Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
ATXƏM-in tədbirləri
» ATXƏM və Strasburq «Azərbaycan Evi» silsilə tədbirlər və Xocalı mitinqi keçirildi - 28.02.2011
17.04.12 02:25
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Strasburq "Azərbaycan Evi" ilə birgə Xocalı faciəsinin 19-ci ildönümü ilə bağlı fevral ayının 23-27-də Strasburq şəhərində silsilə tədbirlər və "Xocalıya ədalət" kampaniyası çərçivəsində mitinq keçirmişdir.
Bu məqsədlə Azərbaycan nümayəndə heyətinin tərkibində ATXƏM-in sədri İlham İsmayılov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin diasporla iş üzrə sektor mudiri Qafar Əliyev, Milli Məclisin üzvü Fuad Muradov və Dağlıq Qarabağ Azərbaycanlıları İcması idarə heyətinin üzvü, Xocalı faciəsinin şahidi Cavid Əliyev Strasburqa rəsmi səfər etmişlər. Səfərin əsas məqsədi ATXƏM və Strasburq «Azərbaycan Evi»nin 26 fevral 2011-ci ildə Strasburq şəhərində keçirəcəyi mitinqi təşkil etmək və buna hazırlıq görməkdən ibarət olmuşdur.
{img1}{img2}Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri Strasburqda yaşayan Türk və Azərbaycan gənclərinin toplaşdığı COJEP (Plural Düsüncəli Gənclər Təşkilatı) mərkəzi ofisində olublar. Görüşdə əsas müzakirə mövzusu Strasburqda yaşayan Azərbaycan və Türk gəncliyinin Xocalı mitinqində həmrəyliyinə nail olmaq və mütəşəkkiliyi təmin etmək olub.
Daha sonra Azərbaycan nümayəndə heyətinin üzvləri Avropa Şurasının mərkəzi qərargahında Avropa Şurası İnsan Haqqları üzrə komissarının köməkçisi Bojana Urumova ile görüşüblər. Görüşdə nümayəndə heyətinin üzvləri B.Urumova Dağlıq Qarabağ probleminin mahiyyəti, bir milyondan artıq qaçqın və məcburi köçkünün üzləşdiyi problemlər və onların pozulmuş insan hüquqlarını, eyni zamanda 1992-ci il fevralın 26-da Xocalıda törədilmiş soyqırımla bağlı ətraflı məlumat veriblər.
Nümayəndə heyətinin üzvləri Avropa Şurası İnsan Haqqları üzrə komissardan bu məsələ ilə bağlı prinsipial mövqe tutmağı və Azərbaycanın haqq işinin müdafiə olunmasını xahiş ediblər. Görüşdə Avropa Şurası İnsan Haqqları üzrə komissarın köməkçisi xanım B. Urumova komissarla birlikdə Azərbaycana növbəti dəfə səfər edəcəyini və bu məsələdə daima obyektiv olacağını bildirib. Xanın B. Urumovaya Dağlıq Qarabağ problemini və Xocalı soyqırımını tanıdan geniş məlumat və materiallar təqdim olunub.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Strasburq Elzas bölgəsinin Aşağı Rena rayon Baş Konseyinin (İcra Hakimiyyəti) Baş müsaviri, Fransa Yaşıllar Partiyasının həmin bölgə üzrə yerli nümayəndəliyinin rəhbəri xanım Andre Münxenbaxla da görüşüblər. Görüşdə əsas məqsəd Xocalı faciəsi ilə əlaqədar keçiriləcək tədbirlərin mahiyyəti haqqında yerli icra hakimiyyətinin məsul səxslərini məlumatlandrımaq, bir daha Xocalı soyqırımının mahiyyəti haqqında onlara əlavə məlumatlar və materiallar təqdim etmək, Xocalı soyqırımı ilə əlaqədar keçiriləcək mitinqdə mümkün qədər yerli hakimiyyət orqanlarının dəstəyini və razılıgını almaqdan ibarət olmuşdur.
{img3}{img4}Görüs zamanı Xocalı hadisələrinin canlı şahidi Cavid Əliyev Xocalı soyqırımı ilə bağlı geniş məlumat vermiş, təkzibolunmaz faktlarla bu hadisələrin gerçək bir soyqırım olduğunu ortaya qoymuşdur. Görüşdə ATXƏM sədri İlham İsmayılov bir milyondan çox əhalisi olan Elzas bölgəsinin yerli icra hakimiyyəti, bələdiyyə və partiya rəsmisi kimi xanım A.Münxenbaxı qaçqınların vəziyyəti ilə tanış olmaq və əsl həqiqətləri öyrənmək üçün Azərbaycana dəvət etmişdir. Qeyd edək ki, xanım Andre Münxenbax 26 fevral tarixində kliber meydanında keçirilən mitinqdə iştirak etmiş, bu soyqırımın bütün dünyada tanıdılmasının vacib olduğunu bildirmişdir.
Daha sonra Azərbaycan nümayəndə heyəti Strasburqda fəaliyyət göstərən Strasburq Türk Ailələri Birliyinin nümayəndələri ilə görüşüblər. Görüşdə Strasburqda keçiriləcək Xocalı mitinqində birgə fəaliyyətə dair məsələlər müzakirə olunmuşdur. Görüşdə Strasburqda Xocalı mitinqində iştirak üçün Ankaradan gəlmiş Milliyetçi Herakat Partiyası (MHP) sedrinin köməkçisi, eks millət vəkili Abbas Bozyel, eyni zamanda Fransa-Türk Konfederasiyasının Fransa üzrə rəhbəri Namiq Şahin, Strasburq Türk Aileleri Birliyinin rəhbəri Celebi Qoçaq, Federasiyanın İdarə Heyətinin üzvü Ayhan Sahan, Başkan yardımçısı Osman Canlı da iştirak etmişdir. Görüs zamanı qeyd olunmuşdur ki, son illər Azərbaycan və Türkiyə diasporasının Xocalı soyqırımı ilə bağlı apardığı birgə siyasət dünyadakı erməni lobbisini və erməniləri narahat etmişdir. Xüsusilə, Həydər Əliyev Fondunun və həmin fondun Moskva nümayəndəliyinin başlatdığı «Xocalya ədalət» kampaniyası çərçivəsində görülən işlər və həyata keçirilən tədbirlər öz effektini verməkdədir. Bunun əyani sübutu olaraq son illərdə çap olunmuş çoxsaylı nəşrlər artıq Avropa əhalisini və beynəlxalq təskilatların məlumatlanmasında əvəzsiz rol oynamışdır. Artıq Avropa dövlətləri də yaxşı başa düşür ki, ermənilərin törətdiyi bu facilər insanlıqdan kənardır və heç bir hüquqi çərçivəyə sığmır.
{img5}{img6}Daha sonra Azərbaycan nümayəndə heyəti Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Avropa Şurası (AŞ) yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə fevralın 25-də Strasburqdakı Avropa Parlamentlər Assosiasiyasının binasında ölkəmizin və türk diaspor təşkilatlarının, tələbələrimizin, yerli və xarici qurumların nümayəndələrinin iştirakı ilə keçirilən anım mərasiminə qatılıblar. Mərasimə toplaşanlara Xocalı soyqırımının, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixinə dair Heydər Əliyev Fondu tərəfindən müxtəlif dillərdə nəşr edilmiş əyani və videomaterillar təqdim olunmuş, ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlər haqqında ətraflı məlumat verilmişdir.
Mərasimdə Daimi nümayəndəliyin rəhbəri Səfir Arif Məmmədov ermənilərin xalqımıza qarşı törətdikləri soyqımı, insanlıq tarixinin ən dəhşətli cinayətlərindən biri olan Xocalı faciəsinin əsl mahiyyəti barədə danışmış, Heydər Əliyev Fondunun Azərbaycan həqiqətləri, o cümlədən Xocalı faciəsi barədə dünya və Avropa ictimaiyyətinə ətraflı və düzgün məlumat vermək sahəsində apardığı işləri diqqətə çatdırıb. Eyni zamanda, bu sahədə Azərbaycan diasporunun xüsusi rolunu qeyd edən Səfir, bundan sonra da təbliğat prosesində həmrəylik göstərməyin vacibliyini vurğulamışdır.
Strasburqdakı “Azərbaycan evi”nin sədri Mustafa Alınca Xocalı soyqırımında əli olanların indiyə qədər cəzasız qaldıqlarına toxunmuş və faciəni törədənlərin beynəlxalq məhkəmələr tərəfindən məsuliyyətə cəlb edilməsi istiqamətində konkret addımların atılması vaxtının çatdığını bildirib. Tədbirdə çəxəş edən Milli Məclisin deputatı Fuad Muradov və Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev Azərbaycan hökumətinin bu məsələni daima gündəmdə saxladığını, beynəlxalq ictimaiyyətin bu hadisələrə düzgün və obyektiv qiymət verilməsi istiqamətində ciddi iş apardığını qeyd ediblər.
Strasburqda Xocalı ilə bağlı mitinq keçirilib
Fevralın 26-da ATXƏM Strasburq "Azərbaycan Evi" ilə birgə Xocalı faciəsinin 19-ci ildönümü ilə bağlı Strasburq şəhərinin Kleber meydanında mitinq keçirib. Mitinqdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı, Strasburqda fəaliyyət göstərən Türk diaspor təşkilatları (Strasburq Türk Ailələri Fedarasyonu, Türk Ocaqları) və ətraf şəhərlərdə çalışan Azərbaycan, türk, fransız və digər təşkilatların nümayəndələri də iştirak ediblər.
{img7}400-ə yaxın nümayəndənin qatıldığı tədbirdə bildirilmişdir ki, "Dənizdən-dənizə Ermənistan" xülyası ilə yaşayan erməni ideoloqları müəyyən xarici havadarlarının köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara və türklərə qarşı amansız terror və soyqırımı siyasəti həyata keçirmiş, etnik təmizləmə aparmışlar. Təcavüzkar erməni millətçilərinin və sərsəm "Böyük Ermənistan" ideoloqlarının etnik təmizləmə və soyqırımı siyasətinin ağır nəticələrini bütövlükdə iki milyon azərbaycanlı müxtəlif vaxtlarda öz üzərində hiss etmişdir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş amansız qətliam isə nəinki türk dünyasına, bütövlükdə bəşəriyyətin mütərəqqi dəyərlərinə, insanlığa və beynəlxalq hüquq normalarına qarşı yönəlmiş dəşhətli genosid aktı olmuşdur.
Qeyd olunmuşdur ki, 26 fevral tarixində azğınlaşmış erməni quldur birləşmələri mənfur sovet imperiyasının 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə mühasirəyə aldıqları Xocalı şəhərinə qarşı əvvəlcədən hazırladıqları məkrli planı həyata keçirmişdilər: 613 nəfər dinc azərbaycanlını, o cümlədən 63 uşağı, 106 qadını, 70 qocanı bir neçə saatın içində amansızlıqla qətlə yetirən, 487 nəfəri ağır xəsarətlərə məruz qoyan, 1275 nəfəri girov götürən ermənilər qaniçənlikdə vaxtilə dünyanı lərzəyə salmış faşizmi də geridə qoyduqlarını nümayiş etmişlər.
Mitinqin sonunda Xocalı faciəsini əks etdirən foto materiallar, erməni millətiçilərinin qanlı hərəkətlərini pisləyən, Xocalıya Ədalət Kampaniyasının şüarları istifadə olunmuş, ATXƏM-in hazırladığı bukletlət Strasburq ictimaiyyətinə paylanmışdır. Mitinqdə eyni zamanda Xocalı soyqırımının dünyada tanınması və bu soyqırıma dünya ictimaiyyəti tərəfindən siyasi qiymət verilməsi ilə bağlı bəyanat oxunmuşdur.
Mitinqdən sonra isə ATXƏM və Strasburq "Azərbaycan Evi"nin birgə təşkilatçılığı ilə Strasburq Barnanos Mərkəzində «Dağlıq Qarabağ problemi: Azərbaycan diasporunun və Türk dünyasının mövqeyi» mövzusunda konfrans keçirilmişdir.
Konfransda Dağlıq Qarabağ probleminin bütün türk dünyasının ortaq problemi olduğu xüsusilə vurğulanaraq, bildirilmişdir ki, bu problemin dünya ictimayyətinə çatdırılması üçün bütün türk dünyası diaspor təşkilatlarının birliyi olduqca vacibdir.
ATXƏM-in
Mətbuat xidməti
URL / WWW
http://atxem.az/news/a-15209.html