Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Gənclər İran səfirliyi qarşısında etiraz aksiyası keçirdi
12.05.12 13:20

Aksiya iştirakçıları “Azərbaycan!”, “İran, murdar ermənini qucağından burax!”, “Azərbaycan var olsun, İrana ar olsun!”, “Homoseksualist İran mollarına Azərbaycanda yer yoxdur!”, “Şuşanı ermənilərə İran hakimiyyəti satıb!” kimi şüarlar səsləndiriliblər.
Aksiyada iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin Qərb regionu üzrə nümayəndəsi Hacı Tahir Qarabaği çıxışında bildirib ki, İranın Azərbaycana qarşı bu cür münasibət göstərməsi İslam dinin qaydalarına ziddir.
Aksiyanın sonunda qətnamə oxunub. Qətnamədə İranın Azərbaycana qarşı qərəzli mövqe göstərməsi, Ermənistanla dostluq əlaqələri qurması, İranda yaşayan 30 milyonluq azərbaycanlıya qarşı mədəni soyqırımı həyata keçirilməsi qeyd olunub: “İran hakimiyyəti Azərbaycanın əldə etdiyi uğurları görmək istəmir. İndiyə qədər bir dəfə də olsun Qarabağda ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı dilinə gətirməyən İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad Ermənistana səfəri zamanı qondarma erməni soyqırımı abidəsinin qarşısına əklil qoyur. Biz Azərbaycan gəncləri ölkəmizdə İranın təxribatlarına yol verməyəcəyik”.
Qeyd edək ki, aksiya mayın 8-də Təbrizdə Azərbaycan konsulluğunun binası qarşısında keçirilən aksiyaya cavab olaraq keçirilib.

Apa

URL / WWW
http://atxem.az/news/a-15297.html