Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » ATXƏM-in tədbirləri » İspaniyanın “Volya prodactions” sənədli filimlər studiyasının yaradıcı heyəti ATXƏM-də oldular - 02.05.2011
16.04.12 08:06

Aprelin 29-da Azərbaycanda səfərdə olan İspaniya “Volya prodactions” sənədli filimlər studiyasının yaradıcı heyəti Sagrario Perpinan, Samuel Sebastian, Alejandro Moros və İspaniya insan hüquqları təşkilatının üzvü Gülnara Xanbabayeva Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzini (ATXƏM) ziyarət etdilər.
Görüşdə yaradıcı heyətin rəhbəri Alejandro Moros bildirdi ki, II dünya müharibəsində Azərbaycanda olmuş təyyarəçilərlə bağlı sənədli film hazırlasalar da, film eyni zamanda həm də Azərbaycanı tanıtmaq baxımından çox əhəmiyyətli olacaqdır.
Qeyd edək ki, “Volya prodactions” sənədli filimlər studiyası II dünya müharibəsi dövründə Azərbaycanda olmuş İspaniya təyyarəçiləri ilə bağlı sənədli film hazırlayır və bu filmin hazırlanmasında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin “Səlnamə” sənədli film studiyası ilə yanaşı ATXƏM də bu layihənin gerçəkləşməsində öz dəstəyini göstərir.



ATXƏM-in
Mətbuat xidməti
URL / WWW
http://atxem.az/news/a-15206.html