Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Ukraynada Azərbaycan diasporunun lideri öldürülüb
10.05.12 12:17

Ukraynada Azərbaycan diasporunun tanınmış simalarından olan 34 yaşlı İqbal Mahmudov öldürülüb.

Modern.az-ın Ukrayna KİV-lərinə istinadən verdiyi məlumata görə, İqbal Böyükkişi oğlu Mahmudov Donetsk Azərbaycanlıları Konqresinin prezidenti idi. Mayın 9-da Makiyevka şəhərində Böyük Vətən müharibəsi veteranları ilə görüşdə 2 naməlum şəxs ona atəş açaraq soydaşımızı qətlə yetirib, hadisə yerindən qaçıblar. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparırlar.
20 aprel 1978-ci il təvəllüdlü İqbal Böyükkişi oğlu Mahmudov Lənkəranın rayonunun Liman qəsəbəsində doğulub. 1995-ci ildən Ukraynada yaşayırdı. 2004-2009-cu illərdə Donetsk Milli Universitetində təhsil alıb, iqtisadçı ixtisasına yiyələnib. O, Donetsdə tanınmış iş adamı, xeyriyyəçi, ictimai xadim kimi məşhur idi. Bacarıqlı təşkilatçı olan İ.Mahmudov həm də Donetsdə fəaliyyət göstərən "Azud" ASC-nin təsisçisi, "Sarskaya dinastiya" müəssisəsinin baş direktoru vəzifəsində çalışırdı.
O, kikboksinq üzrə idman ustası idi. 2005-ci ildən Donetsk Azərbaycanlıları Konqresinin prezidenti seçilmişdi.
Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən ordenlə də təltif olunmuşdu..
Ukrayna KİV-ləri mərhumun sifarişlə qətlə yetirildiyini istisna etmirlər...

URL / WWW
http://atxem.az/news/a-15294.html