Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
ATXƏM-in tədbirləri
» ATXƏM Türk şəhidlərinin məzarını ziyarət etdi - 28.03.2008
26.02.12 20:51
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin ( ATXƏM) rəhbərliyi və üzvləri 31 Mart Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar tədbirlər planı çərçivəsində TÜSİAB və TRT Azərbaycan nümayəndəliyinin rəhbəri, eləcə də Səlyan və Neftçala ziyalıları ilə birgə Azərbaycanı 1918-ci ildə bolşevik-daşnak qırğınlarından xilas etmiş Qafqaz İslam Ordusunun Neftçala rayonu ərazisində şəhid olmuş qəhrəman əsgərlərinin məzarlarını ziyarət etmiş, abidə önünə əklil qoymuşlar.Neftçala rayonunun Seyidlər kənd məzarlığında uyuyan 10 şəhidin qəbirləri üzərində ucaldılmış Xatirə Abidəsi önündə düzənlənən mitinqi giriş sözü ilə açan ATXƏM sədrinin müavini, “Kür-Xəzər” Xeyriyyə Cəmiyyətinin sədri Akif Kərimov ilk sözü ATXƏM sədri İlham İsmayılova verdi.
1918-ci ilin geosiyasi reallıqlarına tarixi faktlara istinadan diqqət yetirən ATXƏM sədri həmin günlərdə Türkiyə ordu komandanlığının qəbul etdiyi siyasi qərarı Azərbaycanın bir dövlət kimi mövcudluğunun qarantı olan tarixi hadisə kimi dəyərləndirdi və Qafqaz İslam Ordusunun Nuru Paşanın komandanlığı altında keçdiyi şərəfli yola tarixi ekskurs edərək, bu yolu Türkiyə-Azərbaycan əbədi qardaşlığının bünövrəsi kimi, bir kökdən rişələnən iki xalqın ayrılmazlığının tarixi təsdiqi kimi qiymətləndirdi.
Çıxışının sonunda İlham İsmayılov onu da bildirdi ki, tarixi zərurətdən doğan ATXƏM İctimai Birliyi Azərbaycan-Türkiyə dostluğunun, ümümən Türk Birliyinin möhkəmlənməsi üçün mümkün olan hər şeyi etmək əzmindədir. Natiq bunun əyani nümunələrindən biri kimi artıq “Nuru Paşa” filminin çəkilişi üzərində gərgin iş getdiyini söyləyərək, onu da bildirdi ki, bədii-sənədli janrda olacaq bu filmin təqdimatı Qafqaz İslam Ordusunun Bakını daşnak-bolşevik birləşmələrindən azad etməsinin 90 illiyi münasibəti ilə 2008-ci il sentyabrın 15-də ATXƏM mərkəzi qərargahında təşkil olunacaq yubiley təntənələrində keçiriləcək.
{img1}{img2}İ.İsmayılov onu da qeyd etdi ki, Seyidlər kənd qəbiristanlığında uyuyan türk əsgərlərinin anılması ATXƏM-in 31 Mart – Azərbaycanlıların Soyqırım Günü ilə bağlı tədbirlərinin başlanğıcıdır və anma mərasimləri martın 31-də Bakıda Türk Şəhidlərinin Xatirə Kompleksində yekunlaşacaq.Tədbirdə çıxış edən digər natiqlər də - Türkiyə Sənayesi və İş Adamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) genel sekratarı Ümit Yanık, professor, doktor Hüseynağa Hüseynov, Səlyan Ağsaqqallar Şurasının sədri Hacı Beydulla İmanov, Dünya Azərbaycanlıları Konqresinin nümayəndəsi Xəzər Emin və Neftçala rayonunun baş axundu Hacı Əliqəmə qardaş torpaqlarında canlarından keçən türk əsgərlərinin qəhrəmanlıqları və onların bu ərazilərdə keçdikləri döyüş yolundan danışaraq, Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığını xüsusi vurğuladılar.
URL / WWW
http://atxem.az/news/a-15256.html