Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » ATXƏM-in tədbirləri » Strasburq Universiteti Türkoloji departamentinin rəhbəri Stephane de Tapia ATXƏM-də oldu - 08.04.2010
14.03.12 00:40

08.04.2010 Aprelin 5-dən Azərbaycan Slavyan Universitetinin dəvətiylə Bakıda olan Strasburq Universitetinin Elmi Araşdırmalar Mərkəzinin müfəttişi, Türkoloji departamentinin rəhbəri Stephane de Tapia bu gün Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzində (ATXƏM) görüş keçirdi.Görüşdə Prezident Adminstrasiyası ictimai-siyasi şöbənin sektor müdiri Qafar Əliyev, ATXƏM-in sədri İlham İsmayılov, Diaspora ilə İş üzrə Dövlət Komitəsinin əməkdaşı Elnar Məmmədli, Milli QHT Forumunun prezidenti Rauf Zeyni iştirak edirdi. Azərbaycana gəlişinin məqsədini açıqlayan Stephane de Tapia Azərbaycan diasporu və Azərbaycanda fəaliyyət göstərən Türk diasporlarının fəaliyyəti ilə bağlı araşdırma apardığını bildirdi. Görüşdə Azərbaycan diaspor təşkilatlarının fəaliyyət istiqamətləri, Avropada fəaliyyət göstərən təşkilatlarla əlaqələrin inkişaf etdirilməsi və bu sahədə qarşıya çıxan problemlərin həlli yolları müzakirə olundu. Bildirildi ki, bu gün Fransada, eləcə də bütün Avropada ölkəmizin müsbət imicinin formalaşdırılması üçün mədəni-kütləvi tədbirlərin keçirilməsi olduqca vacib məsələlərdəndir. İlkin olaraq “Koroğlu” operasının Fransa səhnələrində göstərilməsi perspektivləri araşdırıldı, qeyd olundu ki, əlaqələrin inkişaf etdirilməsi üçün hər iki ölkə QHT-ləri arasında münasibətlərin dərinləşdirilməsinə ehtiyac vardır. ATXƏM Mətbuat xidməti
URL / WWW
http://atxem.az/news/a-15181.html