Türkiyə arasında imzalanmış bu protollarının radifikasiyasından vaz keçəcəkdir. Biz çalışmalıyıq ki, Azərbaycan və Türkiyə dostluğuna ciddi kölgə salacaq bu imzalanmış protokollar həyata keçməsin, Qarabağ torpaqları erməni işğalından tam azad olmayınca sınır qapıları açılmasın”.
Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Zakir Həşimovla görüşüblər. Görüşdə Türkiyədə fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin təşkilatlanması, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub. Xüsusi vurğulanıb ki, Türkiyədə fəaliyyət göstərən 50-dən çox sivil toplum qurluşlarının təşkilatlanması və ATXƏM-lə birgə əməkdaşlığı bu gün olduqca vacib məsələlərdəndir.
{img5}{img6}Səfər çərçivəsində Nümayəndə heyəti TUDEİV-in başkanı, prof.dr. Abdulhaluk M.Çay və Strateji Düşüncə İnstitunun əməkdaşları ilə də görüş keçirmişlər. Görüşdə Türkdilli ölkələrdə son dövrlər baş verən gəlişmələr müzakirə olunub.
ATXƏM-in sədri İlham İsmayılov və Prezident Adminstrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev Strateji Düşüncə İnstitunun təsis etdiyi nüfuzlu “Strateji Düşüncə” dərgisinə geniş müsahibə verib.
Oktyabrın 16-da ATXƏM-in rəhbərləri İstanbul “Azeri Kültür Evi” dərnəyinin və “Iğdir Azeri Kültürünü Koruma və Yayma” dərnəyinin üzvlərilə görüşmüşlər. Görüşdə Türkiyədə fəaliyyət göstərən Azərbaycan sivil toplum quruluşları ilə birgə əməkdaşlıq məsələləri müzakirə olunub. Bildirilib ki, hər iki ölkənin sivil toplum quruluşları Türkiyə ilə Ermənistan arasında sınırların açılmaması üçün birgə mübarizə aparacaq, Azərbaycan torpaqları işğaldan azad olmayınca qədər bütün Türk dünyası üçün qəbuledilməz olan imzalanan protokolun həyata keçməsinə qarşı mübarizə aparacaqlar. Görüşün sonunda İstanbul “Azeri Kültür Evi” dərnəyi ATXƏM-in sədri İlham İsmayılova və Prezident Administrasiyası ictimai-siyasi şöbənin sektor müdiri, ATXƏM İdarə Heyətinin üzvü Qafar Əliyevə ödül təqdim edib.


ATXƏM-in
Mətbuat Xidməti
URL / WWW
http://atxem.az/news/a-15175.html