Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Türk dünyası xəbərləri
» Ermənilər Türkiyədən 15 milyard dollar istəyir
19.04.12 20:29
Erməni diasporu qondarma “erməni soyqırımı” ilə bağlı təzminat tələbini dilə gətirməyə başlayıb.
Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, aprelin 12-də BMT-də qondarma “erməni soyqırımı” ilə bağlı keçirilən simpoziumda çıxış edən erməni rejissor Karla Karapedyan 1915-ci il hadisələri ilə bağlı Türkiyənin 15 milyard dollar təzminat ödəməsi gərəkdiyini söyləyib. O iddia edib ki, bu, təkcə 1915-ci ildə həyatlarını itirmiş ermənilərlə bağlı təzminatın həcmidir, bura ermənilərin Türkiyədə qalan mal və mülkləri daxil deyil. Karla Karapedyan 1915-ci ildə Türkiyədə 1,5 milyon erməninin öldürüldüyünü iddia edib. Erməni rejissor bu rəqəmi Almaniyanın 1950-ci ildən bəri 6 milyon yəhudinin soyqırımına məruz qalması ilə bağlı 60 milyard dollar təzminat ödəməsinə əsaslanaraq söylədiyini bildirib.
Erməni əsilli yazar Harut Sassouniyan isə BMT-də tədbir keçirdikləri zaman iki türk diplomat tərəfindən tədbirin keçirilməsinə maneçilik törədilməsinə cəhd göstərildiyini və bununla bağlı BMT baş katibi Pan Gi Muna şikayət məktubu göndərdiklərini söyləyib.
URL / WWW
http://atxem.az/news/a-15274.html