Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » İstanbulda I Beynəlxalq Türkologiya konfransı
20.04.12 16:33

Milli Məclisin üzvü Jalə Əliyeva  Türkiyədə keçiriləcək I Beynəlxalq Türkologiya konfransında iştirak edəcək.
Bu barədə məlumat verən millət vəkili J.Əliyevann sözlərinə görə, konfrans 19- 24 aprel 2012- ci il tarixində  Yunis Əmrə İnstitutu tərəfindən İstanbulda keçiriləcək. Konfrans Türkiyənin Xarici İşlər Nazirliyi,  İstanbul Böyük Şəhər Bələdiyyəsi və Türk Dil Qurumu tərəfindən dəstəklənəcək. “Konfransa xarici ölkələrindən Türkologiya, Türk dili və ədəbiyyatı şöbələrinin aparıcı mütəxəssislərinin, bu sahədə işləyən elm adamlarının qatılacağı gözlənilir. Gündəlikdə olan məsələlərdən ən əsası Türk dili və ədəbiyyatı, ümumiyyətlə türkologiya ilə bağlı məsələlərin müzakirə olunmasıdır. Türkologiya sahəsində daha da irəliyə getmək üçün fikir mübadiləsi aparılacaq. Əsas 6 məsələ müzakirə olunacaq. Bu sahədə çalışan heyətlə, təhsil alan tələbələrlə, daha sonra isə dərsliklərlə də bağlı məsələlər gündəmə gətiriləcək”.  Millət vəkili bildirib ki, tədbirdə Türkologiya bölmələrinin inkişafı üçün avadanlıqların, kitab ləvazimatlarının və daha sonra kitabxanalarıın yaxşılaşdırılması üçün təkliflər müzakirə olunacaq. Daha sonra bu şöbələrdə bakalavr, magistr və aspirantura təhsili ilə, onun imkanları ilə bağlı, digər  ölkələrlə mübadilə olunması məsələlərinə baxılacaq.

URL / WWW
http://atxem.az/news/a-15276.html