Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Türk dünyası xəbərləri » Timsal Qarabəkir İstanbul TAD-I ziyarət edib
09.04.12 13:24

Türkiyə Cümhuriyyətinin görkəmli hərbi və siyasi xadimi, Osmanlı ordusunun Şərq cəbhəsinin baş komandanı Kazım Qarabəkir Paşanın qızı Timsal Qarabəkir İstanbulda Türkiyə Azərbaycan Dərnəyini ziyarət edib.İstanbul Türkiyə Azərbaycan Dərnəyinin sədri Səfər Qaraqoyunlu görüşdə rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə Timsal Qarabəkirə geniş məlumat verib.
Timsal Qarabəkir görüşdən məmnun qaldığını bildirib. O, təcrübələrini İstanbul Türkiyə Azərbaycan Dərnəyi ilə bölüşəcəklərini söyləyib və dərnəyin fəaliyyətinə dəstək verəcəklərini vurğulayıb. İstanbul Türkiyə Azərbaycan Dərnəyinin rəhbərliyi Timsal Qarabəkirə ziyarət üçün təşəkkürünü bildirib və ona müvafiq plaket təqdim edib.

URL / WWW
http://atxem.az/news/a-15219.html