Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » TÜRKSOY Əhməd Cavadın 120-ci ildönümü münasibətilə tədbir keçirib
14.05.12 16:14

Ankarada Rəsm və Heykəl Muzeyinin böyük konfrans zalında Türkdilli Ölkələrin Mədəniyyət Təşkilatı TÜRKSOY tərəfindən Əhməd Cavadın anadan olmasının 120-ci ildönümü münasibətilə geniş tərkibli tədbir keçirib.
Azərbaycanın Türkiyədəki səfirliyindən APA-ya verilən xəbərə görə, tədbirdə, səfirliyin əməkdaşları, Türkiyənin Mədəniyyət və Turizm naziri Ərtoğrul Günay başda olmaqla nazirliyin yüksək vəzifəli rəsmiləri, TÜRKSOY-un Baş Katibi Düsen Kaseinov, Azərbaycan Yazıçılar İttifaqının sədri Anar Rzayev, Əhməd Cavadın nəvəsi Anar Axundzadə, çox sayda elm və incəsənət xadimləri, ictimaiyyət və diaspor nümayəndələri və KİV nümayəndələri iştirak ediblər.
Tədbir, Əhməd Cavadın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından Azərbaycan və Türkiyə himnlərinin oxunması ilə başlayıb.
Ardından Əhməd Cavadın həyat və yaradıcılığından bəhs edən geniş sənədli film nümayiş etdirilib.
Sonra açılış nitqi üçün söz TÜRKSOY-un Baş Katibi Düsen Kaseinova verilib.
Daha sonra çıxış edən səfir Faiq Bağırov Əhməd Cavadın həyat və yaradıcılığının əhəmiyyətindən söz açıb, Türkiyə və Azərbaycanın iki qardaş ölkə olmasının bariz nümunəsi kimi əvəzedilməz sənətkar Əhməd Cavadın Türkiyədəki həyatından örnəklər dilə gətirib.
Türkiyənin Mədəniyyət və Turizm Naziri Ərtoğrul Günaya Əhəməd Cavadın Türk Dünyası üçün böyük əhəmiyyət daşıyan bir sənətkar olduğundan, zülmə məruz qalmasına baxmayaraq öz əqidəsindən əsla dönmədiyindən və əyilməzliyi ilə bizlərə örnək olduğundan bəhs edib.
Sonra Əhməd Cavadın həyat və yaradıcılığına həsr olunan konfrans başlayıb. Konfransda Azərbaycan Yazıçılar İttifaqının sədri Anar Rzayev, Əhməd Cavadın nəvəsi Anar Axundzadə, Cəlal Bayar Universitetinin müəllimi İrfan Murad Yıldırım və Avrasiya Yazıçılar İttifaqının Sədri Yaqub Öməroğlu çıxış ediblər.
Tədbir Azərbaycanın dövlət sənətçisi Azərinin Əhməd Cavadın şerlərini səsləndirməsi və mahnılar ifa etməsi ilə davam edib.

URL / WWW
http://atxem.az/news/a-15298.html