Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » ATXƏM-in tədbirləri » ATXƏM “3 May Türkçülük Günü”nə həsr olunmuş silsilə tədbirlər keçirdi - 03.05.2010
13.03.12 12:56

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) təşkilatçılığı ilə Salyan rayonunda “3 May Türkçülük günü”nə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.
Tədbirdə Dövlət və hökumət nümayəndələri, Türkiyənin ölkəmizdəki səfirliyinin, bir sıra qeyri-hökumət təşkilatlarının numayəndələri, elm adamları, ziyalılar iştirak etmişlər.



{img1}{img2}Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin Salyan şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə, Türk dünyasının böyük fikir adamı Əli bəy Hüseynzadənin və İstiqlal şairi Xəlil Rza Uluturkün abidələri önünə əklillər qoymuş, bu dahi şəxsiyyətlərin xatirəsini ehtiramla yad etmişlər.
Sonra Salyan rayonunun Qaraçala qəsəbəsində Şəhidlər Xiyabanını ziyarət edən tədbir iştirakçıları Qaraçala qəsəbəsində təşkil olunmuş bayram tədbirlərinə qatılıblar.

{img3}{img4}Tədbirdə bəşəriyyətin tarixi inkişafında böyük rolu olan türk xalqlarının birlik və qardaşlığının möhkəmləndirilməsi zərurətindən ətraflı danışılmış, məhz bu birliyin xalqlarımızın gələcək inkişafına güclü təkan verə biləcəyi vurğulanmışdır. Türk xalqlarının yekdilliyinin, əqidə və məslək birliyinin düşmənlərimizə göz dağı olduğu vurğulanmışdır.
Tədbirdə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin son 2 illik fəaliyyətini əks etdirən sənədli film numayiş etdirilmişdir. Bayram tədbirləri rayonun Qaraçala qəsəbəsində təşkil olunmuş, geniş və rəngarəng ədəbi-bədii proqramla davam etdirilmişdir. Tədbir iştirakçıları qəsəbə stadionunda yerli “Qaraçala” və Beyləqan rayonunun “Mil” futbol komandaları arasında keçirilən Respublika həvəskarlar turnirinin yarımfinal görüşünü də izləmişlər.

{img5}{img6}

URL / WWW
http://atxem.az/news/a-15224.html