Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » ATXƏM-in tədbirləri » Bakını daşnak-bolşevik işğalından azad etmiş Türk əsgərinin şərəfinə bayram təntənəsi - 15.09.2008
03.03.12 12:13

Türk tarixinin öyrənilməsini, gələcək nəsillərə bütöv yaddaş abidəsi əmanətləməyi özünün tarixi missiyası kimi təsbitləyən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyi 1918-ci ildə Azərbaycanın istiqlalı uğrunda 5000 şəhid vermiş Qafqaz İslam Ordusunun imza atdığı tarixi qələbənin – Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 90 illiyi şərəfinə planladığı silsilə tədbirlərə sentyabrın 13-də yekun vurdu.
Qafqaz İslam Ordusunun tarixi zəfəri şərəfinə hələ mart ayında Neftçaladakı 10 şəhid Türk əsgərinin anım mərasimi ilə başlayan, “Nuru Paşa” filminin çəkilişləri əsnasında Gəncədəki, Yevlaxdakı, Göyçaydakı, Şamaxıdakı Türk şəhidləri məzarlıqlarını ziyarət edən, İstanbulda, Alaniyada Qafqaz İslam Ordusu döyüşçülərinin nəslindən olan şəxslərlə görüşlər təşkil edən ATXƏM-in bu dəfəki tədbiri daha möhtəşəm oldu.
2008-ci il sentyabrın 13-ü saat 16.00-da Bakıdakı Şəhidlər Xiyabanında 1918-ci ildə Bakının azadlığı uğrunda şəhid olmuş Türk əsgərlərinin şərəfinə ucaldılmış abidə önündə başlayan mərasimə ATXƏM-in yüzlərlə üzvü, TÜSİAB-ın, Milli QHT Forumunun, TRT-nin Azərbaycan təmsilçiliyinin, İraq Türkmən Tələbələri Birliyinin, Bakı Dövlət Universitetinin, “Qafqaz” Universitetinin, Bakıda fəaliyyət göstərən Atatürk və Anadolu litseylərinin nümayəndələri qatılmışdılar.
Azərbaycanda fəaliyyət göstərən bütün telekanallar və aparıcı KİV-lərin təmsilçiləri tərəfindən izlənilən mərasimdə ATXƏM adından abidə önünə əklil qoyulduqdan sonra, təşkilatın sədri İlham İsmayılov çıxış edərək bildirdi ki, “...bu tarixi qələbə əslində Azərbaycanın istiqlalının təməl daşı kimi dəyərləndirilməyə layiq olan bir hadisədir. Nuru Paşanın komandanlığı ilə Bakını azad etmiş Qafqaz İslam Ordusunun bu tarixi qələbəsi olmasaydı, yəqin ki, Azərbaycanın bir dövlət kimi yaşaması da mümkün olmayacaqdı. Məhz Bakı azad olunduqdan sonra paytaxta qayıdan o zamankı Milli Hökümət Azərbaycan Xalq Cümhuriyyətinin bir dövlət olaraq yaşaması vıə dünya birliyi tərəfindən tanınması yönündə müəyyən addımlar atdı. Və o dövlətin bazasında Azərbaycan Sovet Sosialist Respublikası, 1991-ci ildə isə Müstəqil Azərbaycan Dövləti təşəkkül tapdı. Bu tarixi həqiqəti hər kəs bilməlidi və gələcək nəsillər də Türk əsgərinə minnətdarlıq ruhunda tərbiyə edilməlidir və ATXƏM də bir İctimai Birlik olaraq bu yöndə üzərinə düşən vəzifələri sona qədər yerinə yetirməkdə israrlıdır.
{img1}{img2}... Və biz çox istərdik ki, Qafqaz İslam Ordusunun bu tarixi zəfəri kampaniya xarakteri daşımasın, yubileydən yubileyə yada düşməsin. Bu şanlı gün türkün şərəf salnaməsində xüsusi əhəmiyyət daşıyan bir gün kimi əbədiləşməlidir. Və bir təşkilat olaraq bu tarixi qələbəyə imza atmış Nuru Paşanın da adının əbədiləşdirilməsi, onun adına Bakıda və 90 il öncə keçdiyi döyüş yolu boyunca azad etdiyi digər şəhərlərdə küçə verilməli, abidəsinin ucaldılması üçün aidiyyatı orqanlar qarşısında vəsatət qaldırmaq niyyətindəyik və inanıram ki, bizim bu təşəbbüsümüz ictimai dəstək qazanacaq”.
{img3}{img4}Şəhidlər Xiyabanında anım mərasimi ilə başlayan bayram təntənəsi saat 17.00-da Səbail İstirahət Mərkəzində təşkil olunmuş mədəni-kütləvi tədbirlə davam etdi. ATXƏM sədri İ.İsmayılov qonaqları salamladıqdan sonra Türkiyə Cümhuriyyətinin Bakıdakı böyük elçisinin I müavini Erkan Özaral, Bakı Dövlət Universitetinin professoru Anar İsgəndərov, Azərbaycan Respublikası Prezidenti Aparatının ictimai-siyasi şöbəsinin sektor müdiri Qafar Əliyev, Ankaradakı Qazi Universitetinin professoru Əflatun Nemətzadə, Bakıdakı “Qafqaz” Universiteti nəzdində Araşdırmalar İnstitutunun direktoru, professor Mehmet Rihtim, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, akademik Budaq Budaqov, ATXƏM sədrinin müavini, “Kür-Xəzər” Cəmiyyətinin prezidenti Akif Kərimov çıxış edərək Türk əsgərinin milli mənafelər yönündə sərgilədiyi rəşadətdən, Azərbaycan-Türkiyə dostluğunun sarsılmazlığından, bu iki qardaş xalqın birliyinin əbədiliyindən danışdılar. Mədəni-kütləvi tədbiri Azərbaycanın mahir ifaçıları Azərinin, Aşıq Xanların, qarmonçalan Aslan İlyasovun, müğənni-bəstəkar Elza Seyidcahanın, rep ustası Anar Nağılbazın, xalq və bəstəkar mahnılarının ifaçısı Ağadadaş Ağayevin təqdim etdiyi musiqi nömrələri bəzəyirdi. {img5}Yasamal rayonundakı 10 saylı uşaq bağçasının rəqs qrupununun ATXƏM-in himni əsasında hazırladığı “Tanrı türkə yar olsun” kompozisiyası tədbir iştirakçıları tərəfindən xüsusi rəğbətlə qarşılandı.
Tədbir ATXƏM adından verilən iftar ziyafəti ilə yekunlaşdı.
URL / WWW
http://atxem.az/news/a-15247.html