Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » ATXƏM-in tədbirləri » ATXƏM-in təqdimetmə mərasimi keçirilmişdir - 04.02.2008
20.02.12 18:38

30 dekabr 2007-ci ildə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin Neftçilər prospekti 39 ünvanında yerləşən ofisinin açılışı olmuş, bu münasibətlə Bakı Əyləncə Mərkəzində ziyafət təşkil edilmişdir. Tədbirdə yerli və xarici ölkələrdən gəlmiş 200-dən çox qonaq iştirak edirdi.
ATXƏM hansı zərurutətdən yarandı?

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov

Türkdilli xalqlar arasında birliyin mohkəmləndirilməsi çağdaş ictimai-siyasi gerçəkliyin zəruriləşdirdiyi vəzifədir.
Söhbətimin əvvəlində rəhbərlik etdiyim mərkəzin yaranma səbəblərinə toxunmaq istərdim. Əvvəla bildirim ki, Azərbaycan müstəqilliyinin ilk illərində bir sıra problemlərlə üzləşmişdi. Torpaqlarımız işğal olunur, iqtisadi-sosial həyatda tənəzzül getdikcə dərinləşir, daxildə və xaricdəki bəzi qüvvələr ölkədə sabitliyi pozmağa, vətəndaş müharibəsi yaratmağa cəhd göstərirdilər. Tale Azərbaycanın üzünə güldü: Ulu öndərimiz Heydər Əliyev xalqımızın təkidli tələbilə yenidən hakimiyyətə gəldi. Qısa müddətdə respublikanı xaosdan, qarışıqlıqdan xilas etdi., sosial, iqtisadi sahələrdə sürətli inkişafa nail olmaq üşün bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan islahatlara başladı, Ermənistanla aparılan müharibədə atəşkəs rejiminə nail oldu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə üstünlük verdi. Burada bir məqamı xüsusi vurğulamaq zəruri sayıram. Azərbaycanın ağır, çətin, sarsıntılı günlərində, müstəqilliyimizi itirmək təhlükəsi ilə üzləşdiyimiz vaxtlarda ölkəmizə dayaq olan, bizi sınmağa, əyilməyə qoymayan, iqtisadi, sosial problemlərimizin həllinə dost, qardaş köməyi göstərən məhz Türkiyə Cümhuriyyəti olmuşdur. Beynəlxalq aləmin biganə qaldığı Dağlıq Qarabağ haqsızlığına qarşı səsini ilk qaldıran da, Ermənistanı işğalçılığa son qoymağa ilk çağıran da Türkiyə Cümhuriyyəti olmuşdur.
Bu məqamda mən diqqəti dövlət başçımız İlham Əliyevin Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında dediyi sözlərə yönəltmək istərdim. Azərbaycan prezidenti vurğulamışdır ki, Sovet İttifaqının dağılmasından sonra 5 türk cümhuriyyətinin meydana gəlməsi nəticəsində yaranmış yeni geosiyasi situasiya əlbəttə, bizi daha çox sıx birləşməyə sövq edir. Qısa bir müddət ərzində Türkiyədə və Azərbaycanda bizim birliyimizi möhkəmləndirən çox mühüm addımlar atılmışdır. Belə ki, 2006-cı ildə Antalyada əvvəlcə qurultay, daha sonra türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşü, 2007-ci ilin mart ayında Bakıda Azərbaycan və türk diasporları rəhbərlərinin I forumu, noyabrda isə türk dövlət və cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq qurultayı keçirilmişdir. Hamısinda da qarşıya bir məqsəd qoyulmuşdur – türk dünyası daha da mütəşəkkil olmalı, türk ölkələri bir-birilə əlaqələrini və dünyadakı mövqelərini daha da möhkəmləndirməlidir. Türk dövlətlərinin birliyi nə qədər möhkəm, nə qədər güclü olsa hər bir ölkə öz milli maraqlarını bir o qədər uğurla müdafiə edə bilər.
Biz heç vaxt türk dünyasının iki dahi şəxsiyyətinin ayrı-ayrı vaxtlarda dedikləri sözləri unutmamalıyıq. Ulu öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, Azərbaycanın sevinci bizim sevincimizdir” fikri, ümummilli lider Heydər Əliyevin isə “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamı bizim münasibətlərimizin təməl prinsipidir. Türkiyə - Azərbaycan münasibətləri məhz bu əsasla qurulur və bu iki ölkənin uğurlu iş birliyi bütün türk dünyasına öz müsbət təsirini göstərir. Bayaq qeyd etdiyim məşhur tarixi fikirlərdə çöx böyük məna, çox böyük məhəbbət var. Bu iki qardaş ölkəni bir-birinə daha yaxınlaşdırır, əlaqələrini gücləndirir.
Yeri gəlmişkən, diqqəti bir məqama da yönəltmək istərdim. Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında Türkiyənin rolu əvəzsizdir. Türkiyə Azərbaycanı müstəqil ölkə kimi tanıyan ilk dövlət olmuşdur. Müstəqilliyimizin ilk illərində, ümumiyyətlə, bütün dövrlərdə xalqımız Türkiyənin dəstəyini, qardaş köməyini hiss etmişdir. Bu dəstəyi, köməyi biz bu gün də hiss edirik, sabah da belə olacağına şübhə yoxdur.
Azərbaycan və Türkiyə arasında əlaqələrin getdikcə güclənməsi ilə bağlı dövlət başçımız cənab İlham Əliyev demişdir: “Bu gün qarşılıqlı fəaliyyət nəticəsində bizim gücümüz, Azərbaycanın artan gücü eyni zamanda Türkiyəni də gücləndirir. Qarşılıqlı investisiyaların həcmi ildən-ilə artır. Artıq Azərbaycan investisiyaları Türkiyəyə qoyulur, bunların həcmi milyardlarla ölçülür.”
Bu dostluq, qardaşlıq münasibətlərini, necə deyərlər, gözü götürməyən qüvvələr də var. Çox böyük maliyyə inkanlarına malik olan erməni lobbisi və dünya ermənilərinin bizə qarşı kampaniya aparmalarını buna misal göstərə bilərik. Erməni lobbisi bizə qarşı əsassız ittihamlar, iddialar qaldırır. Biz onların, eləcə də himayədarlıqları ilə bəzi ölkələrin riyakar siyasətçilərinin əsassız ittihamlarına qarşı öz həqiqətimizi qoymalıyıq. Çünki haqq-ədalət bizim tərəfimizdədir. Bu barədə ölkə Prezidenti cənab İlham Əliyev çox haqlı olaraq qeyd etmişdir: “ Erməni lobbisi və Ermənistan 1915-ci ilin hadisələrinə görə Türkiyəni daim bütün ölkələrdə günahlandırmaq istəyir. Bütün ölkələrin parlamentlərində qondarma “soyqırımı”nı tanıtdırmaq istəyir. Bu, böyük erməni yalanıdır, böyük erməni təxribatıdır. Əslində ermənilər həmişə türklərə, azərbaycanlılara qarşı soyqırımı siyasəti aparmışlar. Keçmiş tarixdə də belə olub, yaxın tarixdə də belə olubdur və Xocalı soyqırımı bunun bariz nümunəsidir. Günahsız insanları, uşaqları, yaşlı qadınları qətlə yetirmək soyqırım deyil, bəs nədir? Ancaq əfsuslar olsun ki, dünya birliyi bunu ya görmür, ya da görmək istəmir, ermənilərin, erməni lobbisinin və dünya ermənilərinin uydurma “faktlar”ı əsasında qərar qəbul edirlər. Biz buna qarşı öz siyasətimizi, həqiqətimizi, təbliğatımzı və gücümüzü qoymalıyıq. Əlbəttə ki, həqiqəti çatdırmaq, təbliğ etmək, dütün dünyaya yaymaq bizim işimizdir - dövlətlərin, diaspor təşkilatlarının, ümumiyyətlə, hər bir vətənpərvər insanın işidir”.
Bəli, dövlət başçımız cənab İlham Əliyevin bu sözləri bizim mərkəzin fəaliyyət prinsipinin əsasıdır, proqramımızın ana xəttidir. Yəni hazırda mərkəzimiz öz işini bütün dünya türklərinin birliyinə nail olmaq üzərində quraraq, bu məqsəd, bu məram uğrunda bir sıra tədbirlər həyata keçirir.
Etiraf etməliyik ki, dünya türklərinin birliyi hələ arzuladığımız səviyyədə deyil. Bəlkə də, bunun nəticəsidir ki, Dağlıq Qarabağ həqiqətlərini, Şimali Kipr türklərinin ədalət mücadiləsinə rəğmən blokadaya məruz qalmalarını, Balkan yarımadasımda və ya müştərək coğrafiyamızın müxtəlif bölgəlırində yaşayan soydaşlarımızın sıxıntılarını dünya ictimaiyyətinə lazımınca çatdıra bilmirik. Bu baxımdan da tariximizə, mədəniyyətimizə, inancımıza söykənərək türkdilli ölkələrin potensialını hərəkətə gətirməliyik. “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi”ni də məhz bu məsələləri hərtərəfli, vahid mövqedən yanaşaraq müzakirə etmək, dəyərləndirmək üçün yaratmışıq.
Mərkəzimizin yaranması ilə bağlı təşəbbüsə təkan verən bir məqamı da sizlərin diqqətinə çatdırmağı özümə borc bilirəm. 2006-cı ildə Türkiyənin Antalya şəhərində Türk Dövlət və Cəmiyyətlərinin X Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında hörmətli prezidentimiz cənab İlham Əliyev çıxışı zamanı “Biz artıq hücuma keçməliyik” dedi. Prezident “biz” deyəndə bütün türk dünyasını nəzərdə tuturdu. Bu sözlər xüsusən diaspor təşkilatlarına tuşlanmışdır. Prezidentin çıxışı məni də ruhlandırırdı və bu gün biz artıq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində rəsi qeydiyyatdan keçmiş beynəlxalq ictimai birlik kimi fəaliyyət göstəririk.
Yenə təkrar edirəm, mərkəzi yaratmaqda məqsədimiz təbliğat işlərini gücləndirmək, türkdilli ölkələrin üzləşdikləri haqsızlıqları dünya birliyinin diqqətinə çatdırmaqdır yönəlib. Bunun üçün biz – türkdilli xalqlar gücümüzü birləşdirməliyik. Ölkə başçımızın dediyi kimi, gücümüz birliyimizdədir. Biz nə qədər güclü olsaq, bizim həqiqətimiz də bir o qədər üstün, tutarlı olacaqdır, bir o qədər də sözümüzü eşidəcəklər və bizimlə hesablaşacaqlar. Bir sözlə, bizim birliyimiz ölkələrimizin xoşbəxt, firavan gələcəyi üçün başlıca şərtdir və gücümüz bundadır.



URL / WWW
http://atxem.az/news/a-15262.html