Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » ATXƏM-in tədbirləri » ATXƏM-çilər akademik Böyükkişi Ağayevin 80 illik yubileyini təbrik etdilər - 13.09.2008
02.03.12 15:27

Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədri İ.İsmayılov və ATXƏM katibliyinin əməkdaşları 2008-ci il sentyabrın 12-də M.topçubaşov adına Eksperimental Cərrahiyyə İnstitutunun direktoru, ATXƏM-in fəxri üzvü,Əməkdar elm xadimi, Əməkdar həkim, akademik Böyükkişi Ağa oğlu Ağayevi anadan olmasının 80 illiyi münasibəti ilə təbrik etmiş; yubilyara ATXƏM İB-nin qiymətli xatirə hədyyələrini təqdim etmişlər.
ATXƏM sədri İ.İsmayılov akademik Böyükkişi Ağayevə ünvanladığı təbrik nitqində onun keçdiyi şərəfli və mənalı ömür yoluna qısa nəzər salaraq demişdir:

-Hörmətli Böyükkişi Ağa oğlu!
Siz, Azərbaycan tibb elminin canlı korifeyi olan akademik Böyükkişi Ağayev təkcə dəyərli bir alim yox, prinsipial vətəndaş mövqeyi ilə seçilən böyük şəxsiyyətsiniz. 1954-ci ildə Moskva Dövlət Tibb İnstitutunun aspiranturasına qəbul olunduğunuz andan bu günə qədər, nə az – nə çox, düz 54 illik bir zaman kəsiyində siz öz gərgin əməyinizlə Azərbaycan elminə həmişə baş ucalığı gətirmisiniz. Dünyanın müxtəlif ölkələrində, müxtəlif dillərdə dərc olunmuş 289 elmi məqaləniz, 22 ixtiranız, 8 dərslik və monoqrafiyanız sözün həqiqi mənasında minillik ənənələri olan Azərbaycan tibb elmini zənginləşdirən dəyərlər kimi səciyyələnir. Sizin elmi rəhbərliyinizlə tibb elmləri namizədi adına layiq görülmüş 42 nəfər, tibb elmləri doktoru adına layiq görülmüş 5 nəfər alim bu gün dünya tibb elminin yüksəlişinə töhfələr verir. Bu, sizin bəşəriyyət qarşısında, tarix qarşısında, xalq qarşısında məsuliyyət hissinizin yüksəkliyinə və mənəvi borcunuzu ləyaqətlə, şərəflə yerinə yetirilmənizə dəlalət edən bir faktdır. Və nə xoş ki, bu qəbil böyüklük təkcə sizin elmi fəaliyyətiniz üçün deyil, ümumiyyətlə həyat və fəaliyyətinizin bütün istiqamətləri üçün səciyyəvidir. Siz, Azərbaycan tibb elminin canlı korifeyi olan dahi bir insan, 80 illik həyatınız ərzində Azərbaycan naminə bir neçə dəfə öz karyeranızla risk etmisiniz və hər dəfə də milli mənafelər naminə atıldığınız mücadilələrdən qalibiyyətlə çıxmısınız. Sizin 1988-1992-ci illərdə, Azərbaycan tarixinin şanlı səhifələrindən olan milli-azadlıq mübarizəsi mərhələsində milli genefondumuzun sağlamlığı və yenicə təşəkkül tapan Milli Ordumuzda səhiyyə işinin təşkili yönündə sərgilədiyiniz mübarizlik nümunəsi sözün həqiqi mənasında prinsipial və fəal vətəndaş mövqeyinizdən xəbər verir.
Hörmətli Böyükkişi Ağa oğlu!
{img1}Bu bir xoşbəxtlikdir ki, siz 80 yaşın zirvəsində də şərəfli ömrünüzün bütün mərhələlərində olduğu kimi fəal vətəndaş mövqeyi nümayiş etdirir, Azərbaycan Cərrahlar və Qastroenteroloqlar Assosiasiyasının prezidenti olaraq Azərbaycan tibb elminin dünya tibb elminə inteqrasiyası istiqamətində mümkün olan hər şeyi edirsiniz. Sizin Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin fəxri üzvü kimi fəaliyyyətiniz, Türk Dünyasında təbabət elminin aparıcı mütəxəssislərinin gücünü səfərbər etmək yönündə misilsiz çalışmalarınız da fəal vətəndaş mövqeyinizin əyani nəticələridir.
-Hörmətli Böyükkişi Ağa oğlu!
Bu yubiley günündə Sizi doğma təşkilatınız olan ATXƏM-in çoxsaylı üzvləri adından bir daha təbrik edir, elmi fəaliyyətinizdə uğurlar və möhkəm cansağlığı arzulayırıq.
Tanrı sizi Azərbaycana və ümumən Türk Dünyasına çox görməsin.
URL / WWW
http://atxem.az/news/a-15248.html