Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Türk dünyası xəbərləri » MHP lideri Dövlət Bağçalı: “Dağlıq Qarabağ işğaldan xilas olacaq”
24.04.12 15:39

“Sarkozi soyqırımla əlaqədar dünyada iz qoymaqda qərarlıdırsa, biz ona öz qoxumuş tarixlərindən işə başlamalarını, Afrika və Yaxın Şərqə üz tutmalarını tövsiyə edirik.
Fransa rəhbərliyi əvvəl aynaya baxmalı və zalımlıqla keçən qaranlıq sifətini orada görməlidir. Türk millətinin keçmişində soyqırım yoxdur. Utanacağı, sıxılacağı və izah edə bilməyəcəyi vəhşilik mənzərələri də yoxdur”. APA-nın xəbərinə görə, bu sözləri partiyasının parlament fraksiyasının toplantısında Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı deyib. O bildirib ki, tarixdə olmayan bu hadisəni türk millətinə qəbul etdirməyə kimsənin gücü çatmayacaq.
D. Bağçalı əslində ermənilərin yaxın tarixdə türklərə qarşı soyqırım həyata keçirdiklərini vurğulayıb: “Uydurma “erməni soyqırımı” yalanından fayda ümid edən yazıqlar, Dağlıq Qarabağdakı insanlıq cinayətini, Xocalıdakı soyqırımı, vətənimizdə ermənilərin törətdikləri vəhşilikləri heç bir dövrdə dilə gətirməyiblər. Azərbaycanın müstəqillik yolunda qəmli bir hadisə olan, yanvar qırğını kimi tanınan bu ağrılı hadisədə yüzlərlə azərbaycanlı qardaşımız cinayətə qurban gedib. Ancaq nə rus, nə erməni oyunları Azərbaycanın müstəqillik atəşini söndürməyib, şanlı mübarizəsindən geri çevirməyib. İnşallah gün gələcək, Dağlıq Qarabağ işğaldan xilas olacaq”.

URL / WWW
http://atxem.az/news/a-15283.html