Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Gündəlik xəbərlər
» Musa Qasımlı: “Ermənilər barəsində heç yerdə görünməyən faktlar aşkarlamışam”
23.04.12 14:19
Millət vəkili, professor Musa Qasımlı uydurma erməni soyqırımı ilə bağlı çox mühüm faktlar aşkar edib. Bu barədə deputat Modern.az-a açıqlamasında bildirib.
M.Qasımlı qeyd edib ki, uzun zamandır 24 aprel hadisələri ilə bağlı apardığı geniş araşdırmalar nəticəsində heç bir yerdə görünməyən, erməni yalanlarını ifşa edən dəlillər əldə edib.
“Mən bu ilin yanvar ayında Moskvada, mart ayında isə Gürcüstan arxivlərində bu məsələlərlə bağlı indiyə qədər tədqiqatçıların rast gəlmədiyi, üzərində işləmədiyi bir çox arxiv materialları aşkar etdim. Bəzilərinin sürətini də əldə etmişəm. Bu sənədlər erməni yalanlarını ifşa etməyə bir daha əsas verir”.
Professor 24 aprel hadisələri ilə bağlı istənilən erməni tarixçisi ilə debata getməyə hazır olduğunu və bu istiqamətdə işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.
“Qeyd edim ki, bu məsələlərlə bağlı istənilən erməni tədqiqatçısı ilə mübahisə etmək olar. Hazırda bu istiqamətdə böyük bir monoqrafiya yazıram. Inşallah yaxın illərdə işıq üzü görəcək. Tarixdə erməni soyqırımı deyilən hadisə heç bir zaman olmayıb. Indiyə kimi tarixi mənbələrə və faktlara əsaslanmayıb. Faktlar göstərir ki, dünya müharibəsində böyük dövlətlər Osmanlını zəiflətmək və məğlub etmək üçün ermənilərdən istifadə ediblər. Bunun üçün tarixdə olmayan soyqırımı məsələsini gündəmə gətiriblər”-deyə M.Qasımlı vurğulayıb.
Qeyd edək ki, deputat məlum hadisələrlə bağlı 23-25 aprel tarixlərində Türkiyənin İstanbul şəhərində Erməni soyqırımı oldumu? Tarix nə deyir?” mövzusunda beynəlxalq konfransda iştirak edəcək.
URL / WWW
http://atxem.az/news/a-15279.html