Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Türk dünyası xəbərləri » Qənirə Paşayeva “Türk dünyasına xidmət” mükafatına layiq görülüb
02.04.12 21:15

Millət vəkili Qənirə Paşayeva Nürnberq çevrəsi Türk toplumu (N.C.T.T. ) tərəfindən mükafata layiq görülüb.
Lent.az-ın verdiyi xəbərə görə, millət vəkili Nürnberq çevrəsi Türk toplumu tərəfindən təşkil edilən 31 mart - Azərbaycanlıların Soyqırımı günü, Kəlbəcərin işğalı ilə bağlı anma tədbirinin və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konfransda çıxış edib. Tədbirin sonunda Qənirə Paşayeva qurum tərəfindən “Türk dünyasına xidmət” mükafatına layiq görülüb.
Tədbir çərçivəsində millət vəkili Qənirə Paşayeva Nürnberq çevrəsi Türk toplumuna Azərbaycanın tarixi, Qarabağ həqiqətləri, Azərbaycanın mədəniyyəti, musiqisi ilə bağlı kitablar və materiallar təqdim edib. Habelə, özünün üç dildə çap olunmuş “Hocalı Soykırımı: Tanıkların dilinden” kitabının və “Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım” kitablarını da hədiyyə edib.
Qeyd edək ki, Nürnberq çevrəsi Türk toplumu 14 dərnəkdən ibarət olub, xaricdə fəaliyyət göstərən Azərbaycan və türk vətəndaşlarının qurduqları cəmiyyətlər, Balkan dərnəkləri kimi digər dərnəkləri özündə cəmləşdirir.

URL / WWW
http://atxem.az/news/a-15197.html