Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » ATXƏM-in tədbirləri » ATXƏM-də Novruz Bayramı qeyd olundu - 25.03.2008
25.02.12 21:02

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyi martın 20-də Novruz Bayramı münasibəti ilə Türk Dövlətlərinin Bakıdakı səfirliklərinin iştirakı ilə tədbir düzənlədi.
Mərasimdə Qazaxıstanın Bakıdakı Fövqəladə və Səlahiyyətli Səfiri Serik Primbetov xanımı ilə birlikdə, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Böyükelçiliyinin Maliyyə Müşaviri Bünyamin Özgür, Türkiyə Cümhuriyyəti Başnazirliyinin Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) Azərbaycan üzrə Proqram Koordinatoru Serhat Küçükkurt və onun müavini Nihal xanım Ərsoy, TUSİAB-ın İdarə Heyətinin üzvləri, Atatürk liseyinin Direktoru Şinasi Güner, Ukrayinalı və Azərbaycanlı Ziyalılar Assambleyasının sədri Fərhad Turanlı, İraq Türkmən Tələbələr Birliyinin üzvləri və digər qonaqlar iştirak edirdi.

{img1}{img2}Tədbiri açıq elan edən ATXƏM-in sədri İlham İsmayılov qonaqları bayram münasibəti ilə təbrik etdi və təşkilatın fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verdi. ATXƏM-in Beynəlxalq əlaqələrinin inkişafı üçün Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Ukrayina və digər ölkələrlə əlaqələrin qurulmasının vacibliyini qeyd etdi.
Cənab Səfir Serik Primbetov mərasim iştirakçılarını təbrik edərək, Türk Birliyinin, mədəniyyətinin təbliği və inkişafında adı çəkilən təşkilatın mühüm fəaliyyət göstərməsiini arzuladı. Digər iştirakçılar da mövzu ilə əlaqədar öz arzu və istəklərini bildirdilər.
Tədbirdə, o cümlədən incəsənət ustaları da iştirak edirdi.
URL / WWW
http://atxem.az/news/a-15257.html