Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Məqalələr
» Almaniyadakı Türklər …
09.05.12 16:02
Keçən il 50 yaşı tamam olan (1961-2011) kütləvi Türk toplumunun Almaniyaya yerləşməsi hər tərəfdə təntənə ilə qeyd olundu.
50 ildir ki, həyatlarını Almaniyada köçkün olaraq yaşayan Türk insanları, kiminin Vətəninə dönmə arzusu, kiminin alın yazısı - kaderi ilə barişması hələdə davam edir. Bu insanlar hər zaman „Mən Türkəm, Mən Müsəlmanam“ və ya „Məni heç kim, heç nə dəyişə bilməz və mən Türkəm“ deyirlər! Bu sözün qüdrəti, bu sözün sehridir Türk millətini Almaniyada yaşadan, tanıdan, məhv olmağa qoymayan!!! Bu xalqın qüdrəti xeyirsevər, fədakar övladları bu xalqı məhv olmamağa öz dəsti xətti ilə iz salmağa hələ də qadir olduğunu ğöstərir. Mərd və sözünün üstündə duran oğullar hər sahədə, həm Almaniyanı həm Türk adını, qoruyur və hər zaman da qoruyacaqdır. Mən tək sənayenin deyil, elm sahəsində də, Almaniyaya böyük naıliyyətlər qazandırmış insanları nəzərdə tuturam. Bu insanlar arasında Güney Azərbaycan (İran) və Güzey Azərbaycan Türklərinin də böyük əməyi var. Bunların sayı Maşallah o qədərdir ki, saymaqla bitməz. Onlardan bizim yaşadığımız Braunschweig şəhərində də yaşayıb yaradan insanlar var.
Bu insanlardan bir nəfərin adını çəkmək istəyirəm. Onlardan ən yaşlılarından olan Şeyx Şamilin nəvəsi mərhum Adil Erk (Doğum ismi belə olub: Abdullayev Adil) adlı Professor (2003 çü ildə 90 yaşında Rəhmətə getmişdir, Allah Rəhmət eyləsin) bir neçə ildir ki aramızda yoxdur. Bu insanın fəaliyyəti haqqında bir Alman elmi işçisindən eşidəndə dogrusunu deyim çox böyük fərəh hissi keçirtmişdim. Bu insanın bizim yaşadıgımız şəhərdə Texniki sahə üzrə qoyub getdiyi irs heç zaman unudulmayacaq. Bu insan Azərbaycan ərazisində (Bakıda) doğulub, amma Almaniyada bir Türk vətandaşı kimi yaşayıb və fəaliyyət göstərib. Almaniyaya 1926 cı ildə 10 yaşında ikən gəlib, çünki o zamanlar Sovetlər Birliyi yeni yaranmışdı və Şeyx Şamilin hər bir qohumunu, hər bir yaxınını izləyirdilər. İki qardaş olan Adil və Əmir Abdullayevlər Almaniyaya köç edirlər və 8 və 10 yaşlı iki qardaşın acı taleyi beləcə başlayır. Hər iki qardaş Almaniyada təhsil alırıar və Elm sahəsində o zaman Almaniyada tanınan – barmaqla göstərilən Alimlərə çevrilirlər. Professor Adil Erk Şeyx Şamil nəslinin nümayəndəsi olduğu üçün öz doğma el-obasından didərgin düşüb amma Türk qanını, Türk adını qoruyub. Uzun müddət həm sənayedə və sonra isə Universitetdə öz yaratdığı sahələrə rəhbərlik edən şəxs olub. Bu insanın acı taleyi haqqında inşallah sonra yazmağı düşünürəm. Onun haqqında Almaniyada bir çox kitabxanaların arxivinə müraciət etmişəm və müsbət cavab əldə etmişəm. Professor Adil Erk kimi ziyalılarımızı harada yaşamasından asılı olmayaraq axtarmalı, bir Türk ziyalısının sahibinin hansı qanı daşımasını qiymətləndirməli və örnək götürməliyik!!! Bəli biz özümüzə sahib çıxmasaq başqaları bizim ən qiymətli varımıza sahib çıxacaq! Necəki Ermənilər sahib çıxmaq istəyirlər. Məsələn öz milli mədəniyyətimizə, torpağımıza və s. sahib çıxmaq istəyən Ermənilər buna nail olmayacaqlar….. Buna biz Türklər imkan verməməliyik….
Türklərin ikinci Dünya Müharibəsindən sonra Almaniyaya kütləvi şəkildə gəlişi bu iki dövlətin arasında bağlanmış iş müqaviləsinə əsalanaraq, Almaniyanın istəyi ilə Almaniyanı dirçəltmişdir. Almaniya ikinci Dünya müharibəsindən sonra yıxılmışdırsa, bu gün 50 il sonra Avropanın ən inkşaf etmiş böyük və qüdrətli bir sənaye ölkəsinə çevrilmişdir.…Əlbəttə bu təkcə Türklərin gəlişi, köməyi ilə deyil, həm də onların bu topluma qatdığı böyük uğurlarla əvəz olunmaz sədaqətli dostluğu və işbirliyi ilə ölçülür!!!! O zaman müharibədə Almaniya həm ölkəsinin yarısını, həm şəhərlərini, kəndlərini, həm millətinin böyük əksəriyyətini həm də ölçülməz dərəcədə alimini, ziyalısını və şöhrətini itirmişdi. Bəli müttəfiqlərini və qüvəsini itirən Almaniyaya Türkiyə öz sadaqəti və dostluğu ilə əl tutdu. Böyük işçi qüvvəsi Türkiyədən Almaniyaya axın - axın, vaqon - vaqon gəlməyə başladılar. Almaniyaya gələn Türk insanları burada zavod və fabriklərdə gecə - gündüz durmadan işlədilər. Türkiyədə qoyub gəldikləri ailələrinə hərdənbir qzandıqları para ilə bir şeylər göndərdilər…Bəziləri sonradan ailələrini də buraya gətirdilər, əlbəttə ki, bəziləri Almaniyanın müvəqqəti oldugunu düşünüb Almaniyaya tam bağlana bilmədilər… Bəziləri elə köylərindən gəldikləri kimi yaşayıb, gəldikləri kimi də geri döndülər… Bəziləri isə maddi imkansızlıqdan geri dönməyib oğul-qızlarının evlənib maddi imkanlarının, yaxşı olması üçün burada yaşamağına çalışdılar. Əlbəttə bu düşüncələrdən azad olub, alman toplumuna, inteqrasıya olanlar da çoxdur artıq. Onlar isə üçüncü və ya dördüncü nəsillər olaraq hal hazırda Almaniyada xaricilər içində ən çox toplum olaraq yaşamaqdadırlar. Amma ürək ağrıdan məsələlər o qədərdir ki, ata-ana Türk vətandaşı və oğul - qız isə Alman vətəndaşıdırsa və ata-ana öz övladını misal üçün bir deputat (Milli Məclis üzvü) kimi dəstəkləyə bilmir. Yaxud ana - ata rəhmətə gedir, o mütləq vəsiyyət edir ki, Türkiyədə torpağa verilsin, övladlar isə oradakı qohumları yaxşı tanımır, ortada bir çox dil və başqa problemləri olur. Beləliklə eyni tale yazısı buradakı başqa millətləri də gözləyir. Eyni zamanda bizim azərbaycanlıların Rusiyaya yerləşməsi kimi ürək ağrıdan məsələlər barəsində də yəqin ki, yazılarım olacaq.
Yaralı yerimiz o qədərdir ki, amma ürək açan bir məsələ də var - Türkiyə Dövləti bütün dünyada yaşayan Türk millətinə sahib çıxır. Hər bir Avropa ölkəsində Türk toplumunun öz yeri var, öz camiləri (məscidləri) var, öz dilini öyrədən müəllimləri öyrətmənləri var. Öz dillərini bilən həkimləri, hüquqşünasları, öz dillərində sürücülük məktəbləri, öz dillərində alış - veriş mərkəzləri, öz dillərində imbis, restoranları və s. vardır. Ümumiyyətlə Avropada yaşayan bütün Türk vətəndaşları hər cür imkanlara sahibdirlər. Radio, televiziya, mətbuat, jurnallar, qəzetlər və informasiya vasitələri hər cür Türkcə imkanlara sahiblər, maşallah!!! Xalqını millətini kütürünü sevən bu xalqın hər bir ehtiyacları ödənilməlidir, və qiymətləndirilməlidir. Çünki, bu millət özünə və dininə qiymət verir!!! Əlbəttə Türk milləti buna layiqdir. Bu millət cəsur və yenilməzdir!!! Doğrudur azğınlıq təşkil edən başqa millətlər də var, amma azlıq çoxluğa tabedir.
Bəzi millətlər var ki, onlar böyük Alman xalqının içində yox olub gedirlər - bu heç də yaxşı əlamət deyil…Mən tanıdığım alman vətəndaşlarından bu barədə həmişə soruşuram hər kəs bu Türk millətininin yenilməzliyini, hər şeyə qadirliyini, namuslu, ağıllı, dostluğundan, sədaqətindən həvəslə danışırlar. Onların qonaqpərvərliyini çox bəyənənlər var. Hətta türkcə bilənlərin və öyrənənlərin sayı ildən ilə artır. Az da olsa Almanlarla evlənənlər bu toplumda xüsusi hörmətə malikdirlər. Onların çoxu evləndikləri kişi ya qadın olsun Türk dilini öyrənməklə müsəlmanlığı qəbul edir, lazım gəlirsə baş örtüyündə gəzirlər. Belə insanarın heyranıyam doğrusu və almanların buna münasıbətini də öyrənmişəm. Onlar bunu normal qəbul edirlər, bu onların qərarıdır, biz şəxsi işlərə qarışmırıq deyirlər. Birdə ki, bu insanların kimsəyə zərərləri yoxdur deyirlər.
Bir sözlə Türk insanının doğruluğunun, sakitliliyinin, sədaqətliliyinin heyranı olanlar minlərlədir. Bu sözləri deyən deyir, deməyən də varsa bilmirəm. Amma bildiyim bir şey var ki, Almaniyada hər milləti öz əməllərinə görə tanıyır və ona görə danışırlar. Əlbəttə Türklər haqqında çox eşitdiyim bu kəlmələrdən cəsarətləndiyim üçün bu sözləri yazıram. Əgər türklərin yaxşılığını unutsalar, keçmiş günlərini unutsalar, demək ki, onlar çörəyi dizinin üstündə olanlardır!!! Onlar o şəxslərdir ki, onlar öz ata-anasına sahib çıxmayanlardır, onlar hər yerdə naşükürdürlər!!! Onlar biri-birinə arxadan bıçaq atanlardır. Alman milləti keçmişindən dərs almış və çox gözəl qanunlar üzərində idarə olunur. Almaniya Türkiyəni bu gün keçmiş düşmənləri olan başqa millətlərlə əl-ələ verib ata bilməz! Dünən Almaniyanı talan edib, düşmən hesab edənlər bunu unutmasınlar ki, alman xalqı heç nəyi unutmayıb və unutmayacaq da….
Almaniyada yaşayan və Alman İdarələrində, Universitetlərində, Orta məktəblərində və s. çalışan Türk vətəndaşlarının demək olar ki, böyük bir hissəsi öz gələcək nəsilləri üçün bir çalışmaya ehtiyac duyduqlarını anlamışlar və bunu sosial toplumlarda dilə gətirmişlər. Bununla da ortaya dəyərli və çox vacib olan işlər qoymuşlar ki, bu da ancaq onların milli düşüncələri hesabına olmuşdur…. Belə insanlara da Türkiyə Dövlətindən həmişə dəstək gəlmiş və bu dəstək çox vacibdir, davam da edəcək…..
Bu illər ərzində Almaniya toplumunda yer almış Türk xalqının adı danılmazdır. İdarələrdə, təşkilatlarda və s. Dövlət Orqanlarında vəzifədə olan Türk İnsanı Almaniyanın və eləcə də Dünya çapında danılmaz bir faktdır. Bu artıq Alman toplumunu ayrılmaz bir hissəsinə çevrilmişdir. Alın təriylə ərsəyə gəlmiş və diqqətə layiq Türk əməyinin bəhrəsini görməmək olmazdı və bu da Almaniyada böyük bir sevinclə və qürurla 50 İllik Türk – Alman işbirliyi kimi qeyd olunan bir gündə hər kəsin sevincinə səbəb olmuşdu. Türk xalqının belə işlərinin hər zaman Almaniya hökuməti müsbət qiymətləndirir və bunu hər bir Türk insanı sevinclə qarşılayır. Hazırkı nəsil türk gənclərində də hətta bəziləri türkcə doğru bilməsə belə türk olmaqlarıyla fəxr edirlər və həmişə qürur hissiylə sosial ortamda dilə gətirirlər. Hələ bağçaya gedən türk cocuqları erkən yaşlarından yalnız əsl türk olacaqlarına inamla addımlayırlar. Əziz gə dəyərli oxucuların yanlış anlamamaları üçün yazmalıyam ki, bu heç də irqçilik, millətçiliklə bağlı deyil və sadəcə yalnız əsl özünü tanımaqla, kim olmağınla bağlıdır. Dünya təcrübəsində vardır bu ki, hər kəs özünü tanıya bilirsə və özünü sevməyi bacarırsa, millətini və işini, nəhayət ailəsini və övladlarını da sevəcək! Belə anlayışlı coxsaylı Türk ailələri ilə dostlüq, qardaşlıq əlaqələrimiz var ki, bunu məsələn Rusiyada yaşayan Azərbaycan vətəndaşlarına örnək kimi göstərmək olar deyə düşünürəm. Hər birimiz bir Türk olaraq hər yerdə Türk olmağımızla fəxt etməliyik. Fərq etməz hansı təbəqədən olursa olsun, kimliyini qoruyub saxlamaq kimi vacib faktor əsl Türkə (istər Azərbaycan Türkünə, istərsə də digər Türk millətindən olan qardaş xalqlara) yaraşır.
Bizlər də Azərbaycan türkləri olaraq birləşib kimliyimizi tanımalı və gələcəkdə ancaq fəxr ediləcək bir formada işlərə imza atmalıyıq! Bütün Avropada yaşayan bacı qardaşlarımı bu yolda uğurlu addım atmağa səsləyirəm. Arzum odur ki, sonda məsələn Almaniyada Azərbaycan toplumu və ya Azərbaycan insanı dedikdə hər bir Alman düşünməyə məcbur olsun ki, Türk xalqı sadəcə Türkiyə deyil bütün Türk millətindən olan digər xalqların da eyni düşüncə tərzinə malik olması deməkdir…..
İndi isə Almaniyada 50 il ərzində köçmən kimi gəlmiş Türk vətəndaşlarının öz milləti üçün, öz övladlarının gələcəyi üçün əzmlə çalışaraq və Alman hökuməti tərəfindən qəbul olunmuş qərarlar və hətta Almaniyada çapdan çıxan Qanun kitablarında da yer alan bir neçə qərarları oxuculara təqdim etməyi özümə borc bilirəm:
• Türk köçmənlərinin 50 - ci il fəaliyyətləri çərçivəsində ilk dəfə Almaniyada 11 İdarənin iştirakı ilə bir hazırlıq komitəsi yaradılmışdır.
• Hazırlıq komitəsi ilk yığıncağını 5 Noyabr 2010 tarixində reallaşdırmış və hazırlıqların daha təsirli bir şəkildə davam etməsi üçün 6 Təşkilatın nümayəndələrindən ibarət olan bir xüsusi komissiya yaradılmışdır.
• Komitədə olan təşkilatlara mövzu ilə əlaqədar ziyarətlər reallaşdırılmışdır.
• Xüsusi komissiya ilk yığıncağını 9 Dekabr 2010-ci ildə həyata keçirmişdir.
• Almaniyadakı Türk Firmalarına, Türk iş adamlarına, Türk Ticarət təşkilatlarına həmin fəaliyyətlərlə əlaqədar elektron poçt göndərilərək 50-ci il üçün Loqo, şüar, layihə təklif və s. işləri istəmişdir.
• 50-ci il fəaliyyətlərinin ortaq bir loqosu olması üçün Almaniyada təşkil ediləcək olan bir loqo yarışmasının hazırlıqları başladılmışdır.
• 25 Yanvar 2011 tarixində Hörmətli Türk Naziri olan Faruk Poladın Almaniya ziyarətində ortaq şəkildə keçirilməsi planlaşdırılan tədbirlərin siyahısı Almaniya Qaçqın və Köçkünlər üzrə Miqrasiya naziri Maria Böhmerə təqdim edilmişdir.
• Bu görüşdə Türk və Alman tərəfindən ortaq bir komissiya qurulması və ortaq bir fəaliyyət planı yaradılmasına qərar verilmişdir.
• 16 Fevral 2011 tarixində Almaniyada Büyükelçiliğimizin iştirakı ilə keçirilən yığıncaqda Türk tərəfi olaraq ortaq şəkildə fəaliyyət təklifləri Alman tərəfinə təqdim edilmişdir.
• 16 Fevral 2011 tarixində Nazirlik tərəfindən Almaniyada köçünlərin 50- ci ili loqosunu təyin etmişlər.
0-ci il loqosunu təyin etmək məqsədiylə Loqo yarışması keçirilmişdir. 144 əsərin yarışması nəticəsində Almaniyanın München şəhərindən yarışmağa gələn Mustafa Çelikkayanın əsəri seçici qurup tərəfindən birinciliyə layiq görülmüş və bu əsər 50-ci il Loqosu olaraq qəbul edilmişdir. Qəbul edilən 50-ci il Loqosu ölkə daxilində və xaricində bütün ictimai qurumlara və qeyri-hökumət təşkilatlarına paylanmışdır. Bu Loqo Almaniya Qaçqın və Köçkünlər üzrə Miqrasiya naziri Maria Böhmer'e də göndərilmişdir. 2011 –ci ilin Mart ayında Almaniyada Türkiyəyə qardaş olan şəhər bələdiyyələrinə yazılar yazılaraq bu köçün 50-ci ili münasibətiylə planlaşdırdıqları tədbirlər soruşulmuş, əgər yoxsa 50-ci ilin bir fürsət olaraq qiymətləndirilib tədbirlər planlaşdırılmalarının uyğun olacağı ifadə edilmişdir. Şəhər Bələdiyyələrindən gələn cavablar istiqamətində fəaliyyət planlayan Bələdiyyələrə Türkiyə Səfirliyi və Dövləti tərəfindən dəstək təmin edilməkdə, uyğun görülən fəaliyyətlərə Türkiyə Səfirliyi və Dövlət Qurumlarının iştirakı da təmin edilmişdir. Buna misal olaraq bu çərçivədə 3 May 2011 tarixində Beykoz Bələdiyyəsinin Almaniyadakı qardaş şəhəri Müllheim ilə reallaşdırdığı təşkilata və 14 May 2011 tarixində İzmir Böyükşəhər Bələdiyyəsinin Almaniyanın İzmir Baş konsulluğu ilə ortaq şəkildə təşkil etdiyi Türk-Alman dostluq gününə Türkiyədən Nazrliklər də qatılmışdı. Almaniyada olan Türkiyə konsulluqlarıyla birlikdə planlaşdırılan bu fəaliyyətlərə çox böyük qiymət verilməli və Türkiyə Dövləti tərəfindən dəstəklənmiş və gərəkli addımlar atılmışdır.
Bu çərçivədə 1-19 İyun 2011 tarixlərində Almaniyanın Hamburg şəhərində təşkil edilən və bu il qonaq olaraq Türkiyənin iştirak etdiyi Altonale Festivalında Türkiyə tərəfindən reallaşdırılmış böyük işlər üçün Nazirlik tərəfindən dəstək verilmişdir. Digər bir fəaliyyət Köln - Türk Alman Musiqi, Təhsil və Mədəniyyət Dərnəyi və Anadolu Universiteti birgə əməkdaşlığı ilə 19-26 İyun 2011 tarixlərində Türk və Alman musiqisini bir yerdə öyrənmə, ifa etmə və birlikdə konsertlər vermək üçün işlər görən iki təşkilatın geniş bir Proyektinə də Nazirlik tərəfindən dəstək verilmişdir.
Bundan başqa ayrıca Türkiyənin Köln Konsulluğunda təklif edilən 50 ildə 50 dostluq Hikayesi adlı kitab layihəsinə, Karlsruhe Konsulluğuna təklif edilən 4-cü Türk günləri təşkilatına dəstəyin təmin edilməsi çox sevindirici haldır və bu yolda bütün Türk qardaşlarımıza, bacılarımıza uğurlar arzulayıram!
Bunlardan başqa Almaniyada fərqli sahələrdə müvəffəqiyyət qazanmış 50 Türklə əlaqədar bir kitab hazırlanması planlaşdırılmışdır. Bu kitab satış məqsədi ilə deyil və sadəcə örnək olaraq paylanmışdır. Almaniyadan Türkiyəyə geri dönən Türk vətəndaşları ilə əlaqədar də geri dönmə haqqında anlayışlı bir kitab hazırlanması planlaşdırılmışdır və həmin kitabın nəşri bu yaxınlarda çapdan çıxmalı idi.
Miqrasiya və Almaniyadakı Türkləri mövzu alan bir qısa film yarışması təşkil edilməsi kimi digər bu tipli çalışmalar diqqətdən yayına bilməz və həmiyə dəstəyə ehtiyacı vardır. İki ölkə arasında imzalanan əmək müqaviləsinin 50-ci Ildönümünə bərabər gələn 01- 02 Noyabr 2011 tarixində Almaniyada köç simpoziumu təşkil edilmişdir. Həmin bu Simpoziumda Türkiyənin TRT əməkdaşlığı ilə Oktyabr ayının son həftəsində Sirkeci Qatar Garından Almaniyanın München şəhərinə gedəcək olan bir köç qatarı təşkil edilmişdir. Bu qatarda yerli və xarici vətəndaşlar olmaqla şoxlu insanlar və o zamankı Türk köçünün canlı şahidləri, jurnalistlər və s. iştirak etmişdir.
TRT tərəfindən 1 Sentyabrdan etibarən hər 15 gündən bir Almaniyanın müxtəlif şəhərlərində Alman və Türk sənətçilərin iştirak edəcəyi ictimai konsertləri təşkil olunmuşdur. Eyni zamanda TRT tərəfindən Daha əvvəl "Avropalı" gedən proqramın Almaniya versiyası da yayımlanmışdır və bu da Alman xalqında geniş marağa səbəb olmuşdur.
Şəfəq Azər,
Almaniya 28 Aprel 2012
URL / WWW
http://atxem.az/news/a-15293.html