Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Birlik jurnalı
» “BİRLİK” dərgisinin 2-ci sayı çap olundu
25.02.12 18:51
"BIRLIK" dərgisi - Oktyabr 2008-ci il, ¹2
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) rəsmi orqanı olan “Birlik” dərgisinin növbəti sayı dərc olundu.Dərginin ikinci sayi oktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı həmvətənlərimizə və soydaşlarımıza ATXƏM-in müraciəti ilə başlayır və onları ümummilli lider Heydər Əliyevin ideoloji-siyasi kursunun davamçısı, onun ideyalarını yaradıcılıqla inkişaf etdirməyə qadir olan cənab İlham Əliyevə dəstək olmağa çağırır. Ənənəyə sadiq qalaraq dərgidə Azərbaycanın mədəniyyəti, tarixi ilə bağlı mühüm əhəmiyyət kəsb edən maraqlı məqalələr oxucuların nəzərinə çatdırılır. ATXƏM sədrinin ideoloji məsələlər üzrə müavini Qafar Əliyevin “Azərbaycandan ölkəyə və dünyaya baxış”, 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusunun Bakını daşnak–bolşevik işğalından azad edərək şərəflə yerinə yetirdiyi tarixi missiyası haqqında – “Azərbaycan istiqlalı və Nuru Paşa” və Türk əsgərinin şərəfinə təşkil olunmuş bayram təntənəsi və fotoreportaj, BDU-nun dosenti, tarix elmləri namizədi Kərəm Məmmədovun “Azərbaycan erkən orta əsrlərdə”, Tatarıstan Respublikasının Azərbaycandakı Daimi Nümayəndəsi Nail Şamiloviç Zaripov ilə müsahibə, Milli Qeyri- Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni ilə söhbətimiz və bununla yanaşı ATXƏM sədri İ.İsmayılovun və ATXƏM sədrinin iqtisadi məsələlər üzrə müavini, “Kür-Xəzər” Xeyriyyə Cəmiyyətinin rəhbəri Akif Kərimovun Milli QHT Forumunun İdarə .Heyətinə üzv seçilmələri, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan xalq şairi İsa Hüseynov haqqında “Azərbaycanın canlı korifeyi – MUĞANNA”, tarix elmləri doktoru Güllü Yoloğlunun “Ortaq Türk dili”, M.Topçubaşov adına Eksperimental Cərrahiyyə İnstitutunun direktoru, ATXƏM-in fəxri üzvü, Əməkdar elm xadimi, Əməkdar həkim, akademik Böyükkişi Ağayevin anadan olmasının 80 illiyi münasibəti ilə ATXƏM-çilərin yubilyarı təbrik etməsi, Düşənbə şəhərində yeni yaradılmış “Dostluq” Azərbaycan cəmiyyətinin planları və perspektivləri haqqında cəmiyyətin sədri Müslim Həmidovun şərhi, “Haqqı tapdanmış dahi” - Azərbaycan elmi düşüncəsini dünya elminin fövqünə ucaltmış Nəsirəddin Tusi, Ailə, Qadın və Uşaq Priblemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva ilə müsahibə, Dağlıq Qarabağda yaşayan ermənilərin 1988-ci ildə başladığı separatçı hərəkatı ilə başlanan “Azərbaycana qarşı elan olunmamış müharibə”, BDU-unu IV kurs tələbəsi Hülya Məmmədlinin “Gürcü-osetin münasibətlərinin tarixinə bir baxış”, ATXƏM-in Avropa və Ukrayna üzrə təmsilçisi Fərhad Turanlının “Kavkazskaya Albaniya v istorii qosudarstvennosti azerbaydjantsev” , Türkiyənin Akşehir şəhərində doğumunun 800 illiyi qeyd olunan Nəsrəddin Xoca haqqənda “Türk xalqlarının Xoca Nəsrəddinləri” başlıqlı məqalələrin hər biri tarixi baxımdan çox böyük əhəmiyyət kəsb edir.
URL / WWW
http://atxem.az/news/a-15244.html