Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Türk dünyası xəbərləri » Avropa Azərbaycanlıları Konqresi qurultaya hazırlaşır
07.04.12 15:27

Aprelin 29-da Avropa Azərbaycanlıları Konqresinin (AAK) növbəti qurultayı keçiriləcək.
Qurultaya Avropa və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri qatılacaq. toplantıda AAK-ın hesabatı dinləniləcək. Həmçinin bir sıra məsələlər, o cümlədən Konqresin gələcək fəaliyqət istiqamətləri müzakirə olunacaq.
Qeyd edək ki, AAK 2004-cü il aprelin 17-də Berlində keçirilən toplantıda təsis edilib. Belə bir qurumun yaradılmasında əsas məqsəd Avropa ölkələrində məskunlaşan soydaşlarımızın tarixi vətənləri ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında mənəvi, siyasi birliyin və həmrəyliyin təmin olunması, onların milli, sosial və vətəndaş hüquqlarının müdafiəsi, mill-mənəvi dəyərlərin birgə qorunması və Azərbaycan icma və birliklərinin regionda fəaliyyətlərinin əlaqələndirilməsi olub.
URL / WWW
http://atxem.az/news/a-15215.html