Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » ATXƏM-in tədbirləri » Ankaranın Keçiörən bələdiyyəsinin sədri Mustafa Ak ATXƏM-in qonağı oldu - 08.04.2011
17.04.12 05:19

Martın 27-30-da Ankaranın Keçiörən bələdiyyəsinin sədri Mustafa Akın rəhbərlik etdiyi geniş tərkibdə nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olub. Rəsmi səfərini Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzini (ATXƏM) ziyarətlə başlayan Keçiörən bələdiyyəsinin sədri Mustafa Ak ilk öncə Ulu Öndər Heydər Əliyevin anıt məzarını ziyarət edərək, əklil qoymuşdur.Daha sonra Mustafa Ak Şəhidlər Xiyabanı və Bakıdakı Türk Şəhidliyi xatirə abidəsini də ziyarət edərək, əklil qoymuşdur.
Sonra ATXƏM-in fəaliyyəti ilə yaxından tanış olan Mustafa Ak Türk dünyası ilə bağlı ATXƏM-in fəaliyyətini yüksək qiymətləndirərək, birgə əməkdaşlıq məsələlərini də müzakirə etmişdir.
{img1}{img2}Səfər çərçivəsində Keçiörən bələdiyyəsinin sədri Mustafa Ak Qubadakı kütləvi məzarlığı ziyarət etmişdir. Nümayəndə heyətini millət vəkilləri Qənirə Paşayeva, Vahid Əhmədov və Quba Rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibov müşayiət ediblər.
Türkiyəli qonaqlara 1918-ci ildə ermənilərin Qubada yerli əhaliyə qarşı törətdiyi soyqırımı və məzarlıq haqqında ətraflı məlumat verilmiş, yaxın günlərdə bu ərazidə soyqırımı memorial kompleksinin tikilib istifadəyə veriləcəyi bildirilmişdir.
Mustafa Ak Quba soyqırımı məzarlığı haqqında məlumatların Türkiyə ictimaiyyətinin diqqətinə çatdırılması üçün müvafiq tədbirlərin görüləcəyini bildirmişdir.
Daha sonra Keçiörən bələdiyyəsinin sədri Mustafa Ak Sumqayıt bələdiyyəsini ziyarət etmiş, bir çox görüşlər keçirmişdir.
{img3}

ATXƏM-in
Mətbuat xidməti
URL / WWW
http://atxem.az/news/a-15208.html