Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Gündəlik xəbərlər
» Sentyabrın 15-də Azərbaycan və türk diasporlarının birgə toplantısı keçiriləcək
17.04.12 09:35
Azərbaycan və türk diasporlarının erməni yalanlarına qarşı birgə mübarizə imkanları dəyərləndiriləcək.
Gün.Az
“Hürriyet” qəzetinə istinadən xəbər verir ki, bu məqsədlə sentyabrın 15-nə Azərbaycan və türk diasporları nümayəndələrinin iştirakı ilə böyük tədbir planlaşdırılır.Məlumata görə, Türkiyə baş nazirinin müavini Bekir Bozdağın rəhbərliyində olan dövlət qurumları məlum 1915-ci il hadisələrinin 100 illiyi ərəfəsində ermənilərin qondarma “soyqırımı” istiqamətində fəaliyyətini neytrallaşdırmaq məqsədi ilə hərəkətə keçiblər.
Qeyd olunur ki, bu məqsədlə türk və Azərbaycan diasporlarının birgə səfərbər olunmaları yönündə müəyyən tədbirlər planı da hazırlanıb.
Həmin tədbirlər planına bu il sentyabrın 15-də Ankara və ya İstanbulda türk və Azərbaycan diaspor qurumlarının birgə toplantısının təşkili məsələsi də daxil edilib.
Tədbirin məhz sentyabrın 15-nə nəzərdə tutulması da rəmzi xarakter daşıyır. Xatırladaq ki, Azərbaycan və Osmanlı hərbi birləşmələrindən ibarət Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı altında məhz 1918-ci il sentyabrın 15-də Bakını bolşevik-daşnak qüvvələrindən azad edib.
URL / WWW
http://atxem.az/news/a-15268.html