Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Azərbaycan filmləri Ermənistanda nümayiş olunacaq
09.04.12 13:00

Aprelin 12-də Ermənistanın Gümrü şəhərində Azərbaycan filmlərinin festivalının keçirilməsi planlaşdırılır.
APA-nın festivalın təşkilatçısı olan “Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzi”nə istinadən yaydığı məlumata görə, Gümrü Jurnalistlər Klubunda 2007-2008-ci illərdə Azərbaycanda çəkilmiş 4 qısametrajlı (bir sənədli, 3 bədii) filmin nümayişi planlaşdırılır. Səsvermə nəticəsində filmlərdən biri “Tamaşaçı simpatiyası” nominasiyası üzrə qalib elan olunacaq. Filmlər erməni dilinə tərcümə olunub. Festival Böyük Britaniya və ABŞ-ın Ermənistandakı səfirliklərinin dəstəyi ilə keçirilir.
Xatırladaq ki, mərkəz 2010-cu ilin noyabrında İrəvanda analoji tədbir keçirmək istəsə də, heç bir səbəb açıqlanmadan təşkilatçılara yer verilməməsi nəticəsində festival baş tutmayıb.

URL / WWW
http://atxem.az/news/a-15218.html