Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » İtaliya DAK-ın Birlik Qurultayına gedənlərə viza verməyib
26.04.12 19:44

Aprelin 28-29-da Belçikanın paytaxtı Brüssel şəhərində Dünya Azərbaycanlıları Konqesinin Birlik Qurultayı keçiriləcək.
Qurultaya Azərbaycandan da xeyli nümayəndənin iştirakı gözlənilirdi. Lakin Avropaya - şengen ölkələrinə səfər etmək üçün İtaliyanın Azərbaycandakı Səfirliyinə müraciət edənlərin heç birinə viza verilməyib. Bu barədə Modern.az-a viza üçün müraciəti rədd edilən qurultay nümayəndələri məlumat veriblər. Onların bildirdiyinə görə səfirlik 35-40 nəfərə imtina ilə bağlı eyni səbəb göstərib:
“Gedəcəyiniz şengen ölkəsini vaxt başa çatandan sonra tərk edəcəyinizə qəti əminlik yoxdur”. Sözügedən DAK-ın təmsilçilərindən Səftər Rəhimlinin Modern.az-a açıqlamasına görə, hazırda onlar İtaliya Səfirliyinin bu qərarının nədən qaynaqlandığını araşdırırlar: “Qurultayda iştirak üçün Fransa Səfirliyinə müraciət edənlərin demək olar ki, hamısına viza verilib. İtaliya Səfirliyinin bu qərarı bizim üçün də qaranlıqdır. Onların kiminsə sifarişini yerinə yetirib-yetirməməsi araşdırılacaq”. S.Rəhimli müraciəti rədd edilənlərin qrup şəklində İtaliya Səfirliyini  məhkəməyə vermək niyyətində olduqlarını da əlavə edib.

URL / WWW
http://atxem.az/news/a-15286.html