Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Əlaqələr, rəsmi xronika
» TBMM-nin üzvü İsmail Safi ATXƏM sədrini mükafatlandırdı
16.04.12 19:56
Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin üzvü, Qara Dəniz İqtisadiq Əməkdaşlıq Şurası Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin rəhbəri, Avrasya QHT Əməkdaşlıq Dərnəyinin rəhbəri İsmail Safi və Avrasya İqtisadi Əməkdaşlıq Dərnəyinin sədri Hikmət Ərən aprelin 14-də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzini (ATXƏM) ziyarət ediblər.
{img1}{img2}ATXƏM sədri İlham İsmayılov qonaqlara ATXƏM-in fəaliyyəti və həyata keçirdiyi layihələrlə bağlı geniş məlumat vermişdir. İsmail Safi ATXƏM-in Türk dünyası ilə bağlı fəaliyyətini yüksək qiymətləndirərək, bu il ərzində yaradılacaq Avrasiya QHT-lərinin Platformasında ATXƏM-in də təsisçilərdən biri olaraq iştirakını arzu etdiyini bildirmişdir. ATXƏM sədri İlham İsmayılov Avrasiya QHT-lərinin bir qurum altında birləşməsini vacib sayaraq, Türk dilli ölkələrin QHT-lərinin birliyini təmsil edəcək bu Platformaya hər cür dəstək veriləcəyini qeyd etmişdir.
{img3}{img7}Daha sonra İsmail Safi ATXƏM sədrini “Türkiyə ilə Azərbaycan arasındakı mədəni və sosia əlaqələrin gücləndirilməsinə və tarixi qardaşlığa verdiyi töhfəsinə” görə təltif etmişdir. Öz növbəsində ATXƏM sədri İlham İsmayılov Avrasya QHT Əməkdaşlıq Dərnəyinin rəhbəri, millət vəkili İsmail Safiyə Azərbaycan və Türkiyə arasında əməkdaşlığın dərinləşməsindəki göstərdiyi xidmətlərinə görə plaket təqdim etmişdir. Daha sonar ATXƏM sədri İlham İsmayılovun adından TBMM-nin üzvü İsmail Safinin şərəfinə ziyafət verilmişdir.
{img4}
URL / WWW
http://atxem.az/news/a-15267.html