Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » İstanbul-Gəncə birbaşa aviareysi yenidən bərpa olunur
06.04.12 16:18

Türkiyənin “Cihan” Ajansının verdiyi xəbərə görə Türkiyənin “Onur Air” aviaşirkəti həftədə 3 dəfə (bazar ertəsi, çərşənbə və cümə günləri) olmaqla İstanbul-Gəncə reysi üzrə birbaşa aviareyslər yenidən bərpa edir.Gəncə Beynəlxalq Hava Limanının direktoru Bəylər Nəcəfovun Gün.Az-a verdiyi məlumata əsasən, bu reys may ayının 2-dən etibarən başlayacaq və aviareyslərdə bir istiqamətə biletin qiyməti 83, hər iki istiqamətə 166 avro olacaq. “Boinq” tipli təyyarə ilə həyata keçiriləcək uçuşlar ilkin vaxtlar həftədə 3 dəfə, daha sonra həftədə 5 dəfə olacaq. Qeyd edək ki, Gəncə-İstanbul reysi əvvəllər də mövcud olub. Lakin iki il öncə həmin uçuş qrafiki müəyyən səbəbdən ləğv edilib.
URL / WWW
http://atxem.az/news/a-15213.html