Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Azərbaycan prezidenti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibini qəbul edib
18.04.12 23:16

Azərbaycan prezidenti İlham Əliyev aprelin 17-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncını qəbul edib.
AzərTac-ın verdiyi məlumata görə, görüşdə türkdilli ölkələr arasında əlaqələrin ikitərəfli və çoxtərəfli formatda daha da möhkəmlənməsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının həyata keçirdiyi tədbirlərin önəmi qeyd olunub, təşkilatın fəaliyyətinin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bu gün Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Halil Akıncını Xarici işlər naziri Elmar Məmmədyarov  da qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş zamanı təşkilatın əhəmiyyəti vurğulanıb, üzv ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində birgə səylərin artırılması vacib sayılıb.
Görüşdə cari və növbəti illərdə təşkilatın qarşısında duran məqsəd və vəzifələr, habelə, qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.

URL / WWW
http://atxem.az/news/a-15272.html