Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » ATXƏM-in tarixi məqamları » Ankarada Dağlıq Qarabağ probleminə həsr olunmuş Beynəlxalq Konfrans keçirildi - 01.06.2010
13.03.12 06:54

150-dən çox sivil toplum kuruluşu (QHT) Dağlıq Qarabağla bağlı müraciət qəbul etdi Mayın 29-da Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Türkiyə Uluslararası İlişkilər və Strateji Analizlər Mərkəzilə (TÜRKSAM) birgə Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Dağlıq Qarabağ probleminin həllində Türkdilli Dövlətlərin ictimai və diaspor təşkilatlarının dəstəyinin artırılması” layihəsi çərçivəsində Beynəlxalq Konfrans keçirdi.Beynəlxalq Konfransda Türkiyədə fəaliyyət göstərən ictimai və diaspor təşkilatlarıyla yanaşı, millət vəkilləri, siyasi partiya nümayəndələri, Azərbaycanın Türkiyə Cümhuriyyətindəki səfirliyinin əməkdaşları və konfliktlərin həlli ilə məşğul olan analitiklər iştirak edirdi. Konfransda Azərbaycan böyük nümayəndə heyətilə təmsil olunurdu. Qeyd edək ki, Konfransın keçirilməsində əsas məqsəd çağdaş Türkdilli dövlətlərdə fəaliyyət göstərən ayrı-ayrı türk xalqlarının diaspor təşkilatlarını, QHT və KİV nümayəndələrini, geniş ictimayyət nümayəndələrini Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri, münaqişənin ədalətli həll olunmasında qarşıya çıxan maneələr, münaqişənin Azərbaycanın iqtisadi inkişafına törətdiyi əngəllərlə bağlı məlumatlandırılması və bu qurumların diqqətini problemin həllinə yönəltməklə problemin beynəlxalq müstəvidə gündəmdə saxlanılması və bu qurumları problemin aradan qaldırılmasına səfərbər etməkdən ibarət idi. {img1}{img4}Konfransı giriş sözüylə açan TÜRKSAM başkanı Sinan Oğan Konfransın əhəmiyyətindən danışaraq bildirdi ki, Türkiyədə Dağlıq Qarabağ problemi ilə bağlı ilk dəfədir ki, hər iki qardaş ölkənin QHT-ləri belə bir formatda tədbir keçirirlər: “Konfransın TÜRKSAM-da keçirilməsinin də böyük əhəmiyyəti var. Çünki TÜRKSAM-da bütün Türkiyədə fəaliyyət göstərən Strateji və Analitik Mərkəzlər bir araya gələrək, bir Koordinasiya Şurası yaradıblar. Ona görə də bu mərkəzdən çıxan hər bir sənəd beynəlxalq dairələrdə çox ciddi təsirə malik olur”. Konfransda məruzə ilə çıxış edən ATXƏM-in sədri İlham İsmayılov bildirdi ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı problemi (Qarabağ problemi) kökləri tarixin dərinliklərində və böyük güclərin bölgə ilə bağlı maraqlarında yatan, eyni zamanda ermənilərin “dənizdən dənizə böyük Ermənistan” xülyasından qaynaqlanan bir problemdir. İlham İsmayılov qeyd etdi ki, indiyə qədərki mərhələdə BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ problemi ilə bağlı 822, 853, 874 və 884 saylı qərarlar almışdır. Avropa Şurası Parlament Assambleyası (AŞ PA) 2005-ci ilin qış sessiyasında “ATƏT-in Minsk konfransının məşğul olduğu Dağlıq Qarabağ münaqişəsi” adlı 1416 saylı qətnamə qəbul etmişdir. Bu qərarlarda işğal edilmiş Azərbaycan ərazilərinin qeyd-şərtsiz və dərhal boşaldılması zəruriliyini vurğulanmışdır. 2008-ci ildə BMT-nin Baş Assambleyası “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qərar layihəsini müzakirə edərək, işğal edilmiş Azərbaycan əraziləriylə bağlı 9 bənddən ibarət qətnamə çıxardı, Azərbaycanın ərazi bütövlüyünə dəstək verdi. Lakin, Ermənistan hələ də beynəlxalq qurumların bu qərarlarına hörmət qoymur, öz işğalçılıq siyasətini bu gün də davam etdirməkdədir. {img2}{img3}İ.İsmayılov qeyd etdi ki, Dağlıq Qarabağ probleminin ədalətli həlli üçün Azərbaycana beynəlxalq dəstək verilməsi əhəmiyyətlidir: “Bu baxımdan Türk dövlətlərinin rəsmi qurumlarının yanı sıra, Türk dünyasının Sivil Toplum Kuruluşlarının, strateji araşdırma mərkəzlərinin problemi daha dərindən öyrənmələri, işğalın aradan qaldırılması üçün Azərbaycana lazımı dəstəyi vermələri olduqca vacib məsələdir. Biz bu günkü konfransımızda da sizlərdən bu dəstəyi gözləyirik”. Konfransda Türkiyə Böyük Millət Məclisinin İnsan Hüquqları komissiyasının üzvü, millət vəkili dr.Şenol Bal və BDU-nun professoru Musa Qasımlı da məruzə ilə çıxış edərək, Dağlıq Qarabağ probleminin həllində Türk xalqlarının vahid bir mövqe nümayiş etdirmələrinin əhəmiyyətindən danışdılar. Konfransda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin idarə rəisinin müavini Elnar Məmmədov, Müəllif Hüquqları Agentliyinin əməkdaşı Araz Qurbanov, Türkiyə Stratejik və Sosial Araşdırmalar Vakfı başkanı Şamil Ayrım, Demokrat Partisi genel başkan yardımçısı prof.dr. Dursun Akdemir, Dünya Ekonomik Kalkınma və Stratejik İşbirliyi Merkezi Derneyi başkan vekili Alperen Buray da çıxış edərək, problemin həllində bütün türk xalqlarının ortaq mövqedən çıxış etmələrinin əhəmiyyətini xüsusilə vurğuladılar. Konfransın sonunda 150-dən çox təşkilatın adından müraciət qəbul olundu və TÜRKSAM-la ATXƏM arasında birgə fəaliyyətə dair protokol imzalandı. “Dağlık Karabağ sorunun çözümünü sürecinde Türk halklarının diaspora ve sivil toplum kuruluşlarının desteğinin artırılması” konulu ortak konferansın katılımcılarının Azerbaycan Cumhuriyeti ve Türkiye Cumhuriyeti devlet kurumlarına Müracaatı Ankara 29 mayıs 2010 Bizler - “Dağlık Karabağ sorununun çözümü sürəcində Türk halklarının diaspora ve sivil toplum kuruluşlarının desteğinin artırılması” konulu ortak konferansın katılımcıları, Ermenistan-Azerbaycan gerginliyinin mevcut durumunu, uluslararası kurum və kuruluşların soruna yaklaşımlarındaki çiftestandartı ve dünya kamuoyunun bölgede yaşanan gelişmelerden haberdar edilmesine ilişkin Azerbaycan, Türkiye ve diğer Türk halklarının çalışmalarının güçlendirilmesi, propaganda çalışmalarının hızlandırılması, bu konunun her iki devletin dış politikasının ana konusu olmasının önemini taktir ederek, aşağıdaki konularda çalışmaların yapılmasını öneriyoruz; 1. Dağlık Karabağ sorununun çözümüne ilişkin olarak Türk dünyasının sivil toplum kuruluşları ve diaspora teşkilatları arasında işbirliğinin oluşturulması ve geliştirilmesi en öncelikli ve önemli konulardan birisidir. Bu işbirliğinin oluşturulması için ortak faaliyet planı ve yasal zemin hazırlanmalı ve gerçekleştirilmesilidir. Bu faaliyet planının sadece Türkiye ve Azerbaycan kuruluşlarını değil, Türklerin yurtdışındaki topluluklarını ve sivil toplum kuruluşlarını da kapsaması gerekiyor. 2. Sorunun çözümünde Türkiye`nin rolünün önemli ölçüde artırılması, bölgesel barış ve güvenliğin sağlanması açısından bu ülkenin üstlenebileceği insiyatiflerin artırılması amacıyla Türkiye`nin AGİT Minsk Grubu`nun Eşbaşkanlığında temsil olunması konuları gündeme getirilmelidir. 3. Dünyanın çeşitli bölgelerindeki diaspora teşkilatlarının ortak lobi oluşturmaları konusundaki faaliyyetlere desteğin artırılması gerekiyor. 4. Ermenistan-Azerbaycan gerginliği 19. Yüzyılın sonları, 20. Yüzyılın başlarında Ermeni silahlı kuvvetlerinin ve çetelerinin Türkiye, Azerbaycan ve İranda gerçekleştirdikleri etnik temizlik politikasının ve toprak iddialarının, Ermənilərin gerçekleştirmek için aralıksız çalışmalar yaptıkları “denizden-denize Büyük Ermenistan” hayalinin devamı olarak değerlendirilmelidir. 5. Türkiye-Azerbaycan STK-ları ve diaspora teşkilatlarının faaliyyetlerinin koordinasyonunun sağlanması amacıyla Koordinasyon Konseyi oluşturulsun. Bu konseyin oluşturulmasına yönelik olarak öncelikle çalışma grubunun kurulması yerinde olur. 6. Koordinasyin Konseyinin çalışmalarına devlet desteğinin sağlanması öncelikli konular arasındadır. 7. Azerbaycan ve Türkiye halklarının milli çıkarlarına yönelik etkinliklerin planlanması, gerçekleştirilmesi ve anlatılması için tüm ilgili devlet kurum ve kuruluşlarının ve her iki ülkenin sosyal ve siyasal yapılarının ortak çalışmaları sağlanmalıdır. 8. Türk dünyasının sivil toplum kuruluşlarının ve diaspora teşkilatlarının her iki yılda bir kere olmak üzere ortak toplantısının gerçekleştirilmesi gerekmektedir. 9. Sözde “Ermeni soykırımı” iddialarının arkasında unutturulmaya çalışılan, Ermenilerce genel olarak Azerbaycan topraklarında yapılan katliamların, özellikle de Hocalı Soykırımının dünya kamuoyuna duyurulmasına ve sorumlularının cezalandırılmasına ilişkin ortak çalışmalar yürütülmelidir. ATXƏM-in Mətbuat xidməti
URL / WWW
http://atxem.az/news/a-15185.html