Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » ATXƏM-in tədbirləri » Ramazan bayramı münasibərilə Qaraçala qəsəbəsində iftar süfrəsi - 26.08.2011
15.04.12 01:00

Ramazan bayramı münasibətiylə Salyan rayonu İcra Hakimiyyətinin təşəbbüsü və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) dəstəyi ilə Qaraçala qəsəbəsində rayon ictimayyətinin, din xadimlərin, ağsaqqallar və ziyalıların iştirakı ilə iftar süfrəsi verilmişdir.
350-dən cox sakinin qatıldığı bu tədbirin əsas məqsədi icra strukturları ilə əhali arasında canlı ünsiyyətin qurulması və rayonda aparılan abadlıq-quruculuq işlərinin daha mütəşəkkil və səmərəli keçirilməsi üçün yerli əhalinin təkliflərinin nəzərə alınması olmuşdur.
Tədbirdə iştirak edən Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov hesabat xarakterli çıxışında bildirmişdir ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin bütün ölkə ərazisində apardığı abadlıq-quruculuq işlərinə uyğun olaraq, Salyan rayonunda da bu istiqamətdə böyük işlər görülməkdədir: “Biz qısa vaxt ərzində Salyan rayonunda bir cox böyük layihələrə imza atdıq.
{img1}{img2}Demək olar ki, son altı ay ərzində rayonda bütün infrastruktur sahələrində olan problemlərin aradan qaldırılması istiqamətində bir canlanma yarandı. Kəndlərarası yolların bərpasına başlanmış, işıq, su, kanalizasiya sistemində olan neqativ hallar aradan qaldırılır, rayonda yararsız halda olan binaların fasadları və dam örtükləri yenilənir. Biz çalışırıq ki, Salyan rayonu da ölkəmizdə geniş vüsət alan abadlıq-quruculuq işlərinin bir tərkib hissəsi kimi bu proseslərdə qabaqcıl yerlərdə olsun. Təbii ki, bunun üçün biz bütün rayon sakinlərinin icra strukturları ilə birgə fəaliyyət göstərməsində maraqlıyıq. Və inanıram ki, hər zaman öz xeyirxahlığı və işgüzarlığı ilə fərqlənən Salyan rayonu əhalisi bu işləri həyata keçirməkdə biz icra strukturlarına hər zaman dəstək olacaqlar”.
Tədbirdə iştirak edən Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev Müqəddəs Ramazan bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir. Qafar Əliyev bildirmişdir ki, icra strukturları ilə sakinlərin bu cür canlı görüşləri ərazidə olan problemlərin vaxtında həll olunmasında əvəzsiz rol oynayacaqdır. “Biz ölkə başçısı cənab İlham Əliyevin fəaliyyətində hər zaman bu metoddan istifadə etdiyinin və ölkədə problemlərin tez bir zamanda aradan qaldırılmasında nə qədər faydalı olduğunun şahidi oluruq. Salyan rayonu icra strukturları da ölkə başçısının bu fəaliyyətindən örnək götürərək, yerli əhali ilə birbaşa görüşlərə gedir, rayon ərazisində olan problemlərin həllində əhali ilə məsləhətləşmələr aparır. İnanıram ki, bu cür fəaliyyətlə, icra strukturları ilə rayon əhalisinin birgə əməkdaşlığı nəticəsində Salyan rayonunda az bir vaxta bütün problemlər öz həllini tapacaq, Salyan rayonu respublikamızda sözün əsl mənasında nümunəvi rayonlarımızdan olacaqdır”.
Tədbirdə ATXƏM-in sədri, iş adamı İlham İsmayılov da cıxış edərək rayon sakinlərini müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik etmişdir. İ. İsmayılov qeyd etmişdir ki, Ramazan bolluq, bərəkət, əmin-amanlıq ayı olmaqla yanaşı, həm də bütün duaların qəbul olunduğu və niyyətlərin yerinə yetirildiyi bir aydır. “Bu gün biz bu tədbirdə ölkəmizə bolluq, bərəkət, əmim-amanlıq arzulamaqla, həm də bu boluğu yaratmaq üçün birgə çalışacağımıza, ölkəmizi əl-ələ verib birgə inkişaf etdirməyə niyyət edirik. Salyan rayonu bütün zamanlarda ölkəmizdə ən qabaqcıl rayonlardan hesab olunub, hər zaman nümunəvi kənd təssərüfatı rayonu kimi tanınıb. Dogulub boya-başa çatdığım bu rayonun inkişafı məni də düşündürən əsas məsələlərdəndir. Mən də bir iş adamı kimi, bundan sonra da bu gün burada Salyan rayonu İcra Hakimiyyəti ilə sakinlər arasında birgə fəaliyyətlə bağlı bağladıqları bu “ittifaq”a hər zaman dəstək verəcək, respublika prezidenti İlham Əliyevin regionların inkişafı ilə bağlı bağlı verdiyi fərman və sərancamların yerinə yetirilməsi istiqamətində səylə fəaliyyət göstərəcəm”.
Tədbirdə Salyan rayonu din xadimləri və ağsaqqallar adından çıxış edən Hacı Mirabtalıb Əsgərov və Hacı Vasif Əlizadə belə bir müqəddəs gündə onları yad etdiyinə görə rayon rəhbərliyinə təşəkkür etdilər və rayonun inkişaf etdirilməsində yerli əhalinin icra strukturlarına hər zaman dəstək verəcəklərini bildirdilər. Qeyd edək ki, tədbirdən əvvəl Qaraçala qəsəbə stadionunda yerli Qaraçala və Qarabağlı futbol komandalarının gənclərdən ibarət komandaları yoldaşlıq görüşü keçirilmişdir. Rayon icra hakimiyyəti nümayəndələrinin və yerli əhalinin seyr etdiyi bu görüş 2:1 hesabı ilə Qaraçala futbol komandasının xeyrinə başa çatmışdır.


ATXƏM-in Mətbuat xidməti.


URL / WWW
http://atxem.az/news/a-15205.html