Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
ATXƏM-in tədbirləri
» İstanbulda Dünya Türk Forumu keçirilib - 23.10.2010
14.03.12 06:25
Oktyabrın 20-22-də İstanbulda “Grand Cevahir Hotel”de Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) təşkilatçılığı ilə “Türk Şurası, türk diasporu və sosial-iqtisadi əməkdaşlıq” mövzusunda Dünya Türk Forumu keçirilib.Forumda 60 ölkədən türk dünyası və diasporlarının nümayəndələri iştirak edib. Tədbirə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti, həmçinin fəal diaspor təşkilatlarının rəhbərləri - Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov və ATXƏM-in Özbəkistandakı nümayəndəsi və Orta Asiya üzrə əlaqələndiricisi Akif Ağatalıbov, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Başar Kömur, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktoru Samira Patzer-İsmayılova, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayev, Birləşmiş Ərəb Əmirliyindəki “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanov və digər diaspor təşkilatları rəhbərləri də iştirak ediblər.
{img1}{img2}Forumda TASAM-ın sədri Süleyman Şensoy rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında geniş məlumat verib. Türk Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı isə çıxışında Türk dövlətləri başçılarının zirvə görüşlərinin tarixi, türk xalqlarının əməkdaşlığına verdiyi töhfələr, 2009-cu ildə bu əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə yaradılan Türk Şurası haqqında danışıb. Forumda çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov türk dünyası üçün böyük əhəmiyyət daşıyan bu toplantının açılışı münasibətilə Azərbaycan prezidenti İlham Əliyevin qonaqlara və iştirakçılara salamlarını çatdırıb. Nazim İbrahimov bildirib ki, Azərbaycan türk dünyası arasında birliyin təmin olunmasına, əməkdaşlığın inkişaf etdirilməsinə hər zaman böyük önəm verib. “Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporu digər türk xalqlarının diasporları ilə sıx əməkdaşlıqdadır. Ulu öndərimiz Heydər Əliyevin söylədiyi “Bir millət iki dövlət” fkrinə, kəlamına əsaslanaraq “Bir millətin bir neçə diasporu ola bilməz, bizim vahid diasporumuz olmalıdır” prinsipi ilə fəaliyyətimizi davam etdiririk”. TürkPA-nın baş katibi Ramil Həsənov isə çıxışında bildirib ki, türk xalqları əməkdaşlığının parlamentlər diplomatiyası formatında da inkişaf etdirmək zərurətindən doğan bu qurum 2008-də yaradılıb. TürkPA dünyanın bir çox parlament birlikləri ilə əməkdaşlıq edir. Tədbirdə, həmçinin Mardin Valisi Hasan Duruer, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvləri Şenol Bal, Hüseyn Pazarçı, TBMM-nin Avropa Birliyinə inteqrasiya komissiyasının nümayəndəsi Yusif Ziya İrbeç, TÜRKSOY-un baş katibi Dussanbay Kasseinov, Kosovadan türk əsilli nazir Mahir Yağcılar çıxış ediblər. Sonra Forumda Türk dünyasının problemlərinə həsr olunmuş ayrı-ayrı mövzular üzrə müzakirələr aparılıb. Forumda “Sözdə “soyqrım” – Türk diasporası və iş birliyi” mövzusunda müzakirələrə qatılan ATXƏM-in sədri İlham İsmayılov bu forumda Türk Dünyası üçün cox mühüm olan məsələlərin müzakirə olunduğunu bildirib. O qeyd edib ki, “Sözdə “erməni soyqrımı” Türk dünyasının daima diqqətində saxlanmalı olduğu vacib məsələdir. “Çünki sözdə “erməni soyqırımı” Qərb dövlətlərinin və imperialist güclərin hədəfdə Türkiyə Cümhuriyyəti olmaqla, bütün Türk Dünyasına qarşı istifadə etdiyi ağır bir təzyiq mexanizmidir”. İlham İsmayılov qeyd edib ki, dünyanın hər yerində erməni lobbisi 2015-ci ildə sözdə “erməni soyqırımı”nın 100 illiyi ilə əlaqədar aktiv fəaliyyətə başlayıblar. “Erməni lobbisi “sözdə soyqrım” iddialarını beynəlxalq aləmdə siyasiləşdirərək, əslində tarixçilərin öhdəsinə buraxmalı olduğumuz tarixi gerçəkliklərlə üz-üzə gəlməkdən qorxurlar. Çünki tarixi faktların üzə çıxması əslində ermənilərin hər zaman Türklərə qarşı soyqırım siyasəti yeritdiyini ortaya qoymaqdadır”. İlham İsmayılov türk xalqları diaspor təşkilatlarının ermənilərin Xocalıda törətdikləri soyqırımların beynəlxalq aləmdə geniş təbliğ olunmasında vahid mövqeyə səsləyib. “Bütün Türk dünyası diaspora təşkilatları bu soyqırımın dünya ictimayyətinə çatdırılmasında vahid bir mövqedən çıxış etməlidirlər. Biz bu birliyin bariz nümunəsini bu il fevralın 26-da Avropanın siyasi mərkəzlərindən olan Strasburqda Türk və Azərbaycan diaspora üzvlərinin birgə keçirdiyi Xocalı soyqırımı yürüş mitinqində daha aydın gördük. Bu istiqamətdə digər Türk xalqlarının da dəstəyinə ehtiyacımız var və inanıram ki qarşıdan gələn illərdə biz Avropanın bütün şəhərlərində Türk Dünyası diaspor təşkilatlarının birliyini görəcəyik”.
ATXƏM-in Mətbuat xidməti
URL / WWW
http://atxem.az/news/a-15211.html