Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » ATXƏM-in tarixi məqamları » Ulu öndər Heydər Əliyevin 87 illik yubileyinə həsr olunan voleybol turniri keçirildi - 17.05.2010
13.03.12 09:44

Mayın 1-7-də “Yeni Azərbaycan”, “İki sahil” və “Səs” qəzetlərinin təşkilatçılığı və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin dəstəyilə Ulu öndər Heydər Əliyevin 87 illik yubileyinə həsr olunan kütləvi informasiya vasitələrinin komandaları arasında voleybol turniri keçirildi. Turnirdə 19 komanda 4 qrupda mübarizə aparırdı.Bir həftə ərzində davam edən gərgin mübarizə şəratində keçən, qəzet və televiziyaların qatıldığı turnirdə rəqabət o qədər güclü idi ki, birdən-birə bir neçə komanda qalib olmağa real namizəd sayılırdı.
{img1}{img2}Lakin finalda “Yeni Azərbaycan” və “Səs” qəzetlərinin komandaları qarşılaşdı. “Yeni Azərbaycan”çılar Ulu öndərin xatirəsinə həsr edilən turniri böyük əzmkarlıq və mübarizə ortaya qoyaraq qalib tamamladı. Oyunlardan sonra turnirin mükafatlandırma mərasimi keçirildi. Mərasimdə Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi, millət vəkili Əli Əhmədov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov, “Azərsutəchizattikinti” ASC-nin sədri Mirzəcan Xəlilov və ATXƏM-in sədri İlham İsmayılov iştirak etdi. Sonda qaliblərə diplomlar, pul mükafatları və kubok təqdim olundu.
{img3}


ATXƏM-in Mətbuat Xidməti
URL / WWW
http://atxem.az/news/a-15183.html