Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » ATXƏM-in tarixi məqamları » Dəmirqapı Dərbənddə “Kitabi Dədə Qorqud və Dərbənd” mövzusunda konfrans keçirildi - 17.05.2010
19.03.12 08:18

Mayın 14-də Dağıstan Respublikasının Dərbənd şəhərində Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin, Ümumrusiya Azərbaycan Konqresi Dağıstan regional bölməsi və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) birgə təşkilatçılığı ilə “Kitabi Dədə Qorqud və Dərbənd” mövzusunda elmi-praktiki konfrans keçirildi.Dərbəndin qədim məkanlarından biri olan “Maqal”da yerləşən 3 saylı şəhər gimnaziyasının konfrans zalında keçirilən tədbirdə çıxış edən Ümumrusiya Azərbaycan Konqresi Dağıstan regional bölməsinin sədri Seyran Rəhimov konfransın keçirilməsi ilə bağlı məlumat verdi, tədbirin yüksək səviyyədə keçirilməsi üçün təşkilatçıların xüsusi fəallıq göstərdiyini bildirdi.Konfransda Dərbənd şəhəri merinin səlahiyyətlərini icra edən İmam Yarəliyev çıxış edərək, konfransın keçirilməsinin şəhərin ictimai həyatında mühüm hadisə olduğunu vurğuladı və Dərbəndin qədim tarixinin öyrənilməsi, gənc nəslə çatdırılması baxımından böyük əhəmiyyət daşıdığını söylədi.
{img1}{img4}Diasporla İş üzrə Dövlət Komitəsi şöbə müdirinin müavini Elnar Məmmədov çıxış edərək, konfransın əhəmiyyətindən danışdı, Azərbaycanla Rusiya Federasiyasının bürün subyektləri, o cümlədən Dağıstan Respublikası ilə əlaqələrə önəm verildiyini vurğuladı. Konfransda diyarşünas alim Hüseynbala Hüseynov, AMEA-nın Folklor İnstitunun şöbə müdiri Ağaverdi Xəlilov məruzə ilə çıxış edərək, eposla bağlı geniş məruzə etdilər. Konfransda ATXƏM-in sədri İlham İsmayılov “Dağıstan və Azərbaycan xalqlarının münasibətində tarixi ədəbiyyatların – “Kitabi-Dədə Qorqud” kimi dastanların mənəvi əhəmiyyətinin təbliğində QHT-lərin üzərinə düşən vəzifələr” mövzusunda çıxış edərək bildirdi: “Bu gün biz eyni regionda əsrlər boyu dinc və sülh şəraitinə yaşayan Azərbaycan və Dağıstan xalqlarının ortaq bir tarixini, mədəniyyətini, adət-ənələrini özündə birləşdirən, hər iki xalqın ortaq dədəsi hesab olunan Dədə Qorqudu yad edirik. Dədə Qorqud dastanında cərəyan edən hadisələrin coğrafi ərazilərinə diqqət etsək görərik ki, dastanda cərəyan edən hadisələr daha çox bu gün Azərbaycan və Dağıstan xalqlarının yaşadığı bölgələri əhatə etməkdədir. Belə ki, "Kitabi-Dədə Qorqud" dastanına baxarkən biz görürük ki, islamdan əvvəlki dövrləri ehtiva edən bu epos Azərbaycanda baş vermiş hadisələrlə səsləşir. Dastandakı hadisələrin əksəriyyəti bu gün qonağı olduğumuz Dəmirqapı Dərbənd, Bərdə, Gəncə, Dərəşam, Əlincə, Qaradağ, Göyçə gölü, Qaraçuq dağı ve s. yerlərdə cərəyan edir. Lakin dastanda Azərbaycan və Dağıstan xalqlarının ortaq keçmişini göstərən yalnız coğrafi məkan deyil, həm də bu iki qardaş xalqların formalaşmasında, onların əsrlərlə eyni regionda sülh şəraitində birgə qardaş kimi yaşamasındakı müsbət təsirini də görməkdəyik. Dastandan görürük ki, Dədə Qorqud çətin zamanlarda xalqın köməyinə gəlir, müdrik məsləhətləri ilə onlara yol göstərir. Məhz bu gün hər iki xalqın – Azərbaycan və Dağıstan xalqlarının ortaq dədəsi olan Dədə Qorqudun məsləhətləridir ki, bu gün də regionda bu xalqlar gözəl qonşuluq prinsiplərinə əməl edir, Qorqud Atanın bizə qoyub getdiyi sülhü, əmin-amanlığı davam etdirməyə çalışırlar.
{img2}{img3}Biz bu gün hər iki xalqın bu günkü yaşam tərzinə diqqət etsək görərik ki, istər Azərbaycan, istərsə də Dağıstan xalqları məhz Dədə Qorqudun bizə əmanət qoyduğu gözəl xüsusiyyətləri yaşadaraq, Dədə Qorqud yolunu davam etdirməkdədir. Başqa cür də ola bilməzdi. Çünki, hər iki qardaş xalqlar Qorqud Atanın dastanda işlətdiyi ibratamiz atalar sözündən, məsəl və idiomatik ifadələrindən bəhrələnərək, yaşamışlar. Dədə Qorqudun bütün türk xalqlarında iki cəhəti qabarıq şəkildə göstərilmişdir; onun müqəddəs olması və gələcəkdən xəbər verən bir bilici olması. Uzun əsrlər keçməsinə baxmayaraq, hesab dirik ki, xalqlarımız arasında onu yaşadan da məhz bu cəhətləri olmuşdur. Onun müqəddəs şəxs olmasına bir örnək kimi deyə bilərik ki, 13 əsrdən çox zaman keçməsinə baxmayaraq hələ də onun məzarı bir ziyarətgaha çevrilmişdir ki, bu gün biz də bu müqəddəs insanın qəbrini ziyarət etmək üçün buradayıq. Dədə Qorqud müqəddəs insan olmaqla yanaşı, həm də xalqa yol göstərən, çətin zamanlarda həmişə öyüd-nəsihətlərilə köməyimizə gələn bir ağsaqqaldır. O bizi öz soykökümüzə sahib çıxmağı, dövlətimizə sadiq olmağı, qonaqpərvər olmağımızı, dürüst olmamızı və uşaqlarımızı da belə tərbiyə etməyi, ata-anaya hörmət etməyi, qonşularla yaxşı münasibət qurmağı, evimizə, elimizə sahib çıxmağı bizə nəsihət olaraq qoyub getmişdir. Məhz bu tərbiyə, öyüd nəsihət altında tərbiyə olunmuş xalqlarımızın gözəl qonşuluq münasibətində olduğunu biz bu gün də görməkdəyik. Hesab edirəm ki, qardaş Dağıstan və Azərbaycan xalqlarının münasibətində tarixi ədəbiyyatların, o cümlədən “Kitabi-Dədə Qorqud” kimi dastanların mənəvi əhəmiyyətinin təbliğində QHT-lərin də üzərinə böyük vəzifələr düşür. Və biz üzərimiz düşən bu vəzifələri yerinə yetirməklə bu iki qardaş xalq arasında dostluq, qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə, regionda daima barış və sülhün təmin olunmasına çalışmaqla, gözəl münasibətlərin formalaşmasına yardım edə bilərik”. Daha sonra konfrans iştirakçıları Dərbənd şəhərində Dədə Qorqudun məzarının yerləşdiyi iddia edilən yerə baş çəkdilər və qədim Dərbəndin tarixi yerləri ilə tanış oldular.



ATXƏM-in Mətbuat xidməti


URL / WWW
http://atxem.az/news/a-15184.html